Bir müddət əvvəl şərti azadlığa buraxılan gənc bloqçular Adnan Hacızadə və Emin Milli necə reabilitasiya keçirlər? Hazırda nə işlə məşğuldurlar? 17 aylıq qapalı rejimdə yaşamaqdan sonrakı həyat onlara necə təsir edir? “Media forum” saytına danışan Adnan Hacızadə hazırda müalicə kursu keçdiyini və hələlik heç bir işlə məşğul olmadığını bildirib. O, əsəb sisteminin pozulmasından əziyyət çəkdiyini deyib: “Hazırda müalicəm davam edir, xeyli irəliləyiş var və özümü daha yaxşı hiss etməyə başlayıram”.
Loqo elektron qrafik formatda və ya kağız üzərində işlənmiş təsvirdən ibarət olmalıdır
Azərbaycanda estrada janrında mahnı bəstələyən yaradıcı insanların əməyini qiymətləndirmək və peşəkarlıq səviyyəsini inkişaf etdirmək məqsədilə üçüncü ildir keçirilən “Bakı gecələri-2010” Estrada Mahnı Festivalının on-line səsverməsi dekabrın 21-də başa çatacaq.
Dekabrın son dekadası ərzində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC regionlarda bir sıra yeni tikilmiş poçt şöbəsi binalarının istifadəyə verilməsini planlaşdırır. Nazirlikdən verilən məlumata görə, dekabrın 22-23-də Lerik (Veri və Züvüc kəndləri) və Gədəbəy (Dəyirmandağ və Qaramurad kəndləri) rayonlarında poçt şöbələri üçün yeni binalar istifadəyə veriləcək.
Erməni Diasporu qondarma soyqırım qanununun Amerika Nümayəndələr Məclisi Xarici Əlaqələr Komitəsinin gündəminə gətirmək üçün kampaniya başladıb. Kampaniyaya \"ən çılpaq dəstək\" isə ABŞ-da yaşayan erməni şou ulduzu Kim Kardashiandan gəlib. Soyqırım iddialarına dəstək olan erməni porno ulduz Kim Kardashian, bu dəfə Amerikan Professional Basketbol Liqasının əfsanəvi oyunçularından Kobe Bryantı Kobeyə qarşı Twitterdə kampaniyaya başlayıb.
Bu ilin 10 ayı ərzində Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları və poçt sahəsinin ümumi gəlirləri 1042,8 milyon manat təşkil edib.Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, ötən ilin həmin dövründə əldə olunan 933,7 milyon manatlıq göstərici ilə müqayisədə İKT və poçt sektorunun gəlirləri 35,1 faiz artıb.
“Microsoft” korporasiyası “Windows Live Hotmail” poçt servisi üçün “Active View” adlı yeni elektron məktub platformasını istifadəyə verib.
Bloqçular şəbəkəsi tərəfindən keçirilmiş Sosial bloq yazıları müsabiqəsi nəticələrinin təqdimatı keçirildi
“Gmail”, “Yahoo!Mail” və s. poçt xidmətlərinə də giriş məhdudlaşdırılıb Belarusda vəziyyət olduqca gərginləşib. Hətta ölkənin heç bir yerindən “Facebook”, “Twitter”, “VKontakte”, “Odnoklassniki.ru” kimi sosial şəbəkələr, eləcə də “Gmail”, “Yahoo!Mail” və s. poçt xidmətlərinə giriş bağlanıb.
Google korporasiyası BMT-nin interneti tənzimləyəcək fövqəlmilli orqanın yaradılmasına dair təşəbbüsünü tənqid edib. Müvafiq təklif BMT-də Braziliya nümayəndələri tərəfindən irəli sürülüb. Belə ki, braziliyalılar internetin tənzimlənməsi üzrə müvafiq kriterilərin işlənib hazırlanmasını həyata keçirəcək komissiyanın yaradılması təklifi ilə çıxış ediblər. Təklifdə əsasən ekstremal hallarda Qlobal Şəbəkənin nəzarət olunması nəzərdə tutulur,
2010-cu ilin üçüncü rübündə Kanadanın Research in Motion (RIM) şirkəti 14,2 milyon BlackBerry smartfonu sata bilib. Bu göstərici üzrə RIM cari ilin iyun-sentyabr ayları ərzində 14,1 milyon iPhone satmış Apple şirkətini geridə qoyub. 2009-cu ilin sentyabr-noyabr ayları ərzindəki müddətlə müqayisədə BlackBerry-nin satış həcmi 40 faiz artıb.
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi GUAM üzvü olan ölkələrdə informasiya cəmiyyətinin inkişafı sahəsində əməkdaşlığın perspektivləri və imkanlarını nəzərdən keçirəcək. Bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir. Məsələyə dekabrın 16
Region dövlətlərində fəaliyyət göstərən bir sıra böyük operatorlar Transmilli Avrasiya Superinformasiya Magistralı (TASİM) layihəsində iştiraka maraq göstərir. Bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Nazirin sözlərinə görə, BMT tərəfindən dəstəkləndikdən sonra layihəyə region dövlətləri tərəfindən də dəstək verilib
18 dekabrda \"Gülüstan\" sarayında nüfuzlu \"İlin şirkəti\" («Company of the Year») Milli Mükafatının 5-ci yubiley təqdimetmə mərasimi keçirilib. Mükafatın təqdim edilməsində məqsəd, iqtisadiyyatın müxtəlif sahələrində əhəmiyyətli nəticələrə nail olmuş, Azərbaycan biznesinin müsbət imicinin formalaşmasına, ölkənin dünya iqtisadiyyatına inteqrasına və ölkə əhalisinin rifah halının yaxşılaşdırılmasına kömək etmiş şirkətləri mükafatlandırmaqdan ibarətdir.
İnternet istifadəçiləri 15 dekabr, çərşənbə günü, Moskvada Kiyev dəmiryol stansiyası yanındakı meydanda fotokameralar qarşısında faşist salamı verən təxribatçını müəyyənləşdiriblər. Onların fikrincə bu, Moskva Dövlət Universitetin sosioloji Fakültəsinin tələbəsi Levon Rustamoviç Arzumanyandır.