Elektron təhsilin inkişafına əlavə vəsaitlər ayrılacaq

21-01-2015 / 11:42

Müasir, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan təhsil infrastrukturunun, o cümlədən elektron təhsilin yaradılmasına əlavə vəsaitlər ayrılacaq.

Xeberler.az-ın məumatına görə, bu barədə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda nəzərdə tutulub.

Proqramda qeyd olunur ki, 2015-2020-ci illərdə təhsil müəsisələrində informasiya- kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasının  tələblərinə uyğun infrastrukturun yaradılması, təhsillə bağlı media və internet resurslarının inkişafı nəzərdə tutulub.

Təhsil sisteminin informasiyalaşdırlması proqramına uyğun olaraq bütün təhsil müəsisələrində informasiya- kommunikasiya texnologiyaları infrastrukturunun yaradılması nəzərdə tutulub. Bundan başqa, hər bir təhsil müəsisəsinin internetlə təmin edilməsi ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklər yüklənilmiş kompüter-planşetlə təminatı nəzərdə tutulub.

O cümlədən, distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin yaradılması da nəzərdə tutulub.

Mirvar Nəcəf


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə