«ABŞ Təhsilli Azərbaycan Məzunları» İctimai Birliyi (AAA) tərəfindən Amerika Mərkəzində Karyera Yarmarkası təşkil olunub.
«Apple» şirkəti tərəfindən istehsal olunmuş ilk kompyuter Londonda (Böyük Britaniya) hərraca çıxarılıb. 1976-cı ildə istehsal olunmuş «Apple-1» kompyuterin hərracda start qiyməti 161,6 min ABŞ dolları həcmində olub. Lakin təşkilatçılar sözügedən kompyuterin qiymətinin 250 min dollaradək artacağına ümid edir.
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aztelekom İstehsalat Birliyi respublikanın 35 kənd ATS-də optik-lif xətlərin çəkilişi üzrə işləri başa çatdırıb. Bu barədə nazirliyin məlumatında deylilir. Məlumata görə, işlər ölkənin Astara, Bərdə, Beyləqan, Xaçmaz
Azərbaycan Prezidentinin rəsmi internet saytının xarici qonaqlar üçün xüsusi səhifəsi fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı mütəmadi olaraq istifadəçilər üçün yeni imkanlar təqdim edir. Son bir neçə ayda saytın dizaynı ən yeni texnologiyalar əsasında yenilənib
Bloggerlər Emin Milli və Adnan Hacızadənin həbsinin bir ili tamam olarkən – Freedom House təşkilatının Avrasiya proqramları üzrə meneceri Səm Patten AzadlıqRadiosunun əməkdaşına açıqlamasında bloggerlərin hələ də həbsdə qalmasının bir təşkilat olaraq onları çox narahat etdiyini deyib.
Xəbər verdiyimiz kimi CHP-nin sabiq sədri Dəniz Baykala aid olduğu iddia edilən görüntülər bir müddət öncə “YouTube”də yayımlanmışdı.
2007-ci ildən yayıma başlayan Regional Televiziya Şirkəti 3 yaşını qeyd edir. Ölkə televiziyaları arasında ilk dəfə rəqəmsal texnologiya ilə təmin olunan RTV Azərbaycanın şimal bölgəsində yayımlanır. Həftə ərzində müəyyən olunan qrafikə uyğun olaraq 30-dək layihə tamaşaçıların ixtiyarına verilir
2011-ci ilin yanvar ayından etibarən “Google” şirkətinin bütün əməkdaşlarının əmək haqları 10 faiz artacaq.
İndi Nar Mobile abunəçiləri Nar 3G+ xidməti çərçivəsində 3G+ USB modem vasitəsilə yüksək sürətli İnternetdən yararlanmaq, Mobil TV xidməti ilə telefonda televiziya verilişlərini canlı şəkildə izləmək və Video Zəng ilə görüntülü zənglər etmək imkanlarını əldə etdilər.
Azərbaycanın ilk mobil operatoru olan Bakcell dünyada ən böyük tələbə təşkilatı olan AIESEC-lə gənclərin təcrübə mübadilə proqramı üzrə anlaşma memorandumu imzalayıb. Bakcell və AIESEC gənclərin bilik və bacarıqlarını artırmaq istiqamətində əməkdaşlıq edəcəklər.
İsveçrənin Novartis dərman şirkəti electron çipi olan həblərin istehsalına başlayacaq. Bu müalicə həkiminin öz xəstələrinin dərmanları necə qəbul etməsinə nəzarətini təmin edəcək.
Google WindowsPhone 7 telefonları üçün axtarış sistemini işə salıb. Bu sistem nəticəsində Windows Phone 7 istifadə edən telefonlarda Googledə axtarışı etmək mümkün olacaq. Google şirkəti bu sistemin gələcəkdə daha genişləndiriləcəyini açıqlayıb
“R.A.T.9 wireless” mausları oyun oynamağı sevənlər üçün daha maraqlı olacaq.
23-26 noyabr tarixlərində “Bakı Ekspo” sərgi mərkəzində informasiya və kommunikasiya sahəsində ən iri ixtisaslaşdırılmış tədbir olan “BakuTel 2010” Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı keçiriləcək.
«Alma» qəzetində gedən hər iki materialda və «Turan Dursundan seçmələr» sərlövhəli yazıya çəkilmiş illüstrasiyada «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın bir sıra tələbləri pozulub.