Vaio TT – dünyada ən ultra-portativ noutbuk

24-09-2008 / 13:07
Bu noutbuk Blu-ray  ötürücüsü ilə qurulmuş dünyada ən yüngül noutbukdur. Ağırlığı 1,3 kq, qalınlığı isə 2,5 sm-dir.
Model XBRITE-DuraView texnologiyası ilə 11,1 düymlük, geniş formatlı maye-kristallı displeyə malikdir.
Vaio TT, İntel Centrino 2 platforması üzərində quraşdırılıb. Noutbukun daxili onun müxtəlif versiyalarından asılıdır. Belə ki,  prosessorların tezliyi 1,2 Ghs-dən 1,4 Ghs-ə qədər, operativ yaddaş 2 Gb-dan 4 Gb-a qədər dəyişə bilər. Bununla yanaşı, mexaniki 160 Gb-lıq sərt disklə 256 Gb SSD yığıcısı arasında da seçim etmək olar.
Məhsulun qiyməti DVD ötürücüsü ilə birlikdə 2000 dollar, Blu-ray ötürücüsü və SSD diski ilə isə 4350 dollardır. Satış gələn ayın əvvəlinə planlaşdırılır.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə