İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Dell kompaniyası Ubuntu Linuxla işləyən 300 dollarlıq mininoutbuk istehsal edəcək

21.08.2008 [08:41]

Internetdə Dell firmasının İnspiron 910 kompüterinin texniki xarakteristikası barədə qeyri-rəsmi məlumatlar yayılıb. Gizmodo.ru saytının məlumatına görə, İnspiron 910 noutbukuna 1,6 ghs tezlikli İntel Atom prosessoru qoyulub. Operativ yaddaşın həcmi 512 Mb və ya 1 Gb ola bilər, fleş-kart əsaslı diskin həcmi 4 Gb-dan 16 Gb-a qədərdir. Qrafik idarəedici çipsetin köməyi ilə 8,9 düymlü displeydə təsvirə baxmaq olar.

Şərh: 0

İnteldən yeniliklər

21.08.2008 [11:14]

İntel İDF-dən yeni və əhəmiyyətli xəbər. Intel Mobility Group-un vitse-prezidenti və baş meneceri Dadi Perlmutter (Dadi Perlmutter) İDF-in mərkəzi platformasında çıxış edərək İntelin noutbuklarla bağlı planlarını danışdı: Dördnüvəli mobil prosessorlar Ilk növbədə Perlmutter hi-end-ə məxsus Centrino 2 prosessorlu müasir noutbukların Quad Core texnologiyası ilə, yəni dördnüvəli prosessorlarla işləyəcəyini qeyd etdi. Bunların bəziləri Lenovo

Şərh: 0

Apple bazar qiymətinə görə Google-u geridə qoyub

19.08.2008 [08:07]

Apple şirkəti kapitallaşma üzrə Google İnternet-axtarış sistemini geridə qoyub. Belə ki, kompüter texnikası və elektronika istehsalçısının qiyməti cari ilin avqust ayının 14-də 158,84 milyard ABŞ dolları təşkil edib, Google şirkəti isə 157 milyard dollarına dəyərləndirilir. Belə vəziyyətdə Apple dünyanın ən qiymətli kompüter şirkətləri siyahısında 3-cü pillədə yer alıb.

Şərh: 0

Seçdiyi e-mail ünvanı insanın xasiyyətindən xəbər verir

18.08.2008 [11:26]

Leypsiq universitetinin alimləri müəyyənləşdiriblər ki, insanların xasiyyəti haqqında onların elektron ünvanlarına baxıb mühakimə yürütmək olar. Etdikləri tədqiqatlar onların gəldiyi qənaətin doğru olduğunu göstərir. Tədqiqatçılar 600 e-mail ünvanı seçib onların sahiblərinə kiçik anket suallarını cavablandırmağı xahiş ediblər. Sonra həmin elektron ünvanları 100 tələbəyə verərək onları xasiyyət baxımından qiymətləndirməyi tapşırıblar.

Şərh: 0

Cənubi Qafqazda ilk müstəqil hərbi sayt olan \"milaz.info\"ya qarşı təxribatlar başlayıb

01.08.2008 [08:26]

İyulun 28-dən hələlik tam məlum olmayan səbəblərdən fəaliyyətini dayandırmış \"Milaz.info\" saytı bu gün saat 14.15 radələrindən işləməyə başlayıb. Bu dövrdə sayta bir həftə ərzində (iyulun 21-dən 28-dək) yerləşdirilmiş xeyli sayda məqalə, müsahibə, xəbər və şərhlər isə saytdan silinib. Bu barədə RATİ-yə saytın baş redaktoru Cəsur Sümərinli məlumat verib. Onun sözlərinə görə, bu kimi hal indiyədək dəfələrlə təkrarlanıb. \"Düşünürdük ki, bu texniki bir məsələdir. Amma bizə çatan mesajlardan hiss etdik bəzi dairələr bu kimi saytın fəaliyyətində maraqlı deyillər. Saytımıza müxtəlif ünvanlardan olan basqılar da göstərir ki, problem heç də texniki xarakterli deyil. Yəqin ki saytımızda vaxtaşırı dərc olunan tənqid xarakterli məlumatlar kimlərinsə xoşuna gəlmir\", - deyə C. Sümərinli bildirdi.

Şərh: 0

Sun şirkəti ştatını ixtisar edir

17.07.2008 [18:33]

Sun şirkəti, gedişatında 1500-2500 əməkdaşının ixtisar edələcəyi struktur dəyişikliyi haqda fikirləşir. 1000 nəfərə yaxın əməkdaş Kanada və ABŞ-da ixtisar olunacaq. Məhz bu ölkələrdə, şirkətin ən “bahalı” əməkdaşları çalışır. Şirkətin etdiyi bəyanata görə, ixtisara nəinki fəhlə və mühəndislər düşəcəklər, ixtisar olunanlar arasında hətda top-menecment belə olacaq. Kimlərin şirkətin direktorlar şurasında kürsüsü ilə vidalaşacağı da dəqiqləşməyib. Həyata keçiriləcək struktur dəyişikliyii nəticəsində, 2008-ci ilin sonuna dək, Sun əməkdaşlarının 7%-i işdən azad ediləcək.

Şərh: 0

Planetimizin ən populyar əməliyyat sistemləri

11.07.2008 [16:55]

Təhqiqatlar aparan Net Applications şirkəti maraqlı məlumatlar təqdim edib. Sən demə, hamı tərəfindən yaxşı tanınan Windows Vista əməliyyat sistemi, bütün dünya kompüterlərinin 16.14 faizində qurlaşdırılıb. Bu göstərici yeni istifadəyə verilmiş əməliyyat sistemi üçün heç də pis deyil. Lakin bu rəqəm, sözügedən əməliyyat sisteminin yayılması üçün şirkətin göstərdiyi səylər qarşısında müqaisə edilməz dərəcədə azdır. Özünüz müqaisə edin – liderliyi hamı tərəfindən sevilmiş, planetimizin 71.2% kompüterlərini əsarəti altında saxlayan Windows XP əməliyyat sistemi edir.

Şərh: 0

Ümumdünya internet-fəəlakətin qarşısı alındı

11.07.2008 [16:59]

ZDNet yazır ki, bir neçə iri İT-korporasiyaları, həmçinin Microsoft, Sun və Cisco, əlaqəli olaraq, domen adları internet-ünvanının uyğun olmasına cavab verən DNS sistemdə aşkar olunan ciddi zəifliyi aradan qaldıran patç hazırlayıblar. Zəiflikdən istifadə edən ziyankarlar, trafiki istənilən veb-ünvandan öz serverlərinə yönəldə bilərdilər.

Şərh: 0

Nəhəng İT şirkətləri patent hüququ alacaqlar

02.07.2008 [15:41]

Wall Street Journal nəşri dünyanın ən iri İT və telekommunikasiya şirkətlərinin yeni təşəbbüsü haqda xəbər verir. Google, Verizon Communications, Cisco Systems, Telefon AB L.M. Ericsson, Hewlett-Packard şirkətləri, qeyri ticari əsaslarla bu və ya digər patent hüquqlarının alınması ilə məşğul olacaq Allied Security Trust briliyini yaradırlar. Bundan əlavə, birlik üzvlərinin birinə qarşı intellektual mülkiyyət hüquqlarının pozulması barədə iddia irəli sürülərsə, Allied Security Trust məhkəmələrdə şirkətlərin maraqlarını qoruyacaq.

Şərh: 0

Dəftərxana sancağı ölçüsündə fləş kartını istehsal edib

28.06.2008 [16:42]

Computerworld xəbər verir ki, Imation şirkəti, dəftərxana sancağı ilə müqaisə olunan Atom Flash Drive USB fləşkartını təqdim edib. Atom Flash Drive fləş kartının qabariti 30,5x13x5,6 millimetr, çəkisi 14 qram təşkil edir. Bu fləşkart dörd variantda istehsal olunur, bir, iki, dörd və səkkiz qiqabayt həcmində. Həcmindən asılı olaraq fləşkartın dəyəri 18 dollardan 100 dollaradək olacaq. Həmçinin qurğunun Windows Ready Boost ilə uyğun olması bildirilir. Bu cəhət ona kompüteridən yüksək iş qabiliyyəti ilə istifadə etməyə imkan verir.

Şərh: 1

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar