Yelo Bank əməkdaşları arasında futbol turniri keçirildi  

02-08-2022 / 15:43

Yelo Bank əməkdaşlarının asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzi və idmana marağın artırılması məqsədilə daxili futbol turniri təşkil edib. “OLEY Cup 2022” adlı turnirdə Bakı şəhəri və regionları təmsil edən 20 komanda öz güclərini sınayıblar. Gərgin və olduqca həyəcanlı keçən mübarizədə 3-cü yer uğrunda Sumqayıt və FİM komandaları üz-üzə gəliblər. Nəticədə qarşılaşmanın qalibi Sumqayıt komandası olub. KBD-1 və Qaradağ komandalarının çempion adı uğrunda yarışdığı son görüş də olduqca maraqlı anlarla yadda qalıb. Yekunda 4:1 hesab üstünlüyü ilə KBD-1 komandası “OLEY Cup 2022” çempionu adını qazanıb. Turnirin qaliblərinə kubok, medallar və pul mükafatı təqdim edilib.

 

Xeberler.az bildirir ki, Yelo Bank əməkdaşları arasında komanda ruhununun yüksəldilməsinə xüsusi diqqət göstərir. “OLEY Cup” turnirinin növbəti il də keçirilməsi və başqa daxili tədbirlərin təşkili də planlaşdırılır.

Bank xidmətləri, o cümlədən, kredit, məzənnə və xaricə köçürmələr haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

 

Yelo Bank – Parlaq bankçılıq!


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə