Fontu böyüt:
Son 5-10 il ərzində İKT sahəsində inkişaflar əlbəttə ki, iş yerlərində də güclü inkişaflara səbəb olur. Bunların arasında işlərin daha sürətli qurtarması, kamera sistemlərinin kompüterləşdirilməsi, işçilərin yoxlanılması sahəsində güclü inkişaflar gedib.
Məsələn bir şirkətdə işçi kart ilə həm gəlişini həm də gedərkən qeyd edərkən fotoaparat ilə çəkilməməkdədir. Bundan əlavə barmaq izi ilə keçdikdən sonra kamera o şəxsə fokuslanır və şəklini çəkir hətta şirkətdəki bütün hərəkətləri qeyd edir.
İşçilərin yoxlanılması isə ən mühüm etik məsələlərdən biridir. Belə ki, işçilər ofisə gəldiyi andan etibarən onların hər anı qeyd edilməkdədir hətta kompüterlərdə etdikləri hər şey yoxlanılmaqdadır.
Bunun nə qədər düz olduğu və etik olduğu məsələsi isə uzun müddətdir mübahisə mövzusudur. Çünki iş yerlərində müdirlər və ya şirkət sahibləri şirkətdə işdən başqa heç bir şey ilə məşğul olmaması və iş vaxtından səmərəli istifadə olunması arzu edir. İnternetin həyatımızda böyük yer tutması və ətrafımızdakı insanların internetin daha çox istifadə etməsi belə bir vəziyyit yaratdı ki, hamı bir-biriləri görüşmək və telefondan istifadə əvəzinə email-dən və messenger kimi xidmətlərindən istifadə edir. Bu o deməkdir ki, internet bir əyləncədən çox artıq zərurətdir. Yəni hər hansı bir informasiya göndərilməsi və ya əldə edilməsi üçün internet əsas yer tutur və hətta çox vacibdir. Bu göndərilən informasiyalar şirkətlə əlaqədar və ya özəl ola bilər. Amma şirkət sahibləri kompüerlərə və ya serverə qurduqları xüsusi proqramlar ilə bu informasiyaları çox asan şəkildə izləməkdə və əldə etməkdədirlər. Bu izlənmə hər şirkətin ixtiyarındadır. Ancaq bu problemdir çünki heç bir şirkət belə bir şey etdiyini bildirməməyə çalışır və müəyyən müddətdən sonra özəl informasiyalardan istifadə edərək işçi əleyhinə qərarlar verə bilər və ya ona maddi və mənəvi zərərlər verə bilər.
Ümumiyyətlə şirkətlərdə aşağıda qaydalar var
– messenger kimi söhbət proqramlardan istifadə edilməməsi
– sosial şəbəkə saytlarına girilməməsi
– email xidmətlərindən şəxsi problemlərin həlli üçün və ya yazışmalar üçün istifadə edilməməsi
– şirkətə lazım olmayan informasiyaların internetdən endirilməməsi
Bəs nə etməli? Hər hansı bir şirkətdə işə başlamazdan əvvəl müqavilə imzalayın və şirkətin şərtləri ilə tanış olun. İş saatları haqqında dəqiq informasiya əldə edin. Müqavilə xaricində hər hansı bir səbəbdən qovulsanız təzminat əldə etmə haqqınız olacaqdır.
Şirkətdə işlədiyiniz saatlarda şirkət telefonunu və internet xidmətləri iş xarici heç bir yol üçün istifadə etməyin. Çünki siz informasiyalarınızı istənməyən şəxslər əldə edə bilər və bundan zərər çəkə bilərsiniz.
Hamıya problemsiz iş həyatı və uğurlar arzu edirəm