Yeni smartfon – Nokia N85

26-08-2008 / 06:33
Nokia rəsmi olaraq yeni mobil telefon – Nokia N85 modelini təqdim etdi. Bu model 2,6 düymlük AM OLED displeyi ilə 16 mln. rəng əks etdirməyə və 5 meqapikselli kameraya malikdir.
Oyunlara gəldikdə isə, telefonun N-Gage üçün xarakterik olan oyun düymələri və 10 standart demo-oyunu var ki, bunlardan birini istifadəçi pulsuz seçə bilər.
S60 3rd edition platformasının əsasında işləyən bu smartfon HSDPA, Wi-Fi və Bluetooth-la təchiz olunub. GPS olduğu üçün telefon Nokia Maps 2.0-la işləyərkən faydalı olacaq. Smartfon həm də FM Transmitter-ə malikdir ki, onun vasitəsilə Nokia Music Store-yə birbaşa çıxışı olacaq.
Akkumlyator musiqi pleyeri rejimində 28 saatlıq gücə malikdir. Xüsusi musiqi düymələri telefonun işini asanlaşdırır. Smartfonun yaddaşına gəldikdə isə, onu microSD-nin köməyi ilə 8GB-a qədər çoxaltmaq olar.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə