Azərbaycanın dövlət internet provayderi Bakinternet şirkəti internet-xidmət -155 xidmətini avtomatlaşdırıb.
Azərbaycan Dövlət Sərhəd Xidməti yeni saytını www.dsx.gov.az) istifadəyə verib.
Ukrayna peyklərin buraxılmasında və kosmik texnologiyaların hazırlanmasında öz xidmətlərini təklif etməyə hazırdır. Həmçinin onların köməyi ilə Azərbaycanda kosmik texnologiyalar və idarəetmə sistemləri üzrə mühəndislərin hazırlanmasına başlanılacaq.
Milli internet mükafatı olan “Netty 2012” start verib. Eyni zamanda mayın 31-nə kimi davam edəcək müsabiqə iştirakçılarının və virtual münsiflər heyətinin qeydiyyatına başlanılıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin keçirdiyi son kollegiya iclasında beynəlxalq mahnı müsabiqəsi “Avrovizion”a hazırlıq məsələləri müzakirə olunub.
Finlandiyanın mobil telefon istehsalçısı Nokia şirkətinin səhmləri Helsinki birjasında keçirilən hərraclarda 19 faiz ucuzlaşıb.
Yahoo! internet-şirkəti üç bölməyə bölünəcək. Yahoo! işdən azadetmələri şirkətin gəlirinin artırılmasına yönələn yenidən təşkil üzrə proqramın həyata keçirilməsi ilə izah edib.
ABŞ-ın Apple Inc - dünyanın ən bahalı şirkətinin bazar kapitallaşması Nyu-Yorkda keçirilən hərraclar zamanı ilk dəfə olaraq 600 milyard dollar səviyyəsini ötüb.
“Google” korporasiyası “Chrome OS” əməliyyat sistemini yeniləyib.“Chrome OS” əməliyyat sisteminin “19.0.1084.17” versiyasında istifadəçi interfeysi yenilənib; artıq o, fərdi kompyuterlərdə quraşdırılan “Windows” və “Mac OS X” kimi ənənəvi proqram platformalarına oxşamağa başlayıb.
2012-ci ildə 118,9 milyon planşet kompyuter satılacaq. Əgər proqnoz düz olsa, bu göstərici 2011-ci ildə satılmış planşetlərin (60 milyon) sayını 98% ötəcək. Mütəxəssislər 2016-cı ildə isə 369 milyon planşet satılacağını proqnozlaşdırıblar.
Amerikanın 90% abunəçisinə xidmət edən “Verizon Wireless”, “AT&T”, “Sprint Nextel” və “T-Mobile” mobil rabitə operatorları mobil telefonların eyniləşdirilmiş nömrələrinin mərkəzləşdirilmiş bazasını (IMEI) yaratmaq niyyəti haqqında elan ediblər.
2012-2013-cü tədris ili üçün ali və orta ixtisas məktəblərinə ərizə qəbulunda ilk dəfə olaraq elektron imzadan istifadə olunacaq.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nazirliklər və şöbələrin elektron xidmətlərini vahid sistemə - “Elektron hökumət” portalına birləşdirəcək.
“Müəllimlər üçün sosial servislər və İnternet texnologiyalar” mövzusunda Təlimlərə start verilib. Təlimlər “Sosial servislərin pedaqoji imkanlarından effektiv istifadə mexanizmlərinin hazırlanması və İKT- dən istifadə edən
İran ölkə internetini qlobal şəbəkədən ayırır. Hakimiyyət bu addımını vətəndaşlarını “müdafiə” adı altında həyata keçirir. Rəsmi Tehrandan bildirilir ki, ölkə internetini qlobal şəbəkədən ayırmaqla dövlətin sənaye və digər obyektləri xarici haker hücumlarından müdafiə olunacaq, virusların yayılmasının qarşısı alınacaq və ən əsası İran istifadəçiləri “təmiz” internetə malik olacaqlar.