Traveler Power Bank – universal qidalanma bloku

26-09-2008 / 19:09
FSP şirkəti öz yeni məhsulunu - Traveler Power Bank mobil qurğuları üçün universal qidalanma blokunu təqdim etdi.
Bu məhsulun köməkliyi ilə əksər noutbuk, portativ oyun qurğuları, mobil telefon və digər müasir modellər qidalana bilər. Bloka iki qurğunun birdən qoşulması mümkündür. Məsələn, noutbukla  Sony Playstation Portable əlavəsini birlikdə taxmaq olar. Texniki xarakteristikasına görə, Traveler Power Bank-dan bir dəfə qidalanmaqla mobil kompüter, enerji sərfindən asılı olaraq, 3-5 saat işləmə rejimində ola bilər.
Istehsalçı Traveler Power Bank-ın Acer, Asus, Benq, HP, Dell, Toshiba, Sony, Lenovo leptop şirkətləri; mobil telefon və smartfon istehsaçıları Nokia, SonyEricsson, Motorola, Samsung Blackberry; portativ oyun qurğuları, 5 V enerji sərfi ilə mediasəsləndirmə, eləcə də, akkumlyatoru USB və mini-USB interfeysi ilə qidalanan bütün qurğularla işləməsinə zəmanət verir.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə