İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) həyata keçirdiyi “Sənaye 4.0 Hazırlıq” Proqramına müraciət edən müəssisələrin texnoloji hazırlıq səviyyələrinin müəyyənləşdirilməsi prosesi davam edir.
Xeberler.az bildirir ki, bu çərçivədə artıq bir neçə müəssisədə yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə texnoloji transformasiya üzrə yerində qiymətləndirmə aparılıb. “Azərsun Holding”in “Sun Tea” çay fabrikində, “Azertexnolayn” MMC-nin Sumqayıt Sənaye Parkında yerləşən polad boru zavodunda, “Azəri Taxıl” MMC-nin quşçuluq təsərrüfatında, “KonstraLab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsində və “STP Polimer” zavoduna baxış keçirilib.
İstehsal prosesləri, əməliyyatların idarə olunması, texnoloji infrastruktur, avtomatlaşdırma səviyyəsi və rəqəmsallaşma potensialı təhlil olunub. Müəssisələrdə həmçinin dayanıqlı inkişaf istiqaməti üzrə qiymətləndirmələr aparılır, enerji səmərəliliyi, resursların idarəedilməsi, tullantıların optimallaşdırılması, sosial məsuliyyət və korporativ idarəetmə üzrə mövcud vəziyyət araşdırılır. Növbəti mərhələdə toplanmış məlumatlar əsasında müəssisələrin cari vəziyyətini əks etdirən ətraflı qiymətləndirmə hesabatları hazırlanacaq.
“Sənaye 4.0 Hazırlıq” Proqramı İqtisadiyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilir və ölkə sənayesində texnoloji transformasiyanı sürətləndirməyi, innovasiya əsaslı istehsal modellərinin tətbiqini genişləndirməyi, müəssisələrin əməliyyat səmərəliliyini və rəqabət qabiliyyətini artırmağı hədəfləyir. Proqrama qoşulan yerli sənaye müəssisələrinin həm texnoloji transformasiya, həm də dayanıqlı inkişaf göstəriciləri beynəlxalq metodologiya əsasında qiymətləndirilir və hər bir müəssisə üçün fərdi inkişaf üzrə yol xəritəsi hazırlanır.
Proqrama qoşulmaq istəyən şirkətlər industry4.az platforması üzərindən qeydiyyatdan keçə bilərlər. İştirak tamamilə ödənişsizdir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları