2015-ci ildə mobil telefonlar vasitəsilə reklam xərcləri 11 mlrd. dollara çatacaq. Bu barədə “Juniper Research” şirkətinin araşdırmalarına istinadən “Business & Leadership” portalı məlumat yayıb. Məlumata görə, bu il mobil reklam xərcləri 3,1 mlrd. dollar olub. Başqa sözlə, qarşıdakı 5 ildə bu rəqəmin 4 dəfəyədək artması gözlənilir.
Mobil telefon və selskopla çəkilən 9 millimetrlik ən kiçik personaj Məşhur “Wallace & Gromit” cizgi filminin yaradıcıları indi də Nokia N8 smartfon və selskop vasitəsilə dünyanın ən kiçik kukla animasiya filmini yaradıblar. Aardman Britaniya studiosunun animatorları 9 mmlik “Dot” adlı balaca qızcığazın manipulyasiya etməsi üçün 3D printerindən istifadə edərək, onun, nə az nə çox, düz 50 müxtəlif versiyasını çəkiblər.
Küveyt hökuməti Qətərin \"Əl-Cəzirə\" telekanalının ölkədəki ofisini bağlayıb. Bu barədə Qətərin \"Əl-Cəzirə\" telekanalı məlumat verib. Bağlanan telekanalın jurnalistlərinin akkreditasiyaları da ləğv edilib. Küveyt hökuməti telekanalın hansı səbəbdən bağlandığı barədə açıqlama verməyib
Minskdə (Belarus) Regional Rabitə Birliyinin (RRB) işçi qrupunun növbəti toplantısı keçiriləcək. Dövlət Radiotezliklər İdarəsindən (DRİ) verilən məlumata görə, dekabrın 14-17-də orta-uzun diapazonda olan tezliklərin səmərəli istifadəsi ilə bağlı RRB-nin işçi qrupunun 4-cü iclası keçiriləcək.
Azərbaycan əraziləri yenə də xəritədə təhrif olunub. Bu dəfə İngiltərənin ən reytinqli nəşrlərindən biri “Dailymail”də. Belə ki, bu, \\\"Qəbələ\\\" futbol klubunun yeni baş məşqçisi ingilis Toni Adamsla bağlı hazırlanan müsahibə zamanı baş verib. Məlumat üçün deyək ki, İngiltərənin ən çox oxunan bu saytında əsasən, siyasi, idman,
«Wikileaks» saytının qurucusu Culian Asanjın həbsinə və onun saytına qarşı təzyiqlərə etiraz əlaməti olaraq naməlum hakerlər İsveç hökumətinin rəsmi saytına basqın edərək saytı sıradan çıxarıblar və yenidən qayıdacaqları barədə xəbərdarlıq ediblər. İsveç hökumətinin «regeringen.se» adlı rəsmi saytı bir neçə saat ərzində oflayn vəziyyətdə qalıb və istifadəçilər yalnız «saytı açmaq mümkün deyil» qeydi ilə üzləşiblər.
Xeberler.az Yeni Çağ informasiya agentliyinə istinadən xəbər verir ki, Macarıstanda məhbəsdə yatan qəhrəmanımız Ramil Səfərovun internet səhifəsi erməni xakerlərin hücumuna məruz qalıb. www.ramilsafarov.org saytına daxil olanda http://www.rudespace.com/ saytına keçid alır.
Azərbaycanın Meksikadakı səfirliyi Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə onun həyat və fəaliyyətinə həsr edilmiş ispan dilində internet səhifəsi hazırlayaraq geniş ispandilli ictimaiyyətin diqqətinə təqdim edib. Səfirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, www.heydar-aliyev.mx
Azərbaycan İnternet Forumunun prezidenti, \"Multimedia\" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzün \"İnternet. Azərbaycan internet resursları. Milli saytlar kataloqu 2010\" kitabı nəşr olunub. XEBERLER.AZ-ın Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan verilən məlumata görə,
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) yeni istifadəyə verilmiş İnternet səhifəsi vasitəsilə iş adamları və idxal-ixrac əməliyyatları ilə məşğul olanlar, hətta adi vətəndaşlar birbaşa komitə rəhbərliyinə müraciət edə bilər və bu müraciətlər ciddi araşdırılır.
3-5 dekabr tarixlərində İstanbulda “Beynəlxalq İqtisadi Əməkdaşlıq Platforması” forumu baş tutub. Toplantıda Türkiyə başda olmaqla Orta Şərq ölkələri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, bu münasibətlərin möhkəmlənməsinin yaratdığı yeni imkanlar və s. müzakirə olunub. Şirkətdən verilən məlumata görə, forumun məqsədi Türkiyə ilə digər ölkələrin dövlət adamları, gənc liderlər və öndə gələn iş adamlarını bir araya gətirmək olub.
Cari il Qlobal Şəbəkə tarixində spamların, yəni zərərli arzuolunmaz reklam və casus proqramların sayı üzrə rekord vuracaq. Belə ki, 2010-cu ildə elektron poçtla göndərilmiş 10 məktubun təxminən 9-u arzuolunmaz reklam xarakterli olub. Bu barədə aparıcı antivirus proqram istehsalçısı \"Symantec\" şirkətinin hesabatında qeyd olunur.
Dünyanın ən gənc milyarderi, “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Tsukerberq öz sərvəxtinin yarıdan çoxunu xeyriyyəçilik işlərinə ayırmağa razılıq verib.
Cenevrədə (İsveçrə) Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) qərargahında radiotezlik spektri və peyk orbitlərinin istifadə olunması məsələlərinə dair Ümumdünya Radiorabitə Seminarı keçirilir. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, sözügedən tədbirdə Azərbaycanı nazirliyin Dövlət Radiotezliklər İdarəsinin əməkdaşları təmsil edir.
Psixoloqların fikrincə, internetdə gizli qalmaq arzusu təsadüfi deyil. Yəni internet istifadəçiləri virtual məkanda, nik seçimlərini heç də təsadüfdən etmirlər.