Ermənistan Sambo Federasiyasının rəsmi saytı azərbaycanlı hakerlərin hücumuna məruz qalıb. Ermənistan mətbuatının yaydığı məumata görə, saytın əsas səhifəsində Azərbaycan bayrağı və “Biz heç vaxt Mübariz İbrahimovu unutmayacağıq” yazısı peyda olub. Saytda yenidənqurma işləri aparılıb və hazırda onun fəaliyyəti normallaşıb.
Koreyanın “LG Electronics” şirkəti baş direktoru Nam Yonqun istefa verdiyini açıqlayıb. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nam Yonqun istefaya verməsinin səbəbi mobil telefon biznesində qlobal struktur dəyişikliyinə dair planların baş tutmaması olduğu güman edilir.
Nokia yeni mobil internet strategiyası həyata keçirməyə hazırlaşır. Yeni lahiyədə əsas məqsəd bir milyard insanı mobil internetlə tanış etməkdən ibarətdir. Dünən ilk dəfə Nokianın yeni ağıllı telefon ailəsinə mənsub mobil telefonları göstərilib. Nokia, X3 Touch and Typenin ardından yeni Nokia C3 and Type istifadəçilərlə tanışlığa çıxarıldı.
Dünyanın bir nömrəli problemlərindən olan insan alveri ilə mübarizə üzrə bir çox beynəlxalq hərəkatlar var. Azərbaycan da insan alverinə qarşı mübarizədə aktiv şəkildə iştirak edir. Bu işdə dövlət orqanları ilə yanaşı, Azercell Telekom-da fəal tərəfdaşlıq nümayiş etdirir.
Diqqət! Diqqət! AZƏRBAYCANIN ƏN MÜSTƏQİL İKT PORTALI OLAN XEBERLER.AZ-IN YENİ LAYİHƏSİ START GÖTÜRÜR. Xəbər verdiyimiz ki, saytımızda yeni layihə VİRTUAL DEBAT layihəsi keçiriləcək. Artıq bu həftədən debatlara start veririk.
Microsoft korporasiyası tərəfindən dünyada təbliq edilən və müəllimlər üçün nəzərdə tutulmuş “Həmkara dəstək” proqramı “Mədəd” təşkilatı təşəbbüsü və dəstəyi ilə Azərbaycanda tətbiq ediləcəkdir. İKT İnformasiya Mərkəzindən verilən xəbərə görə,
Azərbaycanda keçiriləcək Parlament seçkisində jurnalistlərin maarifləndirilməsinə dair kitablar çap edilib. Bu gün Mətbuat Şurasında Avropa Şurasının Azərbaycan nümayəndəliyi ilə birgə əməkdaşlığı çərçivəsində nəşr edilən \"Media və seçkilər\", \"Seçkilərin ədalətli və balanslı işıqlandırılması\" adlı kitabçaların təqdimatı keçirilib.
Qlobal Şəbəkənin ixtiraçısı hesab olunan Tim Berners Li internetə çıxışı tam pulsuz etməyə çağırıb. Londonda keçirilən Nokia World konfransında çıxış edən alim xatırladıb ki, hazırda Qlobal Şəbəkədən Yer Kürəsinin hər beşinci sakini istifadə edir. Mobil rabitə şəbəkələrinin geniş yayılması qalan 80 faizin də şəbəkə xidmətlərindən yararlanmaq imkanı olacağına ümid verir.
Ancaq “Acid3” testindən sonadək keçə bilmir “Microsoft” korporasiyası bu gün “Internet Explorer 9” brauzerinin beta versiyasını təqdim edib. Yenilənmiş brauzeri “BeautyOfTheWeb.com” saytından yükləmək olar. İstifadəçilərə brauzerin 33 dildə versiyaları təqdim olunur. Yeni “Internet Explorer”in interfeysində xeyli dəyişikliklər aparılıb.
“Google Me” sosial şəbəkəsi payızda istifadəyə veriləcək “Google” korporasiyasının icraçı direktoru Erik Şmidt “Google Me” sosial servisinin işlənib hazırlanmasına dair xəbəri rəsmi sürətdə təsdiqləyib. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, şəbəkənin 2010-cu ilin payız aylarında kütləvi istifadəyə verilməsi planlaşdırılır.
İllərdir dəyişməyən reytinq sıralaması dəyişdi: Google, Yahoo yoxsa Bing? Google, Yahoo və Bing arasında gedən rəqabətdə illərdir dəyişməyən sıralama dəyişdi. “Nielsen” şirkətinin apardığı ən son araşdırmaları görə Google 65% ilə liderliyini qoruyub saxlayıb. Bing isə 13,9% ilə Yahoo-nu geridə qoyaraq ikinci pilləyə yüksəlib. Digər yerləri isə 2 %-lik nəticə ilə Ask.com və AOL tutub.
“Azercell Telekom” MMC bu il World Communication Awards (WCA - Ümumdünya Kommunikasiya Mükafatı) kimi nüfuzlu müsabiqədə iki nominasiya üzrə finala çıxıb. “Azercell”dən verilən məlumata görə, WCA 2010-nun yüzlərlə iştirakçısı arasında məhz Azərbaycanın lider mobil operatorunun “Yaşıl Mükafat” (Green Award) və Ən yaxşı Heyət (Best Team) mükafatları üzrə namizədliyi seçilib.
“Consumer Reports” portalı iPhone 4-ə qarşı yeni iddia irəli sürüb. Tanınmış texnologiya portalı “Consumer Reports” Apple şirkətinin məhsulu olan iPhone 4 mobil telefonlarının istehsalı zamanı səhvlərə yol verildiyini açıqladıqdan sonra Apple rəsmiləri bunu etiraf etməyə məcbur olublar. Apple şirkətinin rəsmisi dünən verdiyi açıqlamada, mübahisə mövzusu olan siqnal probleminin hələ də aradan qaldırıla bilmədiklərini qeyd edib.
Xəbərlər.az portalı Dünyanın ən varlı adamlarından olan “Microsoft” korporasiyasının qurucusu Bill Qeytsin texnologiya tarixində etdiyi ən böyük 10 səhvi təqdim edir. 1. Bill Qeytsin verdiyi bir çox səhv qərarlar nəticəsində 1998-ci ildə “Microsoft” çətin günlər yaşamağa başladı hətta şirkətin bağlanması təhlükəsi belə yaşandı.
Hər il olduğu kimi bu il də Ümumdünya Poçt İttifaqı (ÜPİ ) bütün poçt müdiriyyətlərinə məktəblilər arasında epistolyar inşa müsabiqəsinin keçirilməsini və ölkənin Təhsil Nazirliyi ilə birgə təşkil olunmasını tövsiyə edib və müsabiqəyə mövzu təqdim edib. Həmin mövzu üzrə qalib elan edilmiş inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının mərkəzi ofisinə göndəriləcək.