Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) respublika ərazisində monitorinq keçirir. Bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir. Nazirliyin mütəxəssisləri Hacıqabul və Şirvan şəhərlərində, eləcə də Salyan, Neftçala, Kürdəmir, Ucar,
Azərbaycan poçt rabitəsi operatoru \\\\\\\"Azərpoçt\\\\\\\" MMC 70 poçt filialını \\\\\\\"Western Union\\\\\\\" pul köçürmələri sisteminə qoşub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Poçt rabitəsi şöbəsinin müdiri, Regional Poçt Rabitəsi təşkilatında Poçt rabitəsi üzrə komissiyanın sədri Novruz Məmmədov bildirib.
ABŞ Dövlət katibi Hillari Klinton repressiv hökumətlərə internet azadlığını məhdudlaşdırmamaq barədə xəbərdarlıq edib və deyib ki, belə səylər adətən uğursuzluqla nəticələnir. Misir iğtişaşlarından bəri ilk əsas çıxışında Klinton bildirib ki, ABŞ qlobal internet azadlığında israrlıdır. \"Bu xarici siyasətin prioritetidir
Hollandiya polisinin “Kibercinayətkarlıqla mübarizə” şöbəsi milyonlarla botnetin idarə edilməsinin qarşısını alıb. Yoluxmuş kompyuterlərə isə “müalicə” üçün avtomatik olaraq təlimatlar göndəriləcək. Məlumat üçün bildirək ki, ingilis sözü olan botnet “robot” və “network” sözlərindən yaradılıb, avtonom proqram təminatında işə salınmış bir neçə hostdan ibarət olan kompyuter şəbəkəsidir.
“Turizm ili” bu sahədə yeniliklər tələb edir “Azərbaycanda Geoinformasiya Texnologiyaları əsasında turizm məlumat bazasının yaradılmasının zəruriliyi” mövzusunda tədbir keçirilib. Tədbirdə Azərbaycan Regional Mərkəzi Fondunun sədri Çingiz İsmayılov bildirib ki, turizm mərkəzlərində qiymətlərin baha, xidmətlərin aşağı səviyyədə olması inkişafa mənfi təsir göstərir. Digər tərəfdən 2011-ci ilin ölkəmizdə “Turizm ili” kimi qeyd olunması bu sahədə
Məlumdur ki, kitabxanalarda kitablar çox sayda oxuyucu tərəfindən istifadə edilir. Uzun müddət rəflərdə qalan kitablar isə tozandığı üçün müxtəlif xəstəliklərə törədən viruslarları özündə cəmləşdirir. Belə kitablardan istifadə etdikdə xəstəliklərə yoluxma ehtimalları artır. Artıq bu riski aradan qaldırmaq məqsədilə, kitab təmizləyən maşın ixtira edilib.
Yaponiyanın Toshiba şirkəti “Dynabook Qosmio T750” markalı buqələmun- noutbuk istehsal edib. Yaponların təqdim etdikləri bu yenilik baxış bucağının dəyişməsi ilə rəngini də dəyişir.
Dallas şəhərində Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev respublikanın ilk telekommunikasiya peyki Azərspace-ın istehsalçısı Orbital Sciences Corporation şirkətinin rəhbəri Deyvid Tomson ilə görüşüb.
Azərbaycanda ilk qadın radiosu “Lady Radio” Azərbaycanda qadınlar üçün ilk radio fəaliyyətə başlayır. “Lady Radio” nun rəsmi açılışı 8 mart 2011 – ci ilə planlaşdırılır. Radio internet üzərindən ladyradio.az ünvanı ilə yayımlanacaq. Hazırda radio test rejimində fəaliyyət göstərir. Radionun əsas məqsədi qadınları maraqlandıran mövzuları əhatə edərək onları maarifləndirmək
Sürücülər və sürücü olmaq istəyənlər üçün www.sukan.az saytı istifadəyə verilib. www.sukan.az saytında siz Onlayn Avto Test, Qanunvericilik, Sürücülük vəsiqəsi, Avtomobillərin qeydiyyatı, Texniki baxış, Gömrük rüsumu, Sürücülər üçün, Piyadalar üçün, Yol nişanları və Cərimələr adlı maraqlı linklərlə tanış ola bilərsiniz. Bundan başqa saytda
Microsoft şirkəti 2010-cu ilin son 3 ayı ərzində 19,95 milyard dollar qazanıb. Şirkətin il ərzində gəliri 5 faiz artıb. Qeyd edək ki, bu nəticə ilə Microsoft Apple şirkətini qabaqlayıb. Belə ki, Apple 2010-cu ilin son 3 ayı ərzində 6 milyard, Microsoft şirkəti isə 6,6 milyard dollar təmiz mənfəət əldə edib.
Azərbaycanda İKT-in sektoru İlham Əliyevin prezidentliyi dövründə coşqun inkişaf dövrünü yaşamağa başladı. Cenevrədə 2003-cü ildə, informasiya cəmiyyətinin düzülüşü problemlərinə həsr edilmiş
“Əsas məqsədimiz 2020-2025-ci illərdə informasiya-kommunikasiya texnologiyaları sahəsində gəlirlərin neft sektorundan əldə olunan gəlirlər səviyyəsinə çatması, gələcəkdə isə neft gəlirlərini üstələməsidir”. Xeberler.az portalının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bunu “RBK daily” qəzetinə müsahibəsində söyləyib.
Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın dəstəyi ilə yeni sayt istifadəyə verilib. Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən “rusum.az” portalında bütün xidmətlər üzrə dövlət tarifləri və digər məlumatlar yerləşdirilib. Portalın yaradılmasından məqsəd şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizəyə töhfə verməkdir. Saytda vətəndaşlara dövlət qurumları tərəfindən göstərilən xidmətlərə görə ödənilən rüsumlar və tariflər barədə məlumat veriləcəkdir. Bütün rüsumlar və tariflər barədə
Şirkətdən verilən məlumata görə, kitab dünyada ən ağır və məsuliyyətli sənətlərdən biri olan jurnalistikanın qadın nümayəndələrinə həsr olunub. Azərbaycanın xanım jurnalistlərinin fəaliyyətindən bəhs edən bu toplu Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova tərəfindən tərtib olunub. “Zərif imzalar”ın ikinci cildi də çapa hazırlanır. Artıq Amerika, Türkiyə, London kitabxanalarının hər birinə “Zərif imzalar”ın 20 nüsxəsi hədiyyə olunub. Yaxın günlərdə isə kitab Amerika universitetlərinin kitabxanalarına da hədiyyə olunacaq.