Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, sistem nazirliyin Məlumat Hesablama Mərkəzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na uyğun yaradılıb.
Şərh: 0Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Milli Məclisinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin keçirilən iclasında Cinayət Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.
Şərh: 0AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Ukraynanın informatika üzrə beynəlxalq olimpiada saytı olan « www.e-olimp.com.ua/ »-nın Azərbaycan dilindəki versiyasının təqdimatı keçirilib. \"ICTnews.az\" elektron xəbər xidmətinin məlumatına görə, tədbirdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, İTİ direktoru Rasim Əliquliyev və respublikanın ali məktəblərinin informatika fənnini tədris edən müəllimləri iştirak edib.
Şərh: 0Multimedia Mərkəzi bildirir ki aprelin sonunda “Müəllimlər üçün sosial servislər və İnternet texnologiyalar” mövzusunda növbəti Təlimlər başlanacaq.
Şərh: 0Azərbaycan Respublikası Prezidentinin rəsmi saytının \"Android\" əməliyyat sistemi üçün mobil əlavəsi istifadəyə verilib. \"ICTnews\" elektron xəbər xidmətinin məlumatına görə, sistem artıq aprelin 22-dən etibarən istifadəçilərin ixtiyarına verilib.
Şərh: 0Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan olunmuş müsabiqə çərçivəsində Demokratik Gənclər İctimai Birliyi tərəfindən \"Peşələri məsafədən seçək!\" distant məlumat məsləhət xidmətinin yaradılması layihəsi həyata keçirilir.
Şərh: 0Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) yanında yaradılmış \"Elektron Təhlükəsizlik Mərkəzi\"nin fəaliyyətinin təşkili üzrə aidiyyəti dövlət qurumlarına müraciətlər olunub və hazırda digər zəruri tədbirlər görülməkdədir.
Şərh: 0Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının müxtəlif qurumları, o cümlədən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə aid (http://www.mincom.gov.az/) 1,5 GB –lıq müxtəlif səpkili sənəd və informasiyaların oğurlanmasına dair məlumatlar dərc olunur.
Şərh: 0Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun əmri ilə nazirliyin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri Elçin Zeynalov İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru təyin edilib.
Şərh: 0Bakıda Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən “E - idarəetmə” və dövlət qulluğu sistemində innovasiyaların tətbiqi ilə bağlı təqdimat keçirilib.
Şərh: 0