Trans-Avropa-Asiya (TAE) layihəsinin Xəzər seqmentində tikinti işlərinin həyata keçirilməsi ilə bağlı növbəti danışıqlar 11 noyabr 2008-ci ildə aparılacaq.
Şərh: 0Nazirlər Kabineti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində yüksək texnologiyalar sahəsində Tədqiqat Mərkəzinin yaradılması haqqında № 228 saylı qərar qəbul edib.
Şərh: 0Sony şirkəti dünyaya yardım və döş xərçəngi xəstəliyinə həsr olunmuş elmi araşdırmalara maliyyə dəstəyi etmək qərarına gəldi. Bu məqsədlə, yapon şirkəti xüsusi seriyalı iki noutbuk satışa buraxacaq. Çəhrayı rəngli yeni məhsullar çanta və mausla birlikdə satılacaq.
Şərh: 0Alman qəzetlərinin biri “Siemens”in “Fujitsu Siemens”də olan payını satışa çıxaracağını iddia edir.Qəzetin yazdığına görə artıq namizədlər də var.
Şərh: 0Ötən həftə Samsung Electronics netbukunun rəsmi təqdimatı keçirildi. NC10 modeli yığcam, funksional və sərbəsi iş rejimlidir. Samsung şirkətinin söylədiklərinə görə, 1,33 kq olan netbuk 6 batareya ilə 8 saata qədər işləyə bilir. 10,2 donuq displeyə, LED işıqlandırmaya, WSVGA (1024 x 600 piksel) və yüksək əlvanlığa malikdir.
Şərh: 0Siemens sənaye konserni özünün Fujitsu Siemens Computers şirkətindəki payını Avropanın personal kompüter, server və noutbuk istehsalçılarına sataraq kompüter biznesi sahəsindən tamamilə çıxmaq niyyətindədir.
Şərh: 0Bakıda Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, eləcədə Poçt və Telekommunikasiya Administrasiyaları Avropa Konfransının (CEPT) birgə təşkil etdiyi Tezliklərin İdarə olunması üzrə işçi qrupun 64-cü toplantısı öz işinə başlayıb.
Şərh: 0Intel büdcə üçün enerji effektli sistemə malik Atom 330 prosessorlarını təqdim etdi. Qeyd olunur ki, belə məhsullar noutbuklar (netbuklar) üçün deyil, stolüstü sistemlər üçün nəzərdə tutulub. Intel atom 330 prosessorlarını Intel 945GC Express çipseti ilə birgə istifadə üçün istehsal edib.
Şərh: 0BetaNews-un məlumatına görə, Nyu-Yorkda keçirilmiş İnterop 2008 konfransında istehsalçılar alıcılara iki simsiz əlaqə yaradan texnologiyadan - WiMAX və LTE birləşməsindən ibarət məhsul təqdim edəcəklər.
Şərh: 0Toshiba şirkəti ilk Satellite NB105 netbukunu istehsal etməyə hazırlaşır. Netbuk cari ilin noyabrında təqdim ediləcək. Internetdə yayılan məlumatlara görə, netbuk gümüşü-qara rənglidir, 1,6 GHs tezlikli İntel Atom prosessoru, pikseldə 1024 x 600 ölçülərlə 8,9 düymlük displeyə malikdir.
Şərh: 0