“Tekken7” yarışına start verildi  

27-05-2022 / 23:45

Avropanın ən güclü 17 kiber atleti “Tekken7” yarışmasının final mərhələsinə vəsiqə qazanıb.

Xeberler.az məlumat verir ki, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə 26 – 29 mayda Bakıda ilk dəfə olaraq keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində Kiber İdman üzrə Avropa çempionatının “Tekken7” yarışlarına start verilib.

 

“Tekken7” üzrə Azərbaycan, Türkiyə, Fransa, Gürcüstan, Macarıstan, İsrail, İtaliya, Şimali Makedoniya, Monako, Monteneqro, Polşa, Serbiya, Slovakiya, İspaniya, Uels, Malta və İsveçdən ümumilikdə 17 iştirakçı mübarizəyə başlayıb.

 

27 mayda “Bakı Kristal Zalı”nda start götürən çempionatın qalibləri 28 may tarixində bəlli olacaq.

 

Qeyd edək ki, çempionatın təşkilatçısı Avropa və Azərbaycan Kiber İdman Federasiyalarıdır. Bununla yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq turnirə təşkilati və maliyyə dəstəyi göstərir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə