Üç ildən bəri ortalıqda gəzən bir troyan cəmi yarım milyonun üzərində kredit kartı və hesab məlumatı toplamağı bacardı. Bu məlumatlar arasında bank hesablarından FTP şifrələrinə və e-poçtlara qədər hər şey var. Proqram ehtimalla Rusiyadan nəzarət edilir.
Şərh: 0Microsoftun araşdırmalarına görə Vista əməliyyat sistemi XP-yə nisbətən daha təhlükəsizdir. Əgər haker hücumlarına məruz qalan, Windows XP-də çalışan kompüterlərin 42%-də ƏS-in boşluqlarından istifadə olunursa, Vistada bu göstərici 6%-dir.
Şərh: 0Symantec, sürət və performans baxımından indiyə qədər misli görünməmiş yüksək standartlara sahib iki yeni həllin - Norton AntiVirus 2009 və Norton İnternet Security 2009-un Avropa, Orta Şərq və Afrika ölkələrində istifadəçilərin istifadəsinə hazır olduğunu bildirdi.
Şərh: 0Microsoft şirkəti virusların öhdəsindən gələn proqramı yeniləyib. Microsoft Malicious Software Removal Tool 2.3 proqramı DoomJuice, Zindos, Blaster, Sasser, MyDoom, Berweb (Download.Ject), Nachi, Gailbot və s. kimi məşhur viruslarla mübarizə aparır.
Şərh: 0Avropa İttifaqı kiber təhlükəsizliyin təmin olunmasına 55 milyon avro ayıracaq Qlobal şəbəkədə təhlükəsizlik texnologiyasına Avropa İttifaqı tərəfindən 55 milyon avro məbləğində vəsait ayrılacaq. Həmin vəsait hesabına, şəbəkədə istifadəçilər, xüsusən də uşaqlar üçün təhlükəli materiallar yerləşdirən şəxslərin aşkar olunmasına dair effektiv texnologiya yaradılacaq.
Şərh: 0Informasiya təhlükəsizliyi üzrə Isveçrə mütəxxəssisləri klaviaturanın düymələri ilə elektormaqnit siqnallarını analiz edən qurğu işləyiblər. Həmin qurğu ilə kompüter istifadəçisinin nə yazdığını müəyyən etmək olur.
Şərh: 0Google-un Hollandiya ofisi, kommersiya casusluğunda təqsirləndirilən Gmail istifadəçisinin İP-ünvanını açmağa razılaşıb. Yerli internet-şirkəti iMerge-nin baş direktoru məhkəmədə bəyan edib ki, işdən çıxarıldığı üçün, qisas almaq məqsədilə korporativ poçt serverinin ünvanını avtomatik dəyişib.
Şərh: 0Şpion proqramların araşdırılması ilə məşğul olan Webroot şirkəti öz hesabatını təqdim edib. Tərtib edilən statistika milyondan çox fərdi kompüter və 35 mindən çox korporativ kompüterə əsaslanmışdır. Şirkətin məlumatına görə, dünya üzrə kompüterlərin 88%-i virusludur
Şərh: 0Kompüterə daxil olan bütün zərərli proqrmaları tapıb məhv edən antivirus - Antiy Ghostbusters yenilənib.
Şərh: 0Spamla mübarizə edənlərin arasında, bu qruplaşma HerbalKing adı ilə tanınır. Bu ad öz növbəsində reklam məhsulunun adına uyğun gəlir.
Şərh: 0