“Ötən il Azərbaycanın informasiya kommunikasiya texnologiyaları sektoru üzrə artım tempi 35,5 faiz, telekommunikasiya sektoru üzrə 32,8 faiz, poçt sektoru üzrə 29,2 faiz təşkil edib”. Bu barədə bu gün keçirilən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2010-cu ilin yekunlarına dair hesabatında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.
Ermənistanın İtalyadakı səfirliyinin bazasında Roma Maloyan Mədəniyyət Mərkəzində \"Dağlıq Qarabağ üçün İtaliya baxışları\" adlı xəbər guşəsi açılıb. \"Armenfo\"nun məlumatına görə, məqsəd Dağlıq Qarabağla əlaqədar məlumatları italiyalılara çatdırmaqdır. Eyni zamanda, Dağlıq Qarabağ \"Respublikasının\" rəsmi xəbərləri də bu mərkəzdən yayılacaq. Məlumata görə, bütün bu məsələləri yoluna qoymaq üçün www.karabakh.it
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkə ərazisində fəaliyyət göstərən mobil rabitə operatorlarını kəskin tənqid edib. Xeberler.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, ölkədə fəaliyyət göstərən mobil operatorların qiymət sistemi şəffaf və qənaət bəxş deyil, onlar beynəlxalq və rouminq danışıqları üçün şişirdilmiş qiymətlər tətbiq edirlər: “Tariflər çox vaxt bəlkə də
“Açıq desək, bu gün informasiya-kommunikasiya texnologiyaları sahəsində rəqabətin vəziyyəti bizi çox da qane etmir. Bu sahədə rəqabəti normallaşdırmağa imkan var. Araşdırmalarımız göstərir ki, özəl sektora daha çox imkanlar açılmalıdır”. Bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. Nazir bildirib ki, özəl şirkətlər dövlətin resurslarından istifadədə əziyyət çəkməməli, həm dövlət, həm də özəl şirkətlər
Yaxın vaxtlarda «Bakcell» və «Azercell» şirkətləri də 3G texnologiyası üzrə xidmətlər göstərmək üçün lisenziya alacaq. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, artıq hər iki şirkət lisenziya almaq üçün hazırlıqları başa
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi stasionar (ev) telefonlarında dəqiqə hesabı ödənişlərə keçidlə bağlı Tarif Şurasına yeni təkliflər təqdim etmək niyyətindədir. Qeyd edək ki, adı çəkilən sistemə əsasən, stasionar telefonlardan istifadə haqqı, mobil telefonlarda olduğu formada, amma xeyli ucuz qiymətə, dəqiqə hesabı danışığa əsasən hesablanmalıdır. Nazir Əli Abbasov bildirib ki, nazirlik
Yaxın vaxtlarda Azərbaycanda dövlətə məxsus rabitə müəssisələrinin özəlləşdirilməsi üçün hazırlıqlara start veriləcək. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, bu il Azərbaycandakı stasionar rabitə müəssisələrinin birləşdirilərək onların bazasında Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılması gözlənilir. Stasionar telekom şirkəti adlanacaq yeni ASC-yə ölkənin
Bu müsabiqənin nəticələrinin elan olunması ilkin andan sona qədər bir tamaşa olub. Bunun üçün səbəblərimiz var. Ən elementar məsələlərdən başlayaraq yekun nəticəyə qədər Milli Televiziya və Radio Şurasının (MTRŞ) rəhbərliyi və üzvləri tərəfindən tam biganəlik nümayiş olunub. Televiziya və Alternativ Media İnkişaf Mərkəzinin rəhbəri Rəsul Cəfərovu MTRŞ-dan narazı salan bir neçə gün bundan əvvəl bu qurumun verdiyi qərar olub. Yanvarın 18-də radio yayımı
Tanınmış “Tvitter” mikrobloqu bu ilin əvvəlinə olan məlumatlara görə, öz ətrafına 200 milyon istifadəçi toplaya bilib. Hər gün bu saytda 110 milyon yazı dərc olunur. 2010-cu ilin sentyabr ayına olan məlumatlara görə, servisdə 160 milyon insan qeydiyyatdan keçmişdi. Saytda dərc edilən məlumatların sayı isə cəmi 95 milyon olurdu. “Tvitter”dən bildirilir ki, hazırda
Avropanın ən iri kompüter oyunlarının tarixi muzeyi Almaniyanın paytaxtı Berlində açılacaq. Bu barədə muzeyin “Computerspielemuseum” adlı saytında xəbər verilib. Belə ki, muzey şərqi Berlində keçmiş “Varşava” kafesinin binasında açılacaq. Muzey 670 kvadrat metr ərazini əhatə edəcək. Burada 16 mindən
Google korporasiyasının aprel ayında yeni baş direktoru, internet-nəhəngin təsisçilərindən biri olan Larri Peyc olacaq. Bu vəzifədə o, artıq 10 ilə yaxındır ki, Google-a rəhbərlik edən Erik Şmidti əvəz edəcək. E. Şmidt isə öz növbəsində Google-da qalacaq və aprel ayından etibarən direktorlar şurasının icraçı sədri vəzifəsində çalışacaq.
Microsoftun rəsmisi Corc Statkulos BBC-yə verdiyi müsahibədə \"Bu pis məqsədlə hazırlanmış proqramdır. Firmamız bu hücuma qarşı heç nə edə bilmir\" - deyib. Corc həmçinin əlavə etdi ki, \"Virus özü-özünü çoxaldır. Nəticədə şirkətin ən son təhlükəsizlik sistemi də onu deaktiv edə bilmir. Bundan başqa virusun həcmi çox kiçikdir. Ona görə də internet və USB vasitəsi ilə rahat ötürülə bilir\". Sonda Corc
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) nümayəndələri Dallasda (Virciniya ştatı) “Azərsat” telekommunikasiya peykinin texniki parametrlərini müzakirə edəcək. Bu barədə nazirliyin saytında yerləşdirilmiş məlumatda qeyd edilir. “Nazirliyin mütəxəssisləri səfər çərçivəsində “Azərsat” peykinin işlənib hazırlanmasını həyata keçirən Orbital Sciences Corporation şirkətinin qərargahında təşkil olunmuş toplantıda iştirak etməyi planlaşdırır
Bu il yanvarın 25-də Avropa peyki vasitəsilə Gürcüstan İctimai televiziyasının bazasında yaradılmış Birinci Qafqaz İnformasiya Telekanalı (BQİT) Tiflisdən yayımlanmağa başlayacaq. ANS PRESS-in Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, məqsəd Qafqaz xalqlarını informasiya meydanına cəlb etmək, onları mühüm hadisələr barədə operativ məlumatla təmin etməkdir.
Bu gün saat 10:00-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2010-cu ilin yekunlarına həsr olunmuş Kollegiya iclası keçiriləcək.