Ümumi kiberhücumların 91 %-ni fişinq hücumları təşkil edir

17-06-2022 / 11:34

Bu gün kiberhücumların başında fişinq (Phishing) hücumları dayanır və onun ümumi hücumlarda payı 91 %-dir.

Xeberler.az bildirir ki, bunu "Fintex Sammit" Maliyyə və Texnologiya sərgisində çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

"Elektron poçtlar üzərindən həyata keçirilən və ofis proqramlarının içərisinə yerləşdirilmiş viruslarla yoluxdurma halları artıb. Biz "Sandbox" sistemi vasitəsi ilə bunu aşkar edib qarşısını alırıq", - Dövlət Xidmətinin idarə rəisi deyib.

T.Məmmədovun sözlərinə görə, bir çox hallarda insanlar fişinq hücumlarını ayırd edə bilmir: "Təxminən 97 % hücuma məruz qalan şəxs fişinq hücumunu adi "e-mail"lardan ayıra bilmir. Sadəcə 3 % hallarda əməkdaşlar bunu aird edərək müvafiq bölməyə yönəldib. 2022-ci ildə də fişinq hücumu ən aktiv hücum olaraq qalacaq. Bunun qarşısını almaq üçün hər bir qurumun informasiya təhlükəsizliyi təlimatı olmalıdır və İnformasiya Təhlükəsizliyi Koordinasiya Komissiyası olaraq bunun sadə versiyasını hazırlayıb dövlət qurumlarına göndərmişik. Bu tövsiyə əsasında artıq 82 dövlət qurumu özünün informasiya təhlükəsizliyi təlimatını hazırlayıb".

(Report)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə