“Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri Xədicə İsmayılova tutduğu postdan istefa verib. Xədicə İsmayılova verdiyi açıqlamasında bildirib ki, o, bu qərara keçən həftə gəlib: “Çoxdandı bu barədə düşünürdüm. Ötən həftə rəhbərliklə müzakirə etdik və istefam qəbul olundu.
Şərh: 0Azərbaycanda mədəniyyət kanalı ilə bağlı müsabiqəyə sənəd qəbulunun müddəti bir ay da uzadılıb. Bu barədə jurnalistlərə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli məlumat verib. Şura sədri bildirib ki, Azərbaycanda mədəniyyət kanalının açılması ilə bağlı elan olunan müsabiqə müddətində yalnız bir müraciət daxil olub: “Müraciət “Azərbaycan Televiziyası və Radiosu” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən olunub. Qanunvericiliyə əsasən, müsabiqədə iştirak üçün bir müraciət yetərli hesab olunmadığından vaxtın daha bir ay uzadılmasına qərar verilib”.
Şərh: 0İctimai Teleradionun yaradılmasından 5 il ötür. 5 il öncə məhz avqustun 29-da yeni təmirdən çıxmış binada fəaliyyətə başlayan televiziyanın bu illər ərzində gördüyü işlər də hər zaman müzakirə obyekti olub. Onun öz missiyasının öhdəsindən gələ bilmədiyini deyən ekspertlərlə yanaşı, İTV-ni “uğurlu layihə” adlandıranlar da az deyil. Arayış üçünsə bildirək ki, İctimai Teleradio Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən biridir.
Şərh: 0Beş il öncə onun qurulması haqqında müzakirələr gedəndə biz qorxurduq. Əslində düşünürdük ki, hakimiyyət özü üçün daha bir tribuna əldə etmək istəyir. Hələ İsmayıl Ömərovun da ictimai yayımın baş direktoru olacağı haqda söhbətlər ortaya çıxanda lap qanımız qaralmışdı. Deyirdik ki, hakimiyyət Az.TV-nin aparıcı kadrlarından birini ictimai yayıma başçı gətirirsə, deməli hər şey aydındır.
Şərh: 0“Bu il Azərbaycanda keçiriləcək Parlament seçkilərində KİV-in fəaliyyətini məhdudlaşdıran heç bir inzibati resursdan istifadə olunmayacaq”. Bunu ATƏT Bakı Ofisinin təşkilatçılığı ilə “Seçkilərin mediada əks etdirilməsi” mövzusunda keçirilən \\\"dəyirmi masa\\\"dakı çıxışında Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
Şərh: 0Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu Ural, Uzaq Şərq, Sibir, habelə Şərqi Avropa və Mərkəzi Asiyada yayımlanacaq televeriliş açır. Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımovun verdiyi məlumata görə, veriliş «Azərbaycana gedən yol» adlanır.
Şərh: 0Bugün “MTV”nin Avrasiya üzrə regional direktoru Metyu Qoldsteyn mətbuat konfransı keçirib. Konfransda Qoldsteyn “MTV Azərbaycan” kanalının potensialı haqda danışıb:“MTV-nin Azərbaycanda açılması üçün potensialınız çox güclüdür.
Şərh: 0Rəqəmli televiziya yayımının tətbiq edilməsi üçün hazırlıq işləri aparılır və Bakı şəhərində sınaq olaraq 10 televiziya kanalının rəqəmli şəkildə ötürülməsi təmin edilir. Artıq Bakıda və Abşeron yarımadasında WiMax şəbəkəsi qurularaq əhalinin istifadəsinə verilib.
Şərh: 0İNRADİO.AZ – “Dünya bir səhifədə!” devizi ilə həftənin 7 günü 24 saat online xəbər və milli musiqi yayımlayacaq. Yeni radionun baş direktoru Elxan Xanəlizadənin Xeberler.az saytına verdiyi məlumata görə, “İNRADİO”nun əsas məqsədi Azərbaycan mədəniyyətini, ədəbiyyatını və milli musiqisini təbliğ etməkdir.
Şərh: 0“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində Televiziya və Radio Akademiyasının təntənəli açılış mərasimi keçirilib. Çox qısa müddətdə Televiziya və Radio Akademiyasının müasir standartlara cavab verən maddi-texniki bazası formalaşdırılıb. Azərbaycan Radiosunun binasında yerləşən Akademiyada çəkiliş və montaj avadanlığı quraşdırılıb, çəkiliş pavilyonları və səsyazma studiyası yaradılıb.
Şərh: 0