Bu gün “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin (İB) qərargahında www.karabakh.az internet saytının təqdimat mərasimi keçirilib. Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, İB-nin sədri Bayram Səfərov saytın əhəmiyyətindən danışıb. Azərbaycan Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə bildirib ki, erməni siyasəti, Ermənistan rəhbərliyi dezinformasiyadan çəkinmir:
“Eurovision-2011” mahnı müsabiqəsi Almaniyanın Düsseldorf şəhərində keçiriləcək. Xeberler.az-ın İtv. Az-a istinadən məlumatına görə, Düsseldorfdakı Tusen göydələnində müsabiqəni izləmək üçün dünyanın ən böyük ekranı qurulacaq.
Bəzən vətəndaşlarla dövlət qurumları əməkdaşları arasında qeyri-etik münasibətlər yaranır. Belə xoşagəlməz hallara səbəb hər iki tərəfin etik qaydalardan bixəbər olması və ya bilərəkdən onlara əməl etməməsidir.
İnternet ünvanların və adların verilməsi ilə məşğul olan beynəlxalq ICANN təşkilatı Ukrayna üçün milli “.ukr” kiril domeninin ayrılması haqqında qərar qəbul edib. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ukrayna hökumətində hesab edirlər ki, bu qərar ölkədə informasiya cəmiyyətinin qurulması baxımdan önəmli addımdır.
Martın 3-də Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) və “Euroconvention Conferences” şirkətinin təşkilatçılığı və Azerfon şirkətinin dəstəyi ilə Azərbaycan İnvestisiya Sammiti başlayıb.
Xeberler.az portalının Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, Apple korporasiyasının icraçı direktoru Stiv Cobsu müvəqqəti əvəz edən əməliyyat direktoru Tim Kuk şirkətin “yalnız varlılar üçün” məhsul buraxmaq niyyətində olmadığını bəyan edib. Onun sözlərinə görə, Apple hamı üçün müxtəlif məhsullar təqdim edən və müxtəlif bazarlarda təmsil olunan şirkət kimi fəaliyyət göstərmək istəyir.
Xeberler.az portalının Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, Net Applications analitik şirkəti təqdim etdiyi son hesabatında 2011-ci ilin fevral ayında internet istifadəçiləri arasında populyar olan brauzerlərin mövqeləri haqqında məlumat verib.
Azərbaycan Milli Məclisinin üzvü, Ana Vətən Partiyasının sədri Fəazil Ağamalı “Azərcell” Telekomu məhkəməyə verir. Bu barədə “Qafqazinfo”ya açıqlamasında millət vəkili özü bildirib. Deputat deyib ki, bir müddət əvvəl bu şirkətə məxsus “data kart” alıb: “Mən onlardan “data kart” almışam. Qısa müddət ərzində isə ona düz 81 manat pul yükləmişəm. Lakin heç interneti açmamış xəbər gəlir ki, bəs yenidən pul qoymaq lazımdır. Mən bunu insanların labirintə salınması kimi qiymətləndirirəm. Hesab edirəm
Dünyanın ən iri İT-sərgilərindən biri hesab olunan CeBIT ənənəvi olaraq hər il keçirilir. Məhz bu tədbirdə il ərzində İKT sahəsində ən son yeniliklər nümayiş etdirilir. Sözügedən tədbir, təkcə Avropada deyil, ümumiyyətlə bütün dünyada İKT sektorunu geniş şəkildə işıqlandıran forumdur. Hər il burada bir araya gələn müxtəlif peşə sahibləri, alim və mütəxəssislər, biznesmenlər dinamik inkişaf edən texnologiyalar sahəsində öz bilik və bacarığı ilə bölüşür, fikir mübadiləsi aparırlar.
“Net Index” şirkəti tərəfindən hazırlanan yeni reytinq cədvəli məlum olub. Qeyd edək ki, “Net Index” dünya ölkələri üzrə İnternetin sürətini müqayisə etməklə məşğuldur.
APA-nın verdiyi xəbərə görə, Azərbaycanın Təhsil naziri Misir Mərdanov \"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı\"nın icrası məqsədilə hazırlanan Fəaliyyət Planını təsdiqləyib.
Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” şirkəti 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə CİN abunəçiləri üçün möhtəşəm bayram hədiyyəsi hazırlayıb.
Ərəb ölkələrində böaş verən hadisələrdən sonra \"Facebook\" sosial şəbəkəsi ilə \"Twitter\" mikrobloqinq servisinin müsəlman ölkələrində populyarlığı sürətlə artmaqdadır. Bununla yanaşı, həmin şəbəkələrin yerli, adaptə edilmiş versiyaları da inkişaf edir.
Yarımkeçiricilər Sənayesi Assosiasiyası (SIA) ötən ilin dördüncü rübündə və ümumiyyətlə 2010-cu ildə dünya üzrə yarımkeçirici mikrosxem bazarına dair statistik məlumatlar təqdim edib.Ötən ilin oktyabr-dekabr ayları ərzində istehsalçılar tərəfindən 75,5 milyard dollar həcmində mikrosxem satılıb.
ABB-nın mətbuat xidmətindən AZADİNFORM-a verilən məlumata görə, bu xidmətə qoşulan plastik kart sahibinin kart vasitəsilə apardığı bütün əməliyyatlar barədə məlumatlar avtomatik olaraq onun mobil telefonuna daxil olur.