İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı: 4

GƏLƏCƏYİMİZİN ÖZÜLÜNÜ QAZIYANLAR (3-cü Məqalə)

22.09.2008 [15:12]

Fontu böyüt:      

Mövzuya davam edib bildirək ki, 2007-2008-ci tədris ilinin əvvəlində ümumtəhsil məktəblərində müəllimlərin sayı 173 708 nəfər olub. Proqramın icra olunduğu 3 il ərzində nazirlik müəllim heyətindən yalnız 12232 nəfərinə informasiya və kommunkisiya hazırlıq kursları keçib.

(əvvəli ötən saylarımızda)

Mövzuya davam edib bildirək ki, 2007-2008-ci tədris ilinin əvvəlində ümumtəhsil məktəblərində müəllimlərin sayı 173 708 nəfər olub. Proqramın icra olunduğu 3 il ərzində nazirlik müəllim heyətindən yalnız 12232 nəfərinə informasiya və kommunkisiya hazırlıq kursları keçib. Belə olan halda yerdə qalan müəlllim heyətinin də analoji bilikləri əldə etmək üçün kurs keçməsinə hələ 40 il vaxt gərək olacaq. Nəzərə alsaq ki, kurs keçən müəllimlərin heç də hamısı hələ də avadanlıqlardan istifadə etməyi bacarmır, belə olan halda proqramın nə qədər sistemsiz və səmərəsiz həyata keçirildiyini təsəvvür etmək çətin deyil.
Təhsil Nazirliyi proqram çərçivəsində alınmış kompyuterlərə orta hesabla 655 manat ödədiyini bildirib. “KÜR” satış mərkəzlərindən əldə etdiyimiz sənəddə (sənədin fotoşəklini təqdim  edirik - müəl.) parametrləri məktəblərə verilmiş kompyuterlərin parametrləri ilə eyni olan kompyuterlərin satış qiyməti isə ƏDV daxil olmaqla 260 və 320 AZN göstərilir.
Məlum olur ki, nazirlik kompyuterləri MMC-dən normal satış qiymətindən 2-3 dəfə baha qiymətə alıb. Əcəba niyə? Məgər proqram vəsaitləri düşmən malıdır?
Sözügedən sənəddə diqqətçəkən başqa bir məqam isə budur ki, büdcə təşkilatları üçün “Pentium 4” prossesorlu kompyuterlərin nəzərdə tutulduğu bildirilir. Parametrləri \\\\\\İntel Seleron\\\\\\dan daha yüksək olan bu kompyuterlərin də qiyməti ƏDV daxil olmaqla 354 manatdır. Qeyd edək ki, istər Bakıda, istər də Lənkəran və Gədəbəydə monitorinq olunmuş məktəblərdəki \\\\\\kompyuter\\\\\\ kompyuterlərin “Pentium 4” deyil, \\\\\\İntel Seleron\\\\\\ olduğu və parametrlərinin də birincidən kəskin fərqləndiyi aşkarlanıb.
Bu sənədə əsaslansaq, həmçinin ümumtəhsil məktəblərinin büdcə təşkilatları olmasını nəzərə alsaq, \\\\\\KÜR\\\\\\-ün proqrama “Pentium 4\\\\\\ yerinə \\\\\\İntel Seleron\\\\\\u birincidən ikiqat baha satdığını söyləmək olar.  Bu qədər qiymət fərqinin arxasında isə yalnız və yalnız proqram vəsaitlərini mənimsəmək niyyəti  - korrupsiya dura bilər.

“KÜR” brenddirmi?

Bir haşiyə çıxıb bildirmək istərdik ki, istehlak bazarında tanınmış HP kompyuterlərinin kifayət qədər ucuz başa gəldiyi bir zamanda hökumətin proqramın pullarını \\\\\\KÜR\\\\\\-ə verməsinin arxasında gerçəkdə yerli istehsalı gücləndirmək dürsaydı, bu bizi də şad edərdi və təqdirəlayiq hərəkət olardı. Ancaq təəssüf ki, \\\\\\KÜR\\\\\\-ün büdcə təşkilatlarının İKT təminatı sahəsindən başqa hər hansı bazarı yoxdur. Yəni bu gün yüzlərcə insanı sorğuya cəlb edərək \\\\\\KÜR\\\\\\ kompyuterləri alarsınızmı\\\\\\, - deyə soruşduqda yalnız və yalnız gülüşlə qarşılandıq. Ən maraqlısı odur ki, \\\\\\KÜR\\\\\\-ün satış mərkəzlərini dolaşıb özümüzü internetkafe üçün kompyuter almaq istəyən müştəri kimi təqdim edəndə hətta öz təmsilçiləri əsl niyyətimizi bilmədikləri üçün bizə belə işlər üçün \\\\\\KÜR\\\\\\ü məsləhət görmədiklərini bildirmiş və \\\\\\KÜR\\\\\\-dənsə BEKO daha məsləhətlidir\\\\\\  - demişdilər.
Əslində \\\\\\KÜR\\\\\\ adı kompyuter olaraq proqramın icrasına başlanılana qədər kimsəyə nəsə demirdi. Bəs necə oldu ki, büdcədən kifayət qədər böyük vəsait ayrılmış proqram çərçivəsində satınalmaları məhz bu müəssisə həyata keçirməyə başladı? Bu məqamı araşdırarkən əldə etdiyimiz nəticələrə görə, proqramla bağlı satınalmalar prosesində qeyri-şəffaf və qeyri-obyektiv tender keçirib, tenderin qalibi olmuş \\\\\\KÜR\\\\\\ün prosesə qatılmaqla yanaşı, “qalib  gəlməsi” də ciddi qanun pozuntuları ilə müşayiət olunub. Ayrı sözlə, maxinasiyalar elə tenderdən başlayıb.
\\\\\\KÜR\\\\\\ MMC-nin proqram çərçivəsindəki satınalmalarda hansı səbəblərdən üstünlük əldə etməsi ilə bağlı araşdırmalarımız davam edir və ümid edirik ki, yazının çapı davam etdiyi müddətdə biz həmin məsələlərə daha dərindən rəsmi aydınlıq gətirilməsinə nail ola biləcəyik. Bu günə əlimizdə olan rəsmi məlumatlara görə isə “\\\\\\KÜR\\\\\\” MMC böyük nizamnamə kapitalı ilə birinci təsisçisi “Teleradio” İB-yə məxsusdur. Sonuncu müstəqil qurum olmayıb Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin idarəsidir və nazirliyin təsisçiliyi ilə yaradılıb. Həmkarımız S.Qaravəllinin reportajında Təhsil Nazirliyindən təhsilin ibarə olunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov \\\\\\KÜR\\\\\\-ün tender qalibliyi əldə etməsini MMC-nin təklif etdiyi qiymətlərin çox aşağı olması ilə əlaqələndirib. Maraqlıdır ki, qarşı tərəf olaraq \\\\\\KÜR\\\\\\ MMC-nin direktoru Rizvan Osmanov isə çəkiliş zamanı “çox sağ olsun tender komissiyasının üzvləri ki, bizə üstünlük veriblər, hətta qiymətlərimizdə bir az üstünlük də olsa. Biz ancaq bu cür öz sənayemizi inkişaf elətdirə bilərik\\\\\\, - deyib. Əslində yuxarıda qeyd etdiyimiz kimi, araşdırmalar göstərir ki, \\\\\\KÜR\\\\\\ kompyuterlərinin satınalma  qiymətləri heç də Rizvan Osmanovun söylədiyi kimi “bir az”  deyil, ikiqat bahadı.

“KÜR”ü kim istehsal edir?

Birdən “\\\\\\KÜR\\\\\\” kompyuterlərinin hazırlanması prosesnidə Yaponiyadan gəlmiş yüksək ixtisaslı mütəxəssislərin qatıldığını düşünə bilərsiz. Əsla belə deyil. S.Qaravəllinin MMC-dən hazırladığı çəkiliş zamanı dindirilmiş 3 işçidən yalnız birinin 6 aylıq kurslar bitirdiyi, digər ikisinin isə orta təhsilli olduğu aydınlaşdırılıb. Belə olan halda \\\\\\KÜR\\\\\\ün nə dərəcədə keyfiyyətli olması barədə bir daha təsəvvür yaranır. O.Gündüz də hesab edir ki, \\\\\\KÜR\\\\\\-lə bağlı yaranan problemləri gözləməyinə dəyərdi. Ekspertin fikrincə, məktəblərdəki Azərbaycan istehsalı olan kompyuterlər keyfiyyətsizdir: “kompyuter istehsalı çox ciddi məsələdir. Biri var, kompyuterlərin mikrosxemlərinin istehsalı, biri də var gələn kompyuterlərin yığılması. Bizdə ikinci gerçəkləşdi, mikrosxemlər isə istehsal olunmur. Sinqapur, Malaziya və Çindən gəlir, burda yığılır\\\\\\.
O.Gündüz özü MMC-də olub: “\\\\\\KÜR\\\\\\ kompyuter zavoduna mən də son dövrlər baş çəkmişəm. Əslində ora heç zavod da demək olmaz. Burada  kompyuterlər yalnız yığılır. Buradakı yığım prosesilə mən yaxından tanış olmuşam. Prosesin beynəlxalq standartlara cavab verməsini söyləmək olmaz. Orada yığılan  kompyuterlərlə uzun illər oturuşmuş, bu sahədə təcrübəsi olan qurumlarla rəqabət aparmaq çətin olardı. Amma daha çox narahat edən cəhət odur ki, Təhsil Nazirliyi tərəfindən bu qurumdan alınan kompyuterlərin qiyməti az qala beynəlxalq qiymətlərə yaxındır. Düşünürəm ki, qiymətlərin daha da aşağı salınması imkanları nəzərdən keçirilməliydi. Əks halda \\\\\\KÜR\\\\\\ kompyuterlərindən istifadə etmək o qədər də effektli yol  deyil. Digər tərəfdən burada kompyuterlər yığılarkən daha ucuz mikrosxemlər dalınca qaçmaqdansa, daha keyfiyyətlilərini almaq, daha yaxşı monitorları yığıb məktəblərə vermək düzgün olardı\\\\\\.

Vergilər Nazirliyinin məlumatları gizlətməkdə marağı nədi?

Azərbaycan balasının təhsilinə göstərdiyi “xidmətlərilə” \\\\\\KÜR\\\\\\ o qədər diqqət çəkdi ki, biz onun kökünü araşdırmağa, kim tərəfindən təsis edildiyinə qərar verdik. Qeyd edək ki, bu məlumatları aydınlaşdırmaq üçün Ədliyyə və Vergilər nazirliklərinə dəfələrlə rəsmi sorğu göndərdik.
Ədliyyə Nazirliyindən bu barədə rəsmi məlumatların artıq onlarda olmadığını bildirərək bizə Vegilər Nazirliyinə müraciət etməyi tövsiyə etdilər. Vergilər Nazirliyi isə rəsmi cavablarla hər dəfə “İnformasiya əldə edilməsi haqqında” Qanunun tələblərini, qanunla cavab verilməsi üçün müəyyənləşmiş zaman limitini kobudcasına pozaraq bəhanələrlə \\\\\\KÜR\\\\\\ü qeydiyyatdan keçdiyi tarixi, təsisçiləri və nizamnamə kapitalı barədə məlumatları bizdən gizlətməyə çalışdı. İnadla təkrarlanan rəsmi sorğularımızdan 4-cüsünə cavab olaraq isə bu barədə Yevlaxdakı 11 saylı ərazi Vergilər İdarəsinə müraciət etməyi tövsiyə etdi. Nazirliyin cavab məktubunun surətini əlavə edərək Yevlaxa göndərdiyimiz sorğuya isə zamanında cavab aldıq. Cavabı aldıqdan sonra isə Vergilər Nazirliyinin niyə rəsmi sorğuya cavab verməkdən boyun qaçırdığını anladıq - məsuliyyəti öz üzərinə almaq istəməmişdilər hər halda.
Belə bir nəticə çıxarmaq olar ki, \\\\\\KÜR\\\\\\ qeyri-rəsmi tərəfdən də dövlət məmurlarından hansınasa çox yaxındır və yalnız bu halda Vergilər Nazirliyi ona himayədarlıq etməyə çalışa bilərdi. Biz araşdırmanın sonunda yarımbaşlığa da cavab tapa biləcəyimizi düşünürük.

Bəs, Təhsil Nazirliyi “KÜR”ə niyə “jest” edib?

