İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular
Cəmi 7600 nəticə tapildı!

“Google TV” ilin sonuna kimi istifadəyə veriləcək

09.09.2010 [21:47]

İstifadəçilər üçün pulsuz olacaq “Google TV” televiziya servisi ilin sonuna kimi ABŞ-da istifadəyə veriləcək. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu “Google” korporasiyasının rəhbəri Erik Şmidt bəyan edib.

Nazir müavininin sözləri etirazla qarşılandı

09.09.2010 [00:15]

\"Əhalinin sayına görə MDB məkanında internetin maksimal sürəti Azərbaycandadır. Hazırda Azərbaycanda internetin sürəti yüksək səviyyədədir. Belə ki, ölkədə internetin hazırkı ümumi sürəti 10 Qbit təşkil edir\". Bu sözləri Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib

Azərbaycanda mobil rabitə nömrələrinin daşınması sisteminin ilin sonunadək tətbiq olunacağı gözlənilir

08.09.2010 [13:26]

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mobil rabitə nömrələrinin bir operatordan digərinə daşınması qaydalarının layihəsini gələn həftə təsdiq olunmaq üçün aidiyyatı qurumlara təqdim edəcək. Bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

\"Facebook\"da azərbaycanlı istifadəçilərin sayı 203 mini keçib

08.09.2010 [12:45]

Azərbaycanlı istifadəçilər arasında 18-24 yaşlı gənclər üstünlük təşkil edir İnternet aləminin ən məşhur sosial şəbəkələrindən olan \"Facebook\" ölkələr üzrə rəsmi statistika hazırlayıb. Qaynar.info xəbər verir ki, hesabatda Azərbaycan 203720 istifadəçisi ilə 212 ölkə arasında 97-ci yerdə qərarlaşıb. Bunların 125 min 320 nəfəri kişi (62%), digər 75 min 400 şəxsi isə (32%) qadınlardır.

«Azərbaycan internetin sürətinə görə lideridir

08.09.2010 [12:43]

Əhalinin sayına görə MDB məkanında internetin maksimal sürəti Azərbaycandadır. Bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda internetin sürəti yüksək səviyyədədir. Belə ki, ölkədə internetin hazırkı ümumi sürəti 10 Qbit təşkil edir:

\"Elektron Azərbaycan\" iflasa uğrayacaq. Milli peykdən keyfiyyətli internet gözləməyə dəyməz

08.09.2010 [00:35]

Məlum olduğu kimi ölkə prezidenti İlham Əliyevin 2010-cu il 11 avqust tarixli Sərəncamı ilə Elektron Azərbaycan Dövlət Proqramı təsdiq edilib. Bununla bağlı və ölkədə İKT sektorunda mövcud vəziyyətlə bağlı Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüzün fikirlərini öyrəndik.

Bloqosfer 2010-un qeydiyyat müddəti artırıldı

08.09.2010 [00:03]

Foruma olan böyük marağı nəzərə alaraq Təşkilat Komitəsi qeydiyyatı daha 3 gün artırmaq qərarına gəlib. (8 sentyabr saat 22:00-a qədər)Bu müddətdə qeydiyyatdan keçən şəxslər yalnız öz hesabına və ya yarım öz hesabına foruma qoşula biləcəklər.

Bakcell və Ultra Microsoft Enterprise müqaviləsi imzalayıb

07.09.2010 [13:23]

Bakcell və Ultra şirkəti, Microsoft Gold Partner və LAR, korporativ müştərilər üçün nəzərdə tutulan, korporativ standart kimi Microsoft platformasını seçməyə hazır olan korporativ lisenziya proqramının – Microsoft Enterprise Müqaviləsinin imzalayıb. Bakcelin Baş İcraçı Direktoru İnneke Botter bildirib ki,

Mədəniyyət kanalı ilə bağlı sənəd qəbulunun müddəti uzadıldı

07.09.2010 [13:20]

Azərbaycanda mədəniyyət kanalı ilə bağlı müsabiqəyə sənəd qəbulunun müddəti bir ay da uzadılıb. Bu barədə jurnalistlərə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli məlumat verib. Şura sədri bildirib ki, Azərbaycanda mədəniyyət kanalının açılması ilə bağlı elan olunan müsabiqə müddətində yalnız bir müraciət daxil olub: “Müraciət “Azərbaycan Televiziyası və Radiosu” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən olunub. Qanunvericiliyə əsasən, müsabiqədə iştirak üçün bir müraciət yetərli hesab olunmadığından vaxtın daha bir ay uzadılmasına qərar verilib”.

Googledə reklam yerləşdirmək şirkətə 3,6 milyon dollara başa gəlib

07.09.2010 [13:18]

“bp” neft şirkəti iyun ayında “Google” internet-axtarış sistemində reklamını yerləşdirmək üçün 3,6 milyon dollar xərc çəkməli olub. Bir qədər öncə isə şirkətin xərcləri bir ay ərzində 57 min dollar təşkil etmişdi. “bp”nin reklamlara bu qədər xərc çəkməsinin səbəbi Meksika körfəzində baş verən hadisədən sonra öz imicini bərpa etmək istəyidir.

“Jurnalistlərin peşə davranışı qaydaları”nın yeni variantı təqdim olundu

07.09.2010 [13:16]

Bu gün Bakıda “Medianın özünütənzimləməsi vasitəsilə ifadə azadlığının qorunması” mövzusunda konfrans keçirilib. ATƏT və Mətbuat Şurasının təşkilatçılığı ilə baş tutan tədbirdə “Jurnalistlərin peşə davranışı qaydaları”nın yeni variantı təqdim olunub. Daha çox çap və internet mətuatı üçün nəzərdə tutulmuş və jurnalistlərin peşə kodeksi adlandırılan sənədin məqsədi jurnalistlərin təcrübəsini institusional səviyyədə təkmilləşdirmək və media mənsublarının gündəlik fəaliyyətində etik standartların tətbiqini təşviq etməkdir.

Azərbaycanın süni peykinin istehsalına başlanılıb

07.09.2010 [13:14]

Azərbaycanın orbitə buraxılacaq ilk süni peykinin istehsalına başlanılıb. Bu barədə Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib. Onun sözlərinə görə, peykin hazırlanması üzrə işlər plana uyğun gedir. Nazir qeyd edib ki, artıq peykin buraxılması ilə bağlı bütün müqavilələr imzalanıb və kadr hazırlıqlarına başlanılıb: “İndi əsas məqsəd kadr hazırlığıdır, bazarların öyrənilməsi və rəqabət qabillyyətli olmasıdır”

Bakıda RRB-nin tədbirləri keçiriləcək

07.09.2010 [13:03]

Cari ilin sentyabr ayının 7-dən 9-dək Bakıda Regional Rabitə Birliyinin (RRB) bir sıra tədbirləri keçiriləcək. Belə ki, sentyabrın 7-də paytaxtda RRB-nin Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) ilə iş üzrə İşçi Qrupunun 4-cü iclası, eləcə də RBB-nin Beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi üzrə Komissiyasının 23-cü iclası təşkil olunacaq. İclaslarda BTİ-nin 2010-cu il Telekommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Konfransının nəticələri müzakirə olunacaq

Bakıda kibertəhlükəsizlik üzrə seminar keçiriləcək

07.09.2010 [13:00]

Respublikasının Xarici İşlər Nazirliyinin və ATƏT-in Bakı Ofisinin birgə təşkilatçılığı ilə “Kibertəhlükəsizliyə hərtərəfli yanaşma” mövzusunda seminar keçiriləcək. Seminarın əsas məqsədi kibercinayətkarlıqla mübarizəyə dair Konvensiyanın müddəalarının həyata keçirilməsi üçün ardıcıl kibertəhlükəsizlik siyasətinin həyata keçirilməsidir.

\"1news\" artıq türk dilində

07.09.2010 [07:31]

Ölkəmizdə türk dilində yayımlanan heç bir KİV boşluğunu \\\\\\\"1news\\\\\\\" İnformasiya agentliyi doldurdu. Agentliyin yeni layihəsi olan www.1news.com.tr. oxucuları hər an operativ şəkildə Azərbaycanda və xaricdə baş verən ən son yeniliklərlə tanış edəcək, analitik müsahibələri, rəsmi xronikanı, mədəniyyət aləmindən məlumatları, siyasi informasiyaları və idman xəbərlərini türk dilində izləmək fürsəti verəcəkdir.

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar