İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı: 1

Visual Basic-də Azərbaycan dilinin istifadəsi

27.04.2009 [10:34]

Fontu böyüt:      

Azərbaycan dili Unicode (Yunikod) standartında öz yerini tutmuşdur. Unicode kodlaşdırmadan azad, daha doğrusu bütün dilləri vahid kod səhifəsində təsvir edən, bir üsuldur.

Bu məqalədə proqramların interfeysini (zahiri görünüşünü) Azərbaycan dilində
yaradılması üsulları haqqında məlumat veriləcək.
Azərbaycan dilinin rəsmi kodlaşdırma standartı mövcud olmadığından , adi üsullar ilə
forma üzərində Azərbaycan hərflərin yazılması çətinlik törədir.
Lakin Azərbaycan dili Unicode (Yunikod) standartında öz yerini tutmuşdur. Unicode
kodlaşdırmadan azad, daha doğrusu bütün dilləri vahid kod səhifəsində təsvir edən,
bir üsuldur. Bu üsul ilə eyni zamanda eyni sahədə (proqram formasının üzərində,
mətn sənədində, internet səhifəsində) istənilən dillərdə mətn yaratmaq mümkündür.
Visual Basic-in özündə Unicode dəstəyi mövcud olsa da, onun bəzi elementləri və standart komponentləri Unicode növlü mətnləri dəstəkləmir. Bu problemin həlli üçün Unicode dəstəkləyən komponentlər və Azərbaycan dilinin qeyri-Unicode üsulları ilə təsviri istifadə oluna bilər.

UNICODE haqqında
İstifadə olunan şriftlərin standartlaşdırması ilə məşğul olan Unicode təşkilatı (www.unicode.org) hələ 90-cı illərin əvvəlində dünyada istifadə olunan bütün dillərin işarələrini vahid bir şriftə birləşdirilməsi ideyası ilə çıxış etdi. Uzun müddət çəkən mübahisələrdən sonra bu standart proqram istehsal edən şirkətlər tərəfindən qəbul olundu. Bunun nəticələrindən bir də o oldu ki, Windows NT sisteminə bu şriftlər daxil olundu və Windows 2000 əməliyyat sistemində isə UNICODE əsasında qurulmuş Azərbaycan dilində mətn yaratmaq üçün Azeri (Cyrillic) və Azeri (Latin) klaviatura drayverləri əlavə olundu.
Belə standart ilə mətni yalnız Windows2000 də yaradılması mümkün olduğuna baxmayaraq bu cür mətni Windows 95 və 98 əməliyyat sistemində oxumaq olur.

Unicode dəstəkləyən komponentlər
Visual Basic-in (5 və 6 versiyası ) standart komponentləri Unicode standartında olan işarələri əks etdirmir. Bunu yoxlamaq üçün sadə bir üsuldan istifadə edə bilərik. Təəsüf ki, formanın dizayn rejimində, komponentin üzərində (hətta Unicode dəstəkli komponentlərdə) mətni birbaşa daxil edəndə, Azərbaycan dilinin spesifik hərfləri düzgün daxil olunmur. Bu, Visual Basic-in dizayn rejimində, klaviaturadan gələn kodların düzgün emal olunmaması nəticəsində baş verir. Komponentin daxilinə Unicode işarələrin yazılmasını dizayn rejimində deyil, layihənin icra zamanı həyata keçirəcəyik. Bu məqsəd üçün xüsusi ChrW funksiyasından istifadə edəcəyik. Bu funksiya kod ilə verilmiş Unicode işarəni hasil edir. Bildiyiniz kimi, “ə” hərfinin Unicode ilə nömrəsi 601-di. Buna əsasən, ChrW(601) funksiyasının nəticəsi “ə” hərfindən ibarət sətir olacaq.

nümünə faylları və məqalənin davamını buradan yükləyin


xeberler.az
Oxunub: 1 dəfə
    DİGƏR

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar