Bu gün Azərbaycan Media Mərkəzində Gənc Bloqçular Şəbəkəsi layihəsi çərçivəsində keçirilən “Sosial Bloq Yazıları 3” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə çıxış edən Counterpart International təşkilatının nümayəndəsi Anar Aslanov gənclər arasında sosial şəbəkələşmənin vacib olduğunu bildirib. Tədbirin sonuna yaxın isə qaliblər elan olundu.
İRƏLİ\" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi qanlı 20 Yanvar faciəsinə həsr olunmuş bloq istifadəyə verib. Bloqda faciənin tarixini özündə əks etdirən, azərbaycan, rus və ingilis dilində məlumatlar, foto və video materiallar yerləşdirilib. Qeyd edək ki, \"İRƏLİ\" İctimai Birliyi virtual məkandaAzərbaycan maraqlarının qorunması və tarixi
Dünən Azərbaycanda Qeyri Hökumət Təşkilatlarını (QHT), donorları və kommersiya qurumlarını birləşdirən sosial şəbəkə - “AZNGO.com” yaradılıb. Dünən Landmark Biznes Mərkəzində keçirilən tədbirdə bu haqda məlumat verilib. Tədbirdə Azərbaycanın QHT sektorunun, diplomatik korpusun nümayəndələri iştirak ediblər. Portalın koordinatoru Vüqar Səfərov deyib ki, bu sayt Azərbaycanda Elektron Vətəndaş Cəmiyyəti
Qlobal şəbəkədə 255 milyon sayt fəaliyyət göstərir ki, bu da 2009-cu ilə nisbətən 21,4 milyon artıq göstəricidir. Rəqəmlər internet-statistika ilə məşğul olan Pingdom tədqiqat qrupunun “İnternet 2010 rəqəmlərdə” adlı hesabatında göstərilib. Bundan əlavə Pingdom ekspertləri elektron məktublaşmanı da hesablayıb. Belə ki, ötən ildə dünya üzrə 107 trilyona yaxın elektron məktub göndərilib ki, bunların böyük hissəsini spam məktubları təşkil edir, 2010-cu ildə orta hesabla gün ərzində 293
“Apple” şirkətinin gəliri rekord həddə çatdı. Şirkət gəlirlərini əsasən analitiklərin də öncədən verdiyi proqnoza əsasən, Milad ərəfəsi çoxlu sayda “iPhone”, “Maks” və “iPad”-lərin satışından əldə etmişdir. Beləliklə, “Apple”-in son üç aylıq gəliri 6 milyard dollar təşkil etmişdir. Şirkətin keçən ilin son rübündəki satışı öncəki il həmin vaxtla müqayisədə
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən ”Birlik Kuboku” turnirində bu gün 4/1 final görüşləri baş tutacaq. Azərbaycan çempionu “İnter” bu mərhələdə Ermənistan təmsilçisi “Mika” ilə görüşəcək. Matç saat 15.00-da başlayacaq və “Azad Azərbaycan” (ATV) televiziyası ilə canlı yayımlanacaq.
Bu gün Qusar rayonunun Cibir kəndində 128 saylı elektron tipli müasir ATS-in açılışı olub. Açılış mərasimində kənd sakinləri, rayon icra hakimiyyətinin rəsmiləri və millət vəkili Azər Badamov iştirak edib. Mərasimdə qeyd olunub ki, bu, rayonda istifadəyə verilən sayca 16-cı elektron ATS-dir. Gələcəkdə daha 4 belə ATS-in istifadəyə verilməsi planlaşdırılır.
2010-cu ildə Qlobal şəbəkədə 1,97 milyarda yaxın internet istifadəçisi fəaliyyət göstərib. Hər gün orta hesabla 294 milyard elektron məktub göndərilib, onların təqribən 89 faizi spamdır. Ümumilikdə, dünyada 2,9 milyon elektron poçt ünvanı və 152 milyon bloq qeydiyyatdan keçib.
Facebook sosial şəbəkəsinin təsisçisi və milyarder Mark Sukerberq Esquire jurnalının təqdim etdiyi dünyanın ən zövqsüz məşhurları Top10-luğunun lideridir. Qeyd edək ki, jurnalistlər öz iradlarını çox emosional bir tərzdə ifadə edərək, onun rəsmi tədbirlərdə futbolka və cins şalvarda iştirak etməsini kəskin tənqid ediblər.
“Google” korporasiyası “Android” əməliyyat sistemi ilə işləyən smartfonlar üçün telefon danışıqlarını tərcümə etmək imkanı verən xüsusi proqram təqdim edib.
«Facebook»da çox şey etmək olar. Axtardığın adamları tapmaq, maraqlı xəbərləri öyrənmək, dost-tanışın toy məclisindəki fotolarına baxmaq, sadəcə ürəyini boşaltmaq olar. «Time Magazine» dərgisi oxucularına xatırladır ki, virtual dünya ilə yanaşı, real yaşam da mövcuddur. Sonra isə «Facebook» istifadəçilərinin ikili həyat tərzinə xələl gətirəcək bir siyahı tərtib edib. Siyahıda «Facebook
Google şirkəti Chrome brauzerində müəyyən olunmuş bütün boşluqları aradan qaldıraraq, brauzerin stabil versiyasını hər üç platformada (Windows, Linux və Mac OS X) yeniləyib.
Son günlərdə \"Facebook\"a daxil olarkən təhlükəsizlik üçün e-mail ünvanı və telefon nömrəsi tələb edilirdi. Bu isə bir çox istifadəçilərdə haqlı narazılığa səbəb olmuşdu. Türkiyənin \"Axşam\" qəzetinin verdiyi məlumata görə, bunun əsl səbəbi məlum olub. Toplanan e-mail ünvanları və telefon nömrələri təhlükəsizlik üçün deyil, bu məlumatların sosial şəbəkənin aldığı \"fb.com
Bu barədə Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Xəzər-Avropa İşgüzar İnteqrasiya Klubunun (CEİBC) “İKT Klubu”nun toplantısında bildirib. Onun sözlərinə görə, Azərbaycanda internet xidmətlərinin qiymətinin aşağı düşməsi dinamik prosesdir: “Bu, eyni zamanda ötən il ərzində də müşahidə olunub. Məqsədimiz hər bir vətəndaşın münasib qiymətlə internet xidmətlərindən istifadəsini təmin etməkdir”.
Xeberler.az Inradio-ya istinadən xəbər verir ki, naməlum xakerlər ABŞ müdafiə nazirliyinin kredit şəbəkəsi olan “Pentagon Federal Credit Union” (PenFed) sisteminin verilənlər bazasına daxil ola biliblər. Bu barədə “Kasperski Laboratoriyası”nın əməkdaşı Pol Roberts MSN vasitəsilə xəbər verib. Robertsin sözlərinə görə, bu, Pentaqonun şəbəkəsinə daxil olan kompyuterlərdən birinin virusa yoluxmasından sonra baş