İnformasiya cəmiyyəti əsrində ölkələr müharibəni ilk növbədə meydanda deyil, dünya hörümçək torunda aparırlar. Kim ölkəsi haqqında daha çox təbliğat aparırsa, daha ətraflı material yerləşdirirsə və dünyaya səsini daha effektiv şəkildə çatdırırsa həmin ölkənin səsinə səs verənlər də daha çox olur. Bəs, Azərbaycan necə dünya internet şəbəkəsində yetərincə tanınırmı və təbliğatın öhdəsindən nə dərəcədə gələ bilir?
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2010-cu il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)” təsdiq edildi. Dövlət Proqramının əsas hədəflərindən biri də ölkəmizdə bütün sahələrə informasiya və kommunikasiya texnologiyalarının (İKT) səmərəli tətbiqinin genişləndirilməsi və “Elektron hökumət” quruculuğunun daha da sürətləndirilməsidir.
Şirkətin kompüterləri alışıb yana bilər Dünyada elektronika və məişət texnikası sahəsində ən böyük istehsalçılardan biri olan Yaponiyanın “Toshiba” şirkəti kompüterlərini geri yığır. Buna səbəb “Toshiba”nın son istehsalı olan kompüterlərdə öz-özünə alışma təhlükəsinin olduğunun üzə çıxmasıdır
TechCrunch\'ın verdiyi məlumata görə AVG\'nin araşdırma nəticələrinə görə, İnternet təhlükəsizliyi baxımından ən təhlükəli ölkələr arasında birinci yer Türkiyəyə aiddir. Rusiya ikinci yerdə özünə yer eliyib
Azərbaycanın mobil rabitə operatoru olan “Azerfon” şirkəti («Nar Mobile» ticarət nişanı altında fəaliyyət göstərir) «Səsiniz Hər Yerdə Eşidilsin!» kampaniyasına başlayıb.
Nəhəng internet-axtarış sistemi “Google” savadlı kadrlarını əldən verməmək üçün əməkdaşlarının əmək haqlarını artırmaq məcburiyyətində qalıb. Buna səbəb isə son vaxtlar internet-axtarış sisteminin işçilərinin “Facebook” sosial şəbəkəsi tərəfindən sərfəli təkliflərin gəlməsi olub.
Dünyanın nəhəng proqram təminatı şirkəti olan “Microsoft” Çində yerli tərəfdaşı ilə birgə müəssisə yaratmaq niyyətindədir. Şirkətin məqsədi Çin bazarında nəhəng oyunçulardan birinə çevrilmək və internet-axtarış sahəsində öz imkanlarını genişləndirməkdir.
Bu ilin sentyabrın 7-9-da Bakıda Regional Rabitə Birliyinin (RRB) Radiotezliklərin istifadəsinin tənzimlənməsi, radioelektron vasitələrinin elektromaqnit uzlaşması və TV-səs yayımı, peyk rabitəsi üzrə komissiyalarının birgə 29/35-ci iclası keçiriləcək.
Azərbaycanın ən müstəqil İKT portalı olan Xeberler.az yenə sizi sevindirir. Hər zaman yeni layihələrlə görüşünüzə gələn saytımızdan daha bir yenilik. Bu gündən etibarən portalımızda Virtual Debat layihəsi start götürür. Hər həftə İKT sahəsində ən aktual mövzulara Virtual Debatda cavab tapılacaq. Bir mövzu ətrafında iki müxtəlif fikir olacaq Virtual Debatda.
Bu ilin sentyabrın 7-9-da Bakıda Regional Rabitə Birliyinin (RRB) Beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi üzrə komissiyasının 23-cü və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) ilə iş üzrə işçi qrupunun 4-cü iclası keçiriləcək.
Azərbaycanın əsas internet təchizatçısı olan “Delta Telekom” şirkəti dünəndən ölkədə internet tariflərini endirib. Bundan sonra ümumi kanal tutumu 100 mb/s-dən çox olan bütün provayder şirkətləri əlavə aldıqları hər bir 1 mb/s üçün cəmi 50 manat ödəyəcək.
Samsung Bada sistemindən istifadə ediləcək telefonu Samsung Wave 723\'ün özelliklerini açıqlayıb. Bada haqda bilməyənlər üçün qeyd edək ki, Bada Samsung\'un Linux tipli bir sistemidir və Samsung Wave seriyasındır.
31 düymlü ilk 3D OLED-televizor hazırlanıb Cənubi Koreyanın “LG Electronics” şirkəti üçölçülü təsvir imkanına malik 31 düymlü işıq diod (OLED) televizor hazırladığını bildirib.
İnternet istifadəçiləri daha sürətli və keyfiyyətli çıxışa üstünlük verməyə başlayıb “Intrans” internet provayderi Azərbaycanda dial-up texnologiyası vasitəsilə (internetə kommutasiya, yəni telefon vasitəsilə qoşulma) internet xidmətlərini dayandırmaq niyyətindədir.
Dünyanın nəhəng proqram təminatı şirkəti olan “Microsoft” Çində yerli tərəfdaşı ilə birgə müəssisə yaratmaq niyyətindədir. Xeberler.az-ın “Reuters”ə istinadən xəbərinə görə, şirkətin məqsədi Çin bazarında nəhəng oyunçulardan birinə çevrilmək və internet-axtarış sahəsində öz imkanlarını genişləndirməkdir.