Azərbaycan Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleradio İstehsalat Birliyi) üç vəzifəli əməkdaşı həbs edilib. Birliyin şöbə müdiri Sahibəli Əliyev və həmin şöbənin daha iki əməkdaşı - Məhəbbət İbadova və Şəlalə İbrahimova Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən saxlanılıblar.
Şərh: 0Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclası keçirilib. İctimai TV-nin məlumatına görə, iclasda Ombudsmanın səlahiyyətlərinin artırılmasını nəzərdə tutan «İnsan hüquqları üzrə müvəkkil haqqında» konstitusiya qanununa əlavə və dəyişikliklər müzakirə edilib.
Şərh: 0Bu gün Ali Məhkəmənin Mülki İşlər üzrə Kollegiyasında hakim Əli Rüstəmovun sədrliyi ilə telejurnalist İlhamiyyə Rzayevanın Space Tv-yə qarşı iddiası ilə bağlı kassasiya şikayətinə baxılıb. Advocate.com.az saytında verilən məlumata görə, məhkəmədə İlhamiyyə Rzayevanı vəkil Anar Qasımov və nümayəndəsi Nurlana Əliyeva
Şərh: 0Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan bloqqer Adnan Hacızadənin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Qaradağ rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə şikayəti təmin edib və Adnan Hacızadə vaxtından əvvəl azadlığa buraxılıb.
Şərh: 0Bloggerlər Emin Milli və Adnan Hacızadənin həbsinin bir ili tamam olarkən – Freedom House təşkilatının Avrasiya proqramları üzrə meneceri Səm Patten AzadlıqRadiosunun əməkdaşına açıqlamasında bloggerlərin hələ də həbsdə qalmasının bir təşkilat olaraq onları çox narahat etdiyini deyib.
Şərh: 0Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanın qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq olmadan qanunsuz sahibkarlıq fəaliyyəti göstərərək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə
Şərh: 0Dünən Mətbuat Şurası (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri 4 mətbu nəşrlə bağlı müraciətləri araşdırıb. Komissiya əvvəlcə Cəlilabad poçt filialının və İmişli rayonunun Bəcirəvan kənd sakini Qismət Cəfərovun “Azadlıq” qəzeti ilə bağlı şikayətlərini müzakirə edib.
Şərh: 0Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Azərbaycanda söz azadlığı” adlı hesabatını açıqlayıb. 2010-cu ilin ilk 7 ayını əhatə edən hesabatda bu müddət ərzində ölkədə medianın və söz azadlığının ümumi mənzərəsi, böhtan və diffamasiya işləri və KİV-ə qarşı digər iddialar, jurnalistlərə və media qurumlarına qarşı hücumlar, təxribatlarla bağlı iddialar və s. əksini tapıb.
Şərh: 0Azərbaycan Beynəlxalq Bankı Rabitə və İnformasiya Nazirliyini (RİTN) və \\\"Aztelekom\\\" İstehsalat Birliyini məhkəməyə verib. Beynəlxalq Bank RİTN-i və \"Aztelekom\"u kredit borclarını ödəməməkdə ittiham edir. Ərizədə göstərilir ki, adıçəkilən qurumların kredit borcu 100 min manat təşkil edir.
Şərh: 0Gələn ilin fevral ayında Gürcüstanda mobil rabitə şəbəkəsinin abunəçiləri üçün «nömrələrin köçürülməsi» (number portability) sistemi tətbiq olunacaq. Həmçinin, 2011-ci ilin oktyabr ayında analoji sistemin stasionar rabitə şəbəkəsində də tətbiqi planlaşdırılır.
Şərh: 0