Özbəkistan hökuməti ölkə ərazisində Facebook sosial şəbəkəsinə qadağa qoyub. XEBERLER.AZ Lenta.ru saytına istinadən xəbər verir ki, qadağaya səbəb Facebook səhifələrində müxalif xəbərlərin yayılması ola bilər. Özbəkistanda 30,7 min insan Facebookdan istifadə edir.
\"Azərbayt\" İnternet İstifadəçiləri Birliyi və Qaynar.info Milli Xəbər Portalı 7 noyabr parlament seçkiləri ilə bağlı Secki2010.info internet səsverməsi saytını istifadəyə verib. \"Azərbayt\"ın sədri Şahmar Bayramlının sözlərinə görə,
Dünyanın aparıcı mobil telefon istehsalçılarından olan Finlandiyanın “Nokia” korporasiyası 1800 əməkdaşını ixtisar edib. Şirkətin yaydığı rəsmi açıqlamada bildirilir ki, ixtisarlar xərclərin azaldılması proqramı çərçivəsində aparılıb.
Azadlıq qəzetinin 20 oktyabr 2010-cu il tarixli sayıda «Azadlıq»ın saytını kimlər dağıdır? sərlövhəli yazı da Sahil şirkəti ilə bağlı müəyyən məqamlar yer alıb...
Facebooka yüklədiyiniz və sonra sildiyiniz şəkillərin tamamilə hesabınızdan təmizlədiyinizi düşünürsünzsə, yanılırsınız. 500 milyona yaxın insanın qeydiyyatdan keçərək istifadə etdiyi Facebook sosial şəbəkəsi vasitəsilə istifadəçilər şəkilllərini, düşüncələrini,fikirlərini,
Ölkəmizin Yaponiyadakı səfirliyinin müdaxiləsindən sonra təhrif olunmuş məlumat düzəldilib. Azərbaycanın Yaponiyadakı səfirliyindən daxil olan məlumata əsasən, bu ölkənin fotoqrafiya və təsvir sahəsində məşhur şirkətlərdən biri olan “Fujifilm”ə mənsub “MyFinePix.com” adlı internet saytında Azərbaycan Respublikasının ərazisi ilə bağlı məlumatların təhrif edildiyini məlum olub.
Azərbaycanın ilk milli süni peykinin orbitə çıxarılması üzrə işlər plan üzrə gedir. Xeberler.az-ın “APA-ECONOMICS”ə istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə,
Hazırlanacaq kompüter muzeyə veriləcək və yarımçıq qalan orjinalı ilə birlikdə nümayiş olunacaq
Facebookun yaranmasından bəhs edən film “The Social Network” filminə çox hirslənən Mark Zuckerberg filmin yaradıcları üçün “acizlər” dedi.
HP Azərbaycan, Azərbaycanın İT bazarına yeni HP Mini 210 Vivienne Tam Edition versiyasında HP Mini seriyasından möhtəşəm “rəqəmsal klatç” netbukun çıxdığını elan edir. HP, noutbuk haqqında fikri dəyişir, onu istənilən dəblə ayaqlaşan xanımın özünə rəva bildiyi qarderoba, dəbli əlavə kimi daxil edir. HP Mini 210 Vivienne Tam Edition-ın eksteryeri HP şirkətinin ideyasının təcəssümüdür,
Ucqar Xınalıq kəndinin sakinləri yalnız Nar Mobile şəbəkəsi vasitəsilə yüksək keyfiyyətli və fasiləsiz mobil rabitədən istifadə etməklə dünyaya qoşulacaq. Mobil rabitə bazarında cəmi 3 il fəaliyyət göstərməsinə baxmayaraq Nar Mobile respublikanın ən ucqar yaşayış məntəqələrində belə yüksək səviyyəli xidmət təşkil edib.
“Apple” şirkəti çərşənbə günü yeni məhsullarını təqdim edib. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu məhsulların sırasında “Apple” 11,6 düyüm diaqonallı ekranla təchiz edilmiş “Macbook Air” noutbukunu nümayiş etdirib.
Bu gün Facebookda bir statusdan sonra, ağlımda Azərbaycana aid mail servisləri sadalandı. Eşitdiyimə görə informatika dərsi keçilən məktəblərdə də uşaqlara rus mail servisləri nümunə kimi öyrədilən yerlər var imiş. Əsasən də mail.ru. Mən də yadıma düşən Azərbaycan mail servislərini paylaşım dedim.
Küçələrdə, metro ətraflarında mobil telefonlardan istifadə qadağan olunub. Bu haqda küçədə 20 qəpik verib mobil telefon xidmətindən istifadə edənlərdən biri məlumat verib. Onun sözlərinə görə, telefondan istifadə etmək üçün müraciət edəndə, “İcazə yoxdur. Polislər gəlib icazə olmadığını dedilər. Əks təqdirdə kimdə tutsalar cərimə edəcəklər”-deyiblər
Xeberler.az portalının bu günkü müsahibi İnformatika və informasiya texnologiyaları kafedrasının müdiri, texnika elmləri namizədi, əməkdar müəllim Akif Şamil oğlu Süleymanovdur. -Akif müəllim, bu günlərdə Azərbaycan Texniki Universitetinin rəsmi saytının (atu.edu.az) təqdimat mərasimi keçirildi. Bu barədə bir az məlumat verərdiz.