...Həm də satınalmalar haqqında qanunu pozaraq. Məşədi İbadın sözü olmasın, tanınmış marka olduğu üçünmü? Yox. Bəlkə çox ucuz başa gəldiyi üçün? O da yox. Əcəba, yerli istehsalın inkişafı üçünmü? Yenə yox. \\\\\\KÜR\\\\\\-ün satınalmalarla bağlı tenderin qalibi olmasının əsl səbəbləri onun dolayısı ilə (çox qısa yolla) proqramın əsas icraçılarından olan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin himayəsi altında olmasıdır. Təhsil Nazirliyi tenderlə bağlı sualımıza rəsmi cavab olaraq bildirib ki, proqramın tədbirlər planına, Nazirlər Kabinetinin müvafiq qərarlarına və Satınalmalar üzrə Dövlət Agentliyinin razılığı əsasında 23 may 2007-ci ildə (?) tender keçirilib və onun qalibi də \\\\\\KÜR\\\\\\ Elektron Avadanlıqları İstehsalı MMC olub (Tenderin keçirilmə tarixinin proqramın sonlarına təsadüf etməsi anlaşılmadığından bunu dəqiqləşdirmək məqsədilə Təhsil Nazirliyinə yenidən sorğu göndərilib. Təəssüf ki, cavab hələ də yoxdur - müəl.).
Tenderdə həmçinin “Ultra Computers” firması, “SİNAM”  MMC, “Rover Tech”  MMC və “Security sistems” firması iştirak edib. Rəsmi sorğuya verdiyi cavabında nazirlik bildirir ki, tenderin qalibi olması \\\\\\KÜR\\\\\\-ün avadanlıqlarına 3 il zəmanət verməsi və bölgələrdə servis mərkəzlərinin olmasıdır ki, bu mərkəzlərə məktəblər tərəfindən müraciət olunduqda İKT avadanlıqları ilə bağlı nasazlıqlar gün ərzində aradan qaldırılır. Çox maraqlıdır ki, tenderə tanınmış və həm də istehlak bazarında kifayət qədər əlverişli şərtlərlə biznesini davam etdirən HP təmsilçiləri ümumiyyətlə, qatılmayıblar. S.Qaravəlli araşdırma zamanı öyrənib ki, HP-nin “şəffaflıq” şəraitində keçirilmiş tenderdən ümumiyyətlə xəbəri olmayıb.
Tenderlə bağlı məlumat və hər hansı elana aidiyyəti qurumların informasiya resurslarında rast gəlmədiyimizdən bu məsələyə ekspert O.Gündüzün münasibət bildirməsini istədik. Uzun müddət dövlət qurumlarının informasiya resurslarının monitorinqini aparan Osman müəllimin fikrincə, nazirliklərin böyük əksəriyyəti tenderlərə aid informasiya açıqlamaqda xəsislik edir: “Biz bütün dövlət qurumlarının saytlarını monitorinqini həyata keçiririk. Artıq bu layihəni 3 ildir ki, davam etdiririk. Bunun bir metodologiyasını müəyyənləşdirmişik. Həmin metodologiyanın bir bəndi məhz tenderlər, dövlət alqı-satqısı, müsabiqələrlə bağlıdır. Burada isə yalnız Təhsil Nazirliyi yox, nazirliklərin böyük əksəriyyəti bu cür informasiyaları ya öz saytlarına qoymurlar, ya da bunu çox xəsisliklə həyata keçirirlər. Təbii ki, Təhsil Nazirliyində də İKT ilə əlaqədar keçən dövlət proqramıyla bağlı informasiyalara az halda rast gəlirik. Biz dəfələrlə bu məsələləri qaldırmışıq. Düşünürəm ki, növbəti proqramda bunun bir nəticəsi olar\\\\\\.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, tenderin nəticəsində bağlanmış satınalma müqaviləsi barədə məlumat beş bank günü ərzində tender haqqında elanın verildiyi mətbuat orqanında dərc edilir. Təəssüf ki, biz bu məlumatlara nə Təhsil Nazirliyinin saytında, nə də adətən hökumət qurumlarının elan və məlumatları dərc edilən “Azərbaycan” qəzetinin saytında rast gəldik. Nazirliyin saytında nəinki 4 il əvvəlin, heç yeni dövrün bu tipli məlumatları da yoxdur. Sözügedən dövlət qəzetinin isə internet səhifəsindəki “Arxiv” bölməsi dövlət başçısı ilə birbaşa əlaqəsi olan tədbirlərlə bağlı məlumatlar nəzərə alınmazsa, demək olar ki, boşdur.
Tenderə qatılan şirkətlər barədə istehlak bazarında olduqca əlverişli qiymətlərlə və həmçinin 3 il zəmanətlə daha keyfiyyətli mal təklif edən “Ultra Computers\\\\\\ ve “Rover Tech” tendere qatılmış yetərincə tanınmış qurumlar idi. “Ultra Somputers” Təhsil Nazirliyinin əvvəllər bəzi satınalmaları gerçəkləşdirdiyi bir qurumdur. Diqqət yetirmək gərəkdir ki, o, 3 il zəmanət, qiymətlərində endirimlər və s. maraqlı şərtlərlə işləyir. “Security sistems” isə adı o qədər də tanınmayan şirkətdir. İKT bazarına yaxın olanlardan bu şirkət barədə nə bildiklərini sorduqda hər kəs çiynini çəkdi. Ən maraqlı “SİNAM” MMC və “"KÜR"” MMC-dir. Belə ki, “SİNAM” MMC həm də nizamnamə kapitalına görə ikinci böyük paya sahib olmaqla, “"KÜR”“ün təsisçilərindəndir. “SİNAM” MMC ətrafındakı araşdırmalarımız davam etdirilməkdədir.

(ardı var)

Şəhla Əbusəttar, Araşdırmaçı Jurnalistlərin Azərbaycan Şəbəkəsi


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar