ABŞ-ın Apple Inc - dünyanın ən bahalı şirkətinin bazar kapitallaşması Nyu-Yorkda keçirilən hərraclar zamanı ilk dəfə olaraq 600 milyard dollar səviyyəsini ötüb.
Şərh: 0Azərbaycanda həkim müayinəsinə getmək istəyən şəxslər həkimin qəbuluna elektron yolla yazılacaqlar. \"Pasiyent bunun sayəsində qabaqcadan biləcək ki, hansı həkim hansı poliklinikada işləyir və xəstələrini nə vaxt qəbul edir. Bu məlumat olduqdan sonra pasiyent istədiyi həkimi seçəcək və qəbul tarixini həkimin qrafikinə uyğun olaraq müəyyən edəcək\".
Şərh: 0\"Yahoo\" internet şirkətinin məhsullar üzrə direktoru Bleyk İrvinq şirkəti tərk edir. Şirkətdə aparılan struktur dəyişikliyi 2012-ci il yanvarın əvvəlində bu vəzifəyə təyin edilən \"Yahoo\"-nun baş direktoru Skott Tompsonun strateji təşəbbüsü ilə baş verib.
Şərh: 0\"Nokia\" şirkəti \"Microsoft\" və \"AT&T \" şirkətinin dəstəyi ilə, bəzi smartfonların qüsurlarını nümayiş etdirmək məqsədi daşıyan \"Smartphone Beta Test\" saytını yaradıb. Saytda yerləşdirilən videoçarxlarda \"Nokia\"nın əsas rəqibləri \"iPhone\" və \"Android\" qurğuların çatışmazlıqları qabardılıb. Çarxların birində \"Apple\" şirkətinin istehsalı olan \"iPhone 4\" və \"4S\"-in ekranının nazikliyindən bəhs edilir.
Şərh: 0Ümumdünya İqtisadi Forumu (ÜİF) nformasiya texnologiyalarının inkişafına dair Global Information Technology Report 2012 adlı yeni hesabatını açıqlayıb. Hesabatda dünyanın 142 ölkəsi üzrə şəbəkə hazırlığı indeksi (NRI) öz əksini tapıb.
Şərh: 0Dövlət zəmanəti ilə alınan kreditlər üzrə bağlanmış müqavilələr haqda məlumatlar elektron qaydada təqdim ediləcək. Belə ki, vergi orqanına bu kreditlər hesabına mal (iş, xidmət) alınması ilə əlaqədar bağlanılan, məbləği 50 min manatdan yuxarı olan müqavilələr barədə məlumat formasının təqdim edilməsi tapşırılıb.
Şərh: 0İnformasiya texnologiyaları sahəsi üzrə mütəxəssislərə Koreya qlobal İKT-proqramı çərçivəsində təhsillərini davam etdirmək imkanı yaradılıb.
Şərh: 0İsveçrənin OnAir şirkəti perspektivdə Azərbaycanın ilk telekommunikasiya peykinin resurslarını istifadə edə bilər. Azərbaycanın ilk telekommunikasiya peyki (Azerspace-1) Kuru kosmodromuna oktyabrda çatdırılacaq.Hazırda peykin resurslarının 39,5 faizi artıq Malayziya operatoru MEASAT tərəfindən icarəyə götürülüb.
Şərh: 0Azərbaycan İnternet Forumunun Müraciətində Azərbaycanın milli peykinin orbitə çıxarılması məsələsinin son dövrlərdə cəmiyyətdə kifayət qədər aktual mövzuya
Şərh: 0Bu gündən “Elektron təhsil” respublika müsabiqəsinə start verilir. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən müsabiqə “Təhsildə İnternet texnologiyaları” və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə təşkil olunub.
Şərh: 0