Sanyo Consumer Electronics ev şəraitində mediya kontenti ilə işləmək üçün istifadə olunan, digər rəqəmli fotoçərçivələrlə və şəbəkə səsləndiriciləri ilə rəqabət apara biləcək yeni məhsulunu təqdim edib. Məhsul ALBO adını və HNV-M70 kod işarəsini alıb.
Şərh: 0Hewlett-Packard yeni geniş funksionallığa malik, cazibədar HP w2558hc displeyi yaradıb. Model 1920x1200 pikselli imkana malik TN+Film standartının 25.5” matrisası üzərində qurulub.
Şərh: 0“Biz yaxın gələcəkdə mobil platforma üçün inteqral adapterlər bazarının 30 faizini tutmağı planlaşdırırıq”- NVIDIA-nın texniki marketinq üzrə direktoru Nik Stem bəyan etdi.
Şərh: 1Dell şirkəti Inspiron Mini ailəsindən ikinci noutbukunu təqdim edib. Xatırladaq ki, Dell Inspiron Mini ailəsinin birinci portativ kompüteri 9 düym ekranlı Mini 9 netbuku olmuşdur.
Şərh: 0ZDNet UK xəbər verir ki, Britaniyada yarımkeçirici texnologiyalar şirkəti - ARM şəbəkəyə çıxış məqsədilə nəzərdə tutulmuş kiçik kompüterlər üçün prosessorlar hazırlayır.
Şərh: 0Bu günlərdə Toshiba yapon şirkəti tərəfindən yeni Qosmio X305 noutbuku təqdim olunub. Noutbuk stolüstü kompüterlərlə rəqabət aparma gücünə malikdir.
Şərh: 0Sony yeni xidmət təqdim edəcək ki, onun sayəsində müştərilər noutbuk alarkən ən yaxşı konfiqurasiyanı sərbəst seçə biləcəklər. VAIO leptopunun TT, Z və CS seriyalarını əldə edərək, VAIO by you saytının istifadəçiləri istədikləri prosessor modelini, sərt diski, optik ötürücünü, videokartları, operativ yaddaş həcmini və zəmanət şərtlərini sifariş verə bilərlər.
Şərh: 0AMD şirkəti tərəfindən təklif olunan stolüstü sistemlər üçün prosessorlar seçiminə bu həftə iki model əlavə olundu. Birinci məhsul üçnüvəli prosessor - AMD Phenom X3 8850 Black Edition (HD8850WCJ3BGH), ikinci isə ikinüvəli CPU Athlon X2 5050e (ADH5050IAA5DO) oldu.
Şərh: 0Siz heç kompüterin maksimal dərəcədə kiçik olması haqda düşünmüsünüz? Bu suala fit-PC slim qurğusunu yaradanlar cavab veriblər. fit-PC slim 4,3 х 3,9 х 1,2 düym ölçülərlə diqqəti cəlb edir və dünyada ən kiçik personal kompüter hesab olunur.
Şərh: 0Asus-un sensor ekranlı Eee PC netbukunun hazırlanması haqqındakı məlumat şirkətin baş icraçısı Cerri Şen tərəfindən təsdiq olundu. Məlum oldu ki, Eee PC-nın yeni nəsili 2009-cu ilin ikinci yarısında meydana çıxacaq, sensor ekranla təchiz olunacaq və Windows 7 ilə işləyəcək.
Şərh: 0