Son zamanlar KİV-də “İnformasiya cəmiyyəti” və “informasiyalı cəmiyyət” ifadələrinə tez-tez rast gəlirik.Bəs görəsən,İKT sahəsində bu ifadələrdən hansından istifadə daha məqsədəuyğundur?!
Şərh: 0Gartner analitik şirkəti “Çoxsaylı məhsul və printerlər üçün Sehrli Kvadrant” hesabatında HP-ni çoxfunksiyalı məhsul və printerlərin istehsalı və çap sahəsində “kvadrant” liderləri sırasına daxil edib.
Şərh: 0İqtisadi İnkişaf Nazirliyinin sifarişinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda “Əmək bazarının informasiya texnologiyaları mütəxəssisləri seqmentində tələb və təklifin tədqiqi və müvafiq təkliflərin hazırlanması” layihəsinin həyata keçirilməsi istiqamətində tədqiqatlar aparılır.
Şərh: 0“Hewlett Packard” (HP) informasiya texnologiyaları (İT) şirkətinin üç illik transformasiya prosesinin nəticələri, həmçinin 2009-cu maliyyə ilində qurumun inkişafına yardım edəcək İT üzrə yeni strategiya hazırlayıb.
Şərh: 0İnternet tariflərinin dəyişdirilməsi haqqında qərar fevralın birindən qüvvəyə minəcəkdir. Yeni qaydalara görə, internetdən istifadə indikindən iki dəfə ucuz olacaqdır. Mütəxəssislərin fikrincə, tariflərin aşağı salınması ölkə ərazisinin internetləşməsinə təkan verəcəkdir.
Şərh: 0Dövlət Statistika Komitəsindən bildiriblər ki, 2008-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun müəssisələrində məhsul istehsalı və xidmətlər 28,4 faiz artıb.
Şərh: 0Kosmosda «AzerSat»ın olması telefon, İnternet və teleradio siqnallarının ötürülməsini yaxşılaşdırıb sürətləndirməklə yanaşı, ölkənin xarici səs və görüntü siqnallarının ötürülməsi sahəsində xarici ölkələrin müvafiq texniki vasitələrindən tam asılılığını aradan qaldırmağa imkan verəcək.
Şərh: 0Hər zaman sinələrinə döyüb, mənəm-mənəm deyən şou-biznes nümayəndələrinin İnternet səhifələri bərbad vəziyyətdədir.
Şərh: 0Qlobal böhran «Sony» məhsullarına da tələbatı azaldıb. Şirkət itkini həm də yapon pul vahidi - ienin güclənməsi, rekonstruksiyaya ehtiyac yaranmasıyla izah edir.
Şərh: 0Microsoft, Google və Nokia şirkətləri ötən rübə dair maliyyə hesabatlarını təqdim ediblər. Gözlənildiyi kimi, ötən rübün yekunları üzrə şirkətlərin mənfəətləri xeyli azalıb.
Şərh: 0