Bu barədə yanvarın 4-nə olan vəziyyət üzrə “Facebakers” hesabatında deyilir. 2011-ci il yanvarın əvvəlində sosial şəbəkə istifadəçilərinin sayı 2010-cu il dekabrın əvvəli ilə müqayisədə 6,77 faiz (17 700 istifadəçi) artıb. “Facebook”un Azərbaycan seqmenti istifadəçilərin reytinqində 94-cü yerdədir. Bu isə 2010-cu ilin dekabrı ilə müqayisədə iki bənd aşağıdır. Azərbaycandakı İnternet istifadəçilərinin ümumi sayı arasında sosial şəbəkə istifadəçilərinin faizi 0,48 faiz artaraq
Cənubi Koreyada 30-a yaxın yumurtaşəkilli robotlar orta məktəbdə ingilis dili dərsini tədris edirlər.Koreyanın Elm və Texnologiya Institutu tərəfindən hazırlanan “Engkey” adlı robotlarda xüsusi monitor vasitəsilə avtomat müəllimənin üzünü izləmək mümkündür.
Xəbər verdiyimiz kimi Sosial Bloq Yazıları Müsabiqəsi -3-ə start verilib. Müsabiqədə iştirak etmək istəyənlər yazılarını öz bloqlarında və ya sosium.com saytına yerləşdirə bilərlər. Müsabiqədə dekabr və yanvar aylarında yazılmış bloq yazılar iştirak edə bilər. Yazıların son daxil etmə tarixi: 14 yanvar, saat 23:00-dır. Bloq postlarınızı müsabiqəyə bu link vasitəsi ilə daxil edə bilərsiniz: http://sosium.com/musabiqe/daxilet/
Mərkəz\\\"dən gedən Vüqar Qaradağlı kanal rəhbəri olacaq 2010-cu il oktyabrın 22-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) keçirdiyi müsabiqədə qalib gələrək Mədəniyyət kanalının acılmasına lisenziya qazanan “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yeni kanalın fəaliyyətə başlaması istiqamətində işləri sürətləndirib. Əldə etdiyimiz məlumata görə, artıq Mədəniyyət kanalına kimin rəhbərlik edəcəyi də dəqiqləşib. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-dən verilən məlumatda bildirilib ki, media sahəsində tanınmış sima olan
Robortlar işsizliyi artıracaq Kaliforniya alimləri yaxın zamanlarda robortların sayı surətlə artaraq, mətbəximizdən tutmuş, müharibələrə qədər nüfuz edəcəyini açıqlayıblar. “Guardian” qəzetinin xəbərinə görə mütəxəssislər robortlarla insanların birlikdə “yeni imkanlar dünyası” yaradacağına inanır. ABŞ ordusu \"BigDogs\" (Nəhəng itlər) adlandırılan 4 ayaqlı mexaniki yük daşıyan robortun yaradılmasına dəstək verir. Öz-özünü idarə edən bu robortlar, təhlükəli ərazidə 150 kiloluq yükü daşıya bilər. Havada isə bu robortlar Əfqanıstandakı hədəflərə
Türkiyədə «Azad ölkə» adlı kürd qəzetinin baş redaktoru Amin Dəmir barəsində məhkəmə qərarı çıxarılıb. Qəzet materiallarında PKK-nı dəstəkləməkdə təqsirli bilinən baş redaktor… 138 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Diyarbəkir məhkəməsi tərəfindən çıxarılıb.
Müsahibimiz “İRƏLİ” İctimai Birliyinin baş katibi və “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinin rəhbəri Rauf Mərdiyevdir. - Rauf bəy, “Irəli” İctimai Birliyində İnformasiya Texnologiyaları (İT) sahəsində nə kimi yeniliklər gözlənilir? - Bildiyiniz kimi, Azərbaycanda ilk bloq təlimləri 2007-ci ildə “İrəli”nin İnformasiya Texnologiyalar departamenti tərəfindən həyata keçirilib. Biz daim bu məsələni diqqətdə saxlayırıq. 2010-cu ildə də “WEBLOG” adlı təlimlərə başlamışıq.
