Nəfis Blackberry smartfonlarının dünyada populyarlığı getdikcə artır. Amosu Couture brendi mobil telefon istifadəçiləri arasında bu smartfların populyarlığını nəzərə alıb, yeni Gold Blackberry Bold 9780 mobil telefonunu təqdim edib.
Ötən ilin dekabr ayının 31-də bitmiş 2010-2011 maliyyə ilinin ikinci rübünün yekunları üzrə dünyanın ən iri proqram təminatı istehsalçısı “Microsoft” korporasiyasının mədaxil göstəriciləri 19,95 milyard dollara çatıb.
Cənubi Koreyanın “Samsung Electronics” 2015-ci ilədək məişət texnikasının satışından 30 mlrd. dollar mənfəət əldə etməyi və dünya bazarının 10%-ni tutmağı planlaşdırır.
Seminarda podkast, podkastın əhəmiyyəti, podkast haqqında texniki biliklər, podkast alətləri və audio bloqçuluq haqqında nümunələrə əsasən umumi məlumatlar verilib.
İDC analitik şirkətinin təqdim etdiyi məlumata əsasən 2010-cu ildə dünyada 1.39 milyard mobil telefon satılıb. 2009-cu illə müqayisədə 2010-cu ildə mobil telefon satışı 18.5 faiz artıb. Belə ki, 2009-cu ildə dünyada 1.17 milyard mobil telefon alınıb.
Dünyanın ən iri proqram təminatı istehsalçısı Microsoft şirkəti Windows 7 əməliyyat sisteminin 300 milyon lisenziyasını satıb. Net Applications analitik şirkətinin məlumatına əsasən Qlobal şəbəkəyə qoşulan hər beşinci komyüter bu əməliyyat sisteminin bazasında işləyir.
«Microsoft»un Ermənistan nümayəndəliyinin rəhbəri Qriqor Barseqyan 2010-cu ilin göstəricilərinin yaxın 1-2 ayda açıqlanacağını söyləyib. O, hesab edir ki, 2010-cu ildə vəziyyət bir qədər yaxşılığa doğru dəyişib
«PMR» Britaniya-ABŞ birgə analitik şirkətinin proqnozlarına əsasən, 2011-ci ildə MDB ölkələrində telekommunikasiya bazarının gəlirləri 2010-cu ilə nisbətən 2,7% artaraq 39 mlrd. avro təşkil edəcək. «APA-ECONOMICS»in məlumatına görə, şirkətin hesablamalarına əsasən, 2010-cu ildə MDB məkanında telekommunikasiya bazarının 70%-ni Rusiya formalaşdırıb. Ötən il regionla sözügedən bazarın
Azərbaycan Beynəlxalq Bankına (ABB) məxsus plastik kartlarla 2010-cu ildə aparılan əməliyyatların ümumi həcmi 2,7 mlrd. manata çatıb ki, bu da 2009-cu ilin analoji göstəricisi ilə müqayisədə 1,5% çoxdur. ABB-nin baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, 2002-ci ildə bankın plastik kartlarının sayı 28 min ədəd, kartlar üzrə aparılan əməliyyatların həcmi isə 71 mln. ABŞ
“News Corp” ilə “Apple” Şirkəti birgə olaraq yanvar ayının 19-da dünyanın ilk tabloid (kompakt formatlı) qəzetinin yayımına başlayacaq. “News Corporation”un sahibi Rupert Murdoch (Rupert Merdok) ilə “Apple”in rəhbəri Steve Jobsun (Stiv Cobs) iPad tabloid - kompyuterlə oxunan ilk tabloid qəzeti yanvarda yayıma başlayacaq. Hələ dəqiqləşməsə də, “The Daily” (“Gündəlik” ) adı verilən tabloid qəzeti həftəlik 99 sentə satılacaq.
Göyçay rayonunda bütün ATS-lər müasir NGN texnologiyası əsasında yenidən qurulur. APA-nın Şirvan bürosunun məlumatına görə son bir ildə rayonun Mallı-Şıxlı, Qaraman, Mırtı, Qarayazı, Alxasafa, Mirzəhüseynli və Qaraxıdır kəndlərində yeni ATS binaları inşa edilib, Göyçay şəhərinin mərkəzi ATS-i, eləcə də “SU 3” qəsəbəsində, Yeniarx, Müskürlü, Çərəkə, Qızılağac, Məlikkənd, Kürdşaban, Ləkçiplaq, Şəkər və Qarabaqqal kəndlərində ATS binaları əsaslı təmir edilib.
BÜTÜN FACEBOOK İSTİFADƏÇİLƏRİNİN DİQQƏTİNƏ, KOMPÜTERİNİZ VƏ TƏHLÜKƏSİZLİYİNİZ TƏHLÜKƏDƏDIR, TƏHLÜKƏDƏN YAXA QURTARMAQ İSTƏYİRSİZSƏ BU XƏBƏRİ OXUYUN. SON GÜNLƏR FACEBOOK VİRUSU SÜRƏTLƏ YAYILIR, SÖHBƏT HİSSƏSİNDƏ YOLDAŞLARINIZDAN BELƏ MESAJ GƏLSƏ --\'\'HAHAHA BAX GÖZƏL FOTO\'\'--- MESAJINA VƏ LİNKİNƏ ƏSLA BASMAYIN. ƏGƏR SƏHVƏN KLİK ETSƏZ O ZAMAN: BU YAZI İLƏ VERİLƏN LİNK
20 yanvar 2011-ci il tarixində Azərbaycanlı xakerlər tərəfindən dağıdılmış twitter.am saytı hələ də fəaliyyətini bərpa edə bilməyib. Qeyd edək ki, saytı dağıdan Azerbaijan Defacers xaker qrupu, dağıtdıqları sayta ingilis dilində “Three Azeris against Armenia!“ ( Üç azəri Ermənistana qarşı) yazmışlar.
Tunis, Albaniya, son olaraq Misirdə başlayan və artan etiraz nümayişlərinin maraqlı bir ortaq nöqtəsi var. Mətbuatın azad olmadığı adı çəkilən ölkələrdə əhali \"Facebook\" və \"Twitter\"-də təşkilatlanıb nümayişlər keçirdir. Ərəb ölkələrindəki inqilablar internetin ilk inqilabları kimi tarixə düşdü. İqtidarlar nə qədər televiziya
Bakı şəhərində stasionar telefon rabitəsindən istifadəyə görə dəqiqə hesabı ödəniş sistemi tətbiq etməyə hazırlaşan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin hazırladığı layihədə abunəçilərə ayda 450 dəqiqə pulsuz vaxtın verilməsi, bundan sonrakı hər dəqiqə üçün danışıq haqqının hesablanması təklif olunur.