21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Azərbaycanda əhaliyə fərdi kompüterlərin güzəştli şərtlərlə satışını nəzərdə tutan «Xalq kompüteri» layihəsinin icrasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) «Azərpoçt» Dövlət Müəssisəsinin şəbəkəsindən istifadə olunacaq. Nazirlikdən verilən məlmata görə, mövcud imkanların analizi göstərir ki, proqramın reallaşdırılması üçün daha çox uyğun gələn şəbəkə 1700-ə yaxın şöbəsi olan «Azərpoçt»un infrastrukturudur.
Şərh: 0
Net Applications tərəfindən aparılan bir araşdırma Windows əməliyyat sistemini istifadə edən kompüter istifadəçilərinin sayında eniş olduğunu göstərdi. Araşdırma, internetə bağlı istifadəçilər arasında aparılıb. Araşdırmanın məqsədi, kompüter istifadəçilərinin hansı əməliyyat sistemini daha çox istifadə etdiklərini təyin etmək olub. Bu araşdırmaya görə Windows istifadəçilərinin sayı 90%-dən aşağı düşmək təhlükəsi yaşarkən , Applenin Mac OS X əməliyyat sistemindən istifadə edənlərin sayı 10%-i keçmək üzrədir.
Şərh: 0
Zdnet Blog yazır ki, Tel-aviv universitetinin tibb fakültəsində çalışan üç israil alimi, müğənnilərə vibrato texnikasını örgətmək üçün nəzərdə tutulan elektron qulaq icad ediblər.
Şərh: 0
Goolge şirkətinin hüquqşünası Levis Siqal tərəfindən baş prokuror Nyu-Gemprişə ünvanlanmış məktubuna əsaslanaraq InformationWeek nəşri, Google internet-şirkətinin əməkdaşları haqda məlumatların ötən ay itirilməsi barədə xəbər verib. Axtarış-sistemi əməkdaşlarına məxsus şəxsi informasiyalar, personalın idarə olunmasında Google-a xidmət göstərən Colt Express Outsourcing Services şirkətinin ofisindən oğurlanmış kompüterlərdə saxlanılırdı.
Şərh: 0Millət Vəkillərinə notebook qadağan olunur..
Şərh: 0Facebook alimentin qiymətini müəyyən edir...
Şərh: 0
DW-WORLD.DE saytının yazdığı xəbərə görə 15 mart – 20 iyun tarixə dək yarım milyon Almaniya sakininin pasport məlumatları internetdə yayılıb. Vətəndaşların şəkilləri, dini əqidəsi və ünvanları haqda informasiyanın cəmləşdiyi verilənlər bazası səhlənkarlıq nəticəsində istənilən üçün əlçatılan olub. Bundan əlavə bazada vətəndaşların adları, ailə vəziyyəti və doğum tarixləri haqda məlumatlarda mövcud idi.
Şərh: 0
Mozilla Firefox 3 bruzeri, buraxılmasından sonra sutka ərzində proqramın yükləmə sayına görə dünya rekordunu müəyyən edib. 24 saat ərzində brauzer 8 002 530 dəfə yüklənilib. Bu göstərici Ginnessin rekordlar kitabında qeyd olunub. Ginnessin rekordlar kitabını təmsil edənlər, yükləmə miqdarını iki üsulla sayıblar. Birincisi, onlar Mozilla-nın statistikasına bələd olublar. İkincisi isə, yükləmələrin qeyd olunduğu serverlərdən götürülən məlumatları əsas tutublar.
Şərh: 0
Koreya Respublikasının Bilik İqtisadiyyatı Nazirliyi və Seul Milli Universiteti xarici ölkələri təmsil edən hökumət rəsmiləri və ya tədqiqatçılar üçün təhsil kursları təşkil edir. “Qlobal informasiya texnologiyaları siyasəti proqramı” mövzusunda keçirilən kursun müddəti 5 ildir (2 il magistratura + 3 il doktorantura). Kursda iştirak etmək istəyən namizədlər ali təhsilli (bakalavr dərəcəsi) dövlət qulluqçusu olmalı və ya dövlət orqanında işləməli, tam sağlam və ingilis dilini bilməlidir. Namizədlərin seçimi müsabiqə əsasında keçiriləcək.
Şərh: 0
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin müdiri Mir-Heydər İsmayılov və RİTN-nin Dövlət Radiotezliklər İdarəsinin rəisi Əflatun Məmmədov bu gün Almaniyanın Lixtenau şəhərində keçirilən “LS Summit 2008” telekommunikasiya konfransında iştirak edirlər. Qeyd olunan konfrans LS Telcom şirkəti tərəfindən təşkil olunmuş sayca 13-cü bu cür tədbirdir.
Şərh: 0