Xeberler.az portalının Rabitə və İnformasiya Nazirliyinin rəsmi internet səhfəsinə istinadən verdiyi xəbərə görə, Azərbaycanda domen adını qeydiyyatdan keçirmək üçün ilk olaraq, ərizə formasını hazırlayıb (http://www.nt.az/reg.txt), [email protected] elektron ünvanına göndərmək tələb olunur.
450 milyon internet istifadəçisinin olduğu Çində Skype da Facebook və Twitter ilə birlikdə qadağan olunan saytlar siyahısına düşüb. Ölkədə icazəsiz fəaliyyət göstərən internet telefon xidmətlərinin bağlanılacağını açıqlanıb. Hazırda Çində qanuni olaraq iki dövlət şirkəti, Çin Telecom və Çin Unicom xidmət edir.
“Aztelekom” İstehsalat Birliyində Azərbaycanın telefon şəbəkəsinin tam elektronlaşdırılması ilə bağlı tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun təbrik məktubu oxunub.
\"ComScore\" analitik şirkəti internet istifadəçilər arasında populyar olan saytların reytinq cədvəlini tərtib edib. Mütəxəssislər bildirirlər ki, reytinqin lideri internet nəhəngi Google şirkətidir. Belə ki, \"Google\" axtarış sisteminin saytlarına son ay ərzində 987 milyon istifadəçi daxil olub. \"Microsoft\" şirkəti reytinqdə ikinci pilləni tutub. Bu şirkətin saytlarına ay ərzində 874 milyon istifadəçi daxil olub.
İngiltərənin “The Telegraph” qəzeti 2010-cu ilə damağasını vuran ən populyar 10 texnologiyanı aşağıdakı kimi sıralayıb. 1. iPad 2. 3D formatlı texnologiya 3. Facebook 4. E-kitab oxuyucular 5. Google axtarış sistemi 6. Apple iPhone
2010-cu il sona çatdı. İndiyə qədər ötən il ilə bağlı yazmama səbəbi əslində sadədir. Dünyada, eləcə qonşu ölkələrin bloglarına baxanda ilin yekunları ilə bağlı olaraq böyük saytların statistik rəqəmləri yayımlanırdı. Bizdə isə nə elə çox da böyük saytlar var, nə də statistikasını yayımlayacaq saytlar. Ona görə ilin sonu bir növ boş keçir. Ona görə mən də ötən ilki kimi (İT və internet yenilikləri), öz nəzərimdə olanlar barədə yazacam.
Azərbaycanda ilk mobil operator olan Bakcell kimsəsiz uşaqlara Yeni il sevinci bəxş etmək məqsədi ilə “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyi ilə birgə “Mənim arzu SMS-im” kampaniyasını həyata keçirib. 26-30 dekabr tarixlərində keçirilən kampaniyanın məqsədi kimsəsiz uşaqların Yeni il arzularını yerinə yetirmək olub. Uşaqların Yeni ilini Şaxta babasız təsəvvür etmək olmaz. Kampaniya zamanı Bakı və Quba şəhərlərində yerləşən dörd uşaq evində quraşdırılan Bakcell telefonları vasitəsilə uşaqlar Şaxta babaya öz arzu SMS-lərini göndəriblər. SMS-lər toplandıqdan sonra Şaxta baba uşaq evlərini
Yaponiyanın elektrik retro avtomobili - Takayanagi Miluira 1900-cü illərin avtomobilini xatırladan maşın 2,18 metr uzunluğu ilə son dərəcə kompakt bir şəkildə hazırlanıb. Maşın bir nəfər üçün nəzərdə tutulub. Maksimal sürəti saatda 60 km-dır. Şirkət 75 000 dollar qiyməti olan Miluiranı avtomobilini 2011-ci ildə satışa çıxaracaq