İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı: 8

Sumqayıt bələdiyyəsinin saytının monitorinqinin nəticələri

16.12.2009 [19:20]

Fontu böyüt:      

Bir neçə ay bundan öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinin www.sumqayit-ih.gov.az, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin www.sumqayit.gen.az, Sumqayıt şəhər təhsil şöbəsinin www.sumqayit.edu.az domen adlı internet saytlarının bir həftə ərzində monitorinqini apardıq və nəticələr mətbuatda açıqlandı.

Çox sevindirici haldır ki, sözügedən qurumlar monitorinqin nəticələrində qeyd olunmuş çatışmazlıqları qısa zaman kəsiyində aradan qaldırdılar və ümid edirik ki, digər çatışmazlıqlar da aradan qaldırılacaqdır.

Bu yazıda isə çalışacağıq ki, Sumqayıt şəhər bələdiyyəsinin internet saytının monitorinqinin nəticələrinə diqqət yetirək. Sumqayıt şəhər bələdiyyəsinin internet saytının ayrıca araşdırılmasının əsas səbəblərindən biri də belə bir saytın mövcudluğu barədə xəbərsiz olmağımız olmuşdur. Çünki bələdiyyə yaratdığı internet resurs haqqında ictimaiət üçün heç bir açıqlama verməyib və axtarış serverlərində də sayt qarşımıza çıxmayıb. Nəzərə alsaq ki, qarşıdan seçkilər gəlir, o zaman bu monitorinqin nəticələri əslində yerinə düşmüş hesab olunmalıdır.

Sumqayit-bl.gov.az domen ünvanda yerləşən internet sayıtının nə dərəcədə şəffaf, dolğun olması əslində bələdiyyənin fəaliyyətinin bir aynası rolunu http://sumqayit-bl.gov.az oynamış olur desək, yanılmarıq. Beləliklə Sumqayıt şəhər bələdiyyəsinin domen ünvanlı internet saytınında rastlaşdığımız çatışmazlıqları ardıcıllıqla sizə təqdim edirik:

•Saytda xəbərlər bölməsi olsa da yalnız bir xəbər yerləşdirilib ki, o da 7 ay öncənin xəbəridir.

•Sumqayıt şəhər bələdiyyəsinin 6 daimi komissiyaları, Bələdiyyənin İcra aparatının şöbələri qeyd olunsa da, bu şöbələrə rəhbərlik edən şəxslər haqqında heç bir məlumat yoxdur.

•Bələdiyyə sədri haqqında məlumatlar var, lakin onunla birbaşa əlaqə saxlamaq üçün heç bir əlaqə vasitəsi yoxdur.

•Bələdiyyə artıq bir ilə yaxındır ki, öz ünvanını dəyişməsinə baxmayaraq, saytdakı ünvan hələ də köhnə ünvan kimi yerləşdirilib. Qurumun yerləşdiyi ünvanın sxemi və quruma getmək üçün marşurutlar haqqında məlumatlar öz əksini tapmayıb.

•Bələdiyyənin strukturunu özündə əks etdirən sxem üçün ayrıca bölmə yaradılsa da heç bir məlumat yoxdur.

•1999-2004-cü illərdə bələdiyyə üzvü olan şəxslərin adları olsa da, onlar haqqında ətraflı məlumat yerləşdirilməyib.

•Sumqayıt şəhərində Bələdiyyə nəzdində 100-ə yaxın məhəllə komitəsi olmasına baxmayaraq, onlar haqqında da saytda ətraflı məlumat yoxdur.

•Bələdiyyə ilə bağlı qanunlar öz əksini tapmayıb. Ayrıca keçid yerləşdirilsə də, keçid verilmiş sayt aktiv deyil.

•Bələdiyyə vergiləri ilə bağlı məlumatlar dolğun deyil.

•Bələdiyyənin maliyyə hesabatı da şəffaf deyil və son illərin hesabatları saytda yerləşdirilməyib. Saytda yalnız 2006, 2007 və 2008 –ci il ərzində görülmüş işlər haqqında məlumatlar var və yenə də büdcə məsələlərindıə şəffaflıq yoxdur.

•Yatrımlar və layihələr bölməsi olsa da heç bir məlumat yerləşdirilməyib.

•Saytın ingilis və rus dillərinə keçidləri olsa da əslində işləmir.

•Bələdiyyənin çıxardığı əmr, qərar və sərəncamlar haqqında və eləcə də sənədlərin reestri də yoxdur.
•Bələdiyyəin təklif etdiyi xidmətlərlə bağlı məlumat yerləşdirilməyib

•Bələdiyyədə çalışan işçilərin əmək haqqıları barədə də məlumat yoxdur.

•Qəbul qaydaları və vaxtı haqqında heç bir məlumata rast gəlinmir;

•Saytın texniki imkanları da olduqca aşağı səviyyədədir.

•Keçirilən tender və müsabiqələrlə bağlı informasiya yoxdur.

•Bələdiyyədə işə qəbul qaydaları haqqında heç bir məlumata rast gəlinmir.

Bu çatışmazlıqları qeyd edməkdə məqsədimiz heç də, bələdiyyəyə qarşı qərəzli mövqedə olmağımız kimi başa düşülməməlidir. Girişdə qeyd etdiyimiz kimi, Sumqayıt şəhər İcra Hakimiyyətinin, Gənclər və İdman idarəsinin və şəhər Təhsil şöbəsinin də internet resurslarında çatışmazlıqları qeyd etmişdik. Bu gün qeyd etdiyimiz qurumlarda informasiyaya əl çatımlılıq daha rahatdır.

Ümid edirik ki, Sumqayıt şəhər bələdiyyəsi də bu çatışmazlıqları sağlam tənqid kimi qəbul edəcək və problemləri aradan qaldıracaq. Müasir dövrümüzdə internet resurslar dövlət və bələdiyyələrin fəaliyyətinin aynası rolunu oynayır. Bunu nəzərə alaraq şəhər bələdiyyəsi internet resursuna daha ciddi şəkildə yanaşmalı və çatışmazlıqları aradan qaldırmalıdır.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar