Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-ci il yanvarın 23-də Respublikanın 11 şəhərində sınaq imtahanları keçirəcək. Komissiyanın mətbuat xidmətindən RİYAD MEDİA-ya verilən məlumata görə, yazılış 2011-ci il yanvarın 6-dan başlayacaq və sınaq imtahanlarının keçiriləcəyi bölgələrin, yerlərin siyahısı TQDK-nın internet səhifəsində yerləşdiriləcəkdir. Sınaq imtahanlarına abituriyentlər yalnız internet vasitəsilə özlərinin şəxsiyyət vəsiqəsi ilə yazıla bilərlər.
Şərh: 109“Aztelekom” İstehsalat Birliyində Azərbaycanın telefon şəbəkəsinin tam elektronlaşdırılması ilə bağlı tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun təbrik məktubu oxunub.
Şərh: 0Ötən həftə Azərbaycanda həyata keçirilən “Xalq kompüteri” layihəsi çərçivəsində satılan kompüterlərin sayı 10 000-ə çatıb. HP ProBook 4510s notbukunun sahibi Sumqayıt şəhər sakini, 27 saylı orta ümumtəhsil məktəbinin müəlliməsi Xalidə İsgəndərova olub. Layihənin tərəfdaşları 10 000-ci kompyuteri hədiyyə olaraq vermək qərarına gəlib.
Şərh: 0Bu gün “Gülüstan” sarayında prezident İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatının təqdim olunması mərasimi keçirilib. Tədbirdə bildirilib ki, RUH Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə “Jurnalistlərin dostu” mükafatının qalibinin müəyyənləşdirilməsi ilə bağlı kütləvi informasiya vasitələri və jurnalist təşkilatları arasında sorğu keçirib. Sorğuda 30 gündəlik, 19 həftəlik qəzet, 2 jurnal, 11 informasiya agentliyi, 13 jurnalist təşkilatı, 8 informasiya portalı, 7 televiziya və 3 radio kanalı, ümumilikdə
Şərh: 0«Aztelekom» İstehsalat Birliyi gələn il beynəlxalq danışıq tariflərini azaltmaq niyyətindədir.Bunu «Aztelekom»un rəhbəri Məhəmməd Məmmədov bildirib. M.Məmmədovun sözlərinə görə, artıq bu istiqamətdə Tarif Şurasına da müraciət olunub. “Həmçinin regionlar üzrə də ölkədaxili danışıq tariflərinin azaldılması nəzərdə tutulub. Tariflərin azaldılması ilə biz qiymətlərdə balanslaşma aparırıq”.
Şərh: 0Vergilər Nazirliyi elektron ticarətdə əlavə dəyər vergisinin tətbiqi ilə bağlı qanunvericilik bazasının yaradılmasına hazırlaşır. “APA-ECONOMICS”in məlumatına görə, bunu Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin bölmə rəisi Vüsal Şıxəliyev bildirib.
Şərh: 0Vergilər Nazirliyinin təşəbbüsü ilə ölkədə elektron auditin tətbiqi və bu məqsədlə mühasibatlığın tamamilə elektron formata keçməsi nəzərdə tutulur. Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin bölmə rəisi Vüsal Şıxəliyev bildirib ki, artıq müəssisələrin mühasibat uçotu və hesabatlarının elektron formada aparılmasının məcburiliyi barədə qanunvericilikdə dəyişikliklərin edilməsi üçün təkliflər hazırlanıb.
Şərh: 0Azərbaycanın orbitə çıxaracağı növbəti rabitə peykləri ölkənin özünə məxsus orbital mövqelərdə fəaliyyət göstərəcək. Bunu rabitə və informasiya texnologiyları naziri Əli Abbasov Yeni Azərbaycan Partiyasının veb-saytına verdiyi müsahibədə bildirib. Nazirin sözlərinə görə, «Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında» prezident sərəncamı və Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı ölkənin dünya peyk ailəsinin üzvünə çevrilməsi və ölkədə
Şərh: 0“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin 2010-cu il üzrə “Jurnalistlərin dostu” mükafatının təqdimatı dekabrın 29-da Bakının “Gülüstan” sarayında keçiriləcək. Bunu KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib. Onun sözlərinə görə, tədbir saat 18-də başlayacaq: “Qonaqlara dəvətnamələri göndərmişik. Dəvətnamələrin bir hissəsini fond, bir hissəsini Mətbuat Şurası, bir hissəsini isə Prezident Administrasiyası paylayıb.
Şərh: 0İnformasiya məsələləri üzrə müvəkkil lazımdırmı? Əgər belə olsa, onda gərək müəllimlər, yaxud da həkimlər özlərinə ombudsman tələb edə? Bu mövzu bu gün Media Mərkəzində keçirilən “Azərbaycanda debat mədəniyyəti” proqramı çərçivəsindəki sonuncu tədbirdə bildirilib. Debat iştirakçısı olan Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı deyib ki, ümumi insan hüquqları üzrə
Şərh: 0