“Operatorların baza stansiyalarının quraşdırılması zamanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) bəzi problemlərlə üzləşir. Belə ki, insanlar quraşdırılan operatorların öz səhhətlərinə mənfi təsir etməsindən narahat olaraq, baza stansiyalarının evlərinin yaxınlığında yerləşdirilməsini istəmirlər”.
Bu fikirləri ötən gün rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov 2014-cü ilin yekunlarına həsr edilmiş kollegiya iclasında səsləndirdi.
Nazir qeyd etdi ki, insanların bu istəyi anlayışla qarşılanır və elektromaqnit şüalanmasının səviyyəsinə ölkənin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzarət olunur.
Bəs, bu nəzarət Ekologiya və Təbii Sərvətlər Nazirliyində hansı istiqamətdə həyata keçirilir? İnsanları narahat edən məsələ qurumun diqqətindədirmi?
Xeberler.az olaraq , Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Ətraf Mühit üzrə Milli Monitorinq departamentnin direktor müavini Mətanət Avazova ilə əlaqə saxladıq.
Nazirlik rəsmisinin sözlərinə görə, bu nəzarət əsasən insan boyu üzrə sağlamlığa dəyə biləcək ölçüdə həyata keçirilir: “ Bölgələrdə və mərkəzlərdə quraşdırılmış operator stansiyalarına, onların ətraf ərazilərində elokromqanit dalğalarınınn şüalanmasına, onların sıxlığına və tezliyinə xüsusi cihaz vasitəsi ilə nəzarət edirik. Bu nəzarət əsasən insan boyu üzrə sağlamlığa dəyə biləcək ölçüdə həyata keçirilir. Yəni bu yüksəlikdən yuxarıları ölçməyə ehtiyac yoxdur. Yalnız insanın boyu hündürlüyündə təmasda olduğu atmosfer hündürlük qatına görə ölçülər aparılır. Bu fəaliyyət Almaniya istehsalı olan “Protx” cihazı ilə həyata keçirilir”.
Mətanət Avazova bildirdi ki, insanlar operatorların öz səhhətlərinə mənfi təsir etməsindən narahatdır və bununla bağlı nazirliyin qaynar xəttinə şikayətlər daxil olur:
“Əhalinin müraciətində bildirilir ki, operator bazalarının onlara yaxın ərazilərdə quraşdırılmasına görə onlar özlərini narahat hiss edirlər. Biz də bunları nəzərə alaraq həmin ərazilərdə monitorinq edirik. Sonra monitorinq nəticələri akt şəklində hazırlanır və nəticələr elə əhalinin gözü qabağında açıqlanır və müzakirə olunur. Həmçinin monitorinq zamanı əhali də iştirak edir”.
Mətanət Avazova onu da qeyd edib ki, departamentin bununla bağlı monitorinq proqramı var və bu, mütəmadi olaraq həyata keçirilir.
“Monitorinq qrupu operatorlar quraşdırılan ərazilərə gedir və yoxlamalar aparır. Biz bu sahədə həmin ərazilərə yaxın Səhiyyə qurumları ilə əlaqəli işləyirik. Yəni monitorinq zamanı insanların sağlamlığında problem aşkar olunarsa, onlar həmən yaxın ərazilərdə xəstəxanalar aparılır və zərərçəkmişlər temoqrafiya, fizoterapiya müayinəsindən keçirlər. Lakin indiyə qədər belə hallar müşahidə olunmayıb. Operatorlar sadəcə Kommunikasiya üçün istifadə olunan mənbələr olduqları üçün onların dozası insan səhhəti üçün təhlükə yaratmır”.
Azərbaycan Respublikasını Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” təşkil olunub.
Məltəm Talıb
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri