21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Google kompaniyası Google Earth servisinə yeni Places funksiyasını əlavə edib. Onun mahiyyəti Wikipedia, Panoramio и YouTube resurslarının informasiyaları ilə topoqrafik göstəricilərin birlikdə verilməsindədir.
Şərh: 0
Almaniyanın ARD və ZDF teleradiokompaniyalarının tədqiqatına əsasən, 18 yaşdan yuxarı olan alman vətəndaşları fəal internet istifadəçiləridirlər. Yaşlı nəsil gündə təqribən 58 dəqiqə internetdən istifadə edirsə, gənclər ən azı 1 saat onlaynda olurlar. Bu da onların televiziya və radionu izlədikləri vaxtdan iki dəfə çoxdur.
Şərh: 0
ABŞ hüquq-mühafizə orqanlarına ölkəyə gəlmiş şəxslərdən sərhəddə portativ texnikanı müsadirə etmək hüququ verilib. Hətta qurğuların sahiblərinin heç bir hüquqazidd hərəkəti olmadığı təqdirdə belə sərhədçilər noutbukları, MP3-pleyerləri və hətta mobil telefonları izahat vermədən ABŞ-a daxil olanlardan ala bilərlər.
Şərh: 0
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin (SMPDA) baş direktoru Ramiz Həsənovun birgə əmri ilə, standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi (TK) yaradılıb. Komitənin əsas məqsədi - informasiya-kommunikasiya texnologiyaları sahəsində beynəlxalq və regional standartlara uyğun milli standartların yaradılması, müvafiq tənzimləyici normativ sənədlərin işlənilməsi, onlardan istifadənin effektivliyinin artırılması, beynəlxalq və dövlətlərarası standartlaşdırma işlərində iştirak edilməsidir.
Şərh: 0
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, Məlumat- Hesablama Mərkəzi “Elektron imza”nın tətbiqi üçün Milli Açıq Açar İnfrastrukturunun (PKİ) qurulmasına dair açıq tender keçirir. Qeyd edək ki, informasiya cəmiyyətinin inkişafı üzrə “Elektron imza” sisteminin tətbiqi istiqamətində beynəlxalq təcrübə öyrənilmiş, müvafiq qanunvericilik bazası, normativ sənədlər hazırlanmış, Türkiyənin Telekommunikasiya Qurumu ilə “Elektron imza” sahəsində əməkdaşlığa dair niyyət protokolu imzalanmışdır.
Şərh: 0
iyulun 29-da Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında qurumun rəsmi internet səhifəsi təqdim olunmuşdur. Mərasimdə şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova yeni “veb-səhifə”nin açılmasını Şəkinin ictimai-siyasi və mədəni həyatında çox əlamətdar hadisə kimi qiymətləndirmiş, “aztelekom.net” internet provayderinin Şəki bölgəsi üzrə mütəxəssislərinə minnətdarlığını bildirmişdir. Şəhər icra hakimiyyətinin baş mütəxəssisi Sahib Əlişanbəyli zalda quraşdırılan monitorun köməyi ilə yeni internet səhifəsinin xüsusiyyətləri barədə məlumat vermişdir.
Şərh: 0
Regionlarda 1 Gbs həcmində «AzDataKom» şəbəkəsinin yaradılması üzrə işlər davam etdirilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, artıq «AzDataKom» şəbəkəsinin birinci fazası üzrə işlər uğurla başa çatdırılmışdır. Nəticədə Bakı və Sumqayıt şəhərlərinin ATS-ləri vahid şəbəkəyə birləşdirilmiş, 10 Gbit/saniyə sürətli informasiya mübadiləsi üçün imkan yaradılmışdır.
Şərh: 0
Computerworld-un verdiyi xəbərə görə, Mozilla şirkətinin yeni layihələr üzrə vitse prezidenti Mayk Şropfer, Facebook sosial şəbəkəsinin yeni layihələr üzrə direktoru olacaq. Firefox brauzerinin hazırlanması və inkişafı ilə məşğul olan Mayk Şropfer Mozilla şirkətinə gələnə dək, Sun Microsystems şirkətində verilənlərin emalı və avtomatlaşdırılması mərkəzinin direktoru vəzifəsində çalışıb.
Şərh: 0
Ümumdünya internet şəbəkəsində daha bir axtarış sistemi artıb. İyulun 28-dən, Google şirkətinin keçmiş əməkdaşları tərəfindən yaradılmış, Cuil adlanan axtarış sistemi işə başlayıb. Yaradıcılar əmin edirlər ki, yeni axtarış sistemi 120 milyarddan ibarət ən böyük indeksləşdirilmiş resurslar bazasına malikdir. Ekspertlər, yeni layihənin bazar liderlərini sıxışdırma şanslarını bədbinliklə qiymətləndirirlər. Yeni Cuil.com axtarış sistemi, Google şirkətinin bir qrup keşmiş əməkdaşları – Tom Kostello, onun həyat yoldaşı Anna Peterson, Rassel Paurer və Lui Monye tərəfindən yaradılıb. Sözügedən axtarış sisteminin indeksində 120 millyard səhifə mövcuddur. Bu da Cuil təsisçilərinin qiymətləndirməsinə görə, Google bazasından üç dəfə çoxdur.
Şərh: 0
Предложения Интернет-форума Азербайджана по снижению цен на Интернет-услуги в стране так и остались нереализованными. Об этом заявил журналистам президент Интернет-форума Азербайджана Осман Гюндюз.
Şərh: 0