Azərbaycanda estrada janrında mahnı bəstələyən yaradıcı insanların əməyini qiymətləndirmək və peşəkarlıq səviyyəsini inkişaf etdirmək məqsədilə üçüncü ildir keçirilən “Bakı gecələri-2010” Estrada Mahnı Festivalının on-line səsverməsi dekabrın 21-də başa çatacaq.
Şərh: 0Bir müddət əvvəl şərti azadlığa buraxılan gənc bloqçular Adnan Hacızadə və Emin Milli necə reabilitasiya keçirlər? Hazırda nə işlə məşğuldurlar? 17 aylıq qapalı rejimdə yaşamaqdan sonrakı həyat onlara necə təsir edir? “Media forum” saytına danışan Adnan Hacızadə hazırda müalicə kursu keçdiyini və hələlik heç bir işlə məşğul olmadığını bildirib. O, əsəb sisteminin pozulmasından əziyyət çəkdiyini deyib: “Hazırda müalicəm davam edir, xeyli irəliləyiş var və özümü daha yaxşı hiss etməyə başlayıram”.
Şərh: 0“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin təşəbbüsü ilə “Facebook” sosial şəbəkəsində “Demokratiya hərəkatı” adlı qrup yaradılmışdı. Qrupun yaradılmasında məqsəd virtual məkanda aktiv olan insanları bir araya gətirmək, onların virtual həyatdan çıxıb real həyatda müzakirələr aparmasına nail olmaqdır. Dünən Azərbaycan İnsan Hüquqları Evində Demokratiya Hərəkatının ilk görüşü baş tutub.
Şərh: 0“iPhone 4” istifadəçiləri artıq sensorlu ekranla yanaşı əlavə klaviatura ilə öz işlərini daha rahat həyata keçirə biləcək. “BoxWave Keyboard Buddy Case” klavyaturasını telefonun arxasına qoşaraq bluetooth vasitəsi ilə daha rahat telefondan istifadə etmək olar.
Şərh: 0İnternet, mobil telefon və sosial şəbəkə istifadəsində partlayış. Türkiyədə əhalinin 39%-i internetdən istifadə edir. Aparılan araşdırmalara görə cib telefonu, kompüter və sosial şəbəkələrin istifadəsi dünyada son iki il ərzində böyük nisbətdə artıb.
Şərh: 0Google, Body Browser xidməti ilə insanı, bədənində dolaşacaq.Yeni kəşf Google Earthın insan bədəninə uyğunlaşdırılmış versiyası olaraq hazırlanıb. Bu proqramda hansı bədən üzvü yazılarsa bədənin o nöqtəsi tapılır.
Şərh: 018 dekabrda \"Gülüstan\" sarayında nüfuzlu \"İlin şirkəti\" («Company of the Year») Milli Mükafatının 5-ci yubiley təqdimetmə mərasimi keçirilib. Mükafatın təqdim edilməsində məqsəd, iqtisadiyyatın müxtəlif sahələrində əhəmiyyətli nəticələrə nail olmuş, Azərbaycan biznesinin müsbət imicinin formalaşmasına, ölkənin dünya iqtisadiyyatına inteqrasına və ölkə əhalisinin rifah halının yaxşılaşdırılmasına kömək etmiş şirkətləri mükafatlandırmaqdan ibarətdir.
Şərh: 0Region dövlətlərində fəaliyyət göstərən bir sıra böyük operatorlar Transmilli Avrasiya Superinformasiya Magistralı (TASİM) layihəsində iştiraka maraq göstərir. Bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Nazirin sözlərinə görə, BMT tərəfindən dəstəkləndikdən sonra layihəyə region dövlətləri tərəfindən də dəstək verilib
Şərh: 0Google korporasiyası BMT-nin interneti tənzimləyəcək fövqəlmilli orqanın yaradılmasına dair təşəbbüsünü tənqid edib. Müvafiq təklif BMT-də Braziliya nümayəndələri tərəfindən irəli sürülüb. Belə ki, braziliyalılar internetin tənzimlənməsi üzrə müvafiq kriterilərin işlənib hazırlanmasını həyata keçirəcək komissiyanın yaradılması təklifi ilə çıxış ediblər. Təklifdə əsasən ekstremal hallarda Qlobal Şəbəkənin nəzarət olunması nəzərdə tutulur,
Şərh: 0“Gmail”, “Yahoo!Mail” və s. poçt xidmətlərinə də giriş məhdudlaşdırılıb Belarusda vəziyyət olduqca gərginləşib. Hətta ölkənin heç bir yerindən “Facebook”, “Twitter”, “VKontakte”, “Odnoklassniki.ru” kimi sosial şəbəkələr, eləcə də “Gmail”, “Yahoo!Mail” və s. poçt xidmətlərinə giriş bağlanıb.
Şərh: 0