Applenin 149 dollardan satdığı 6-cı nəsil 8 GBliq iPod Nano firmaya xeyli gəlir gətirir. Bəs tək bir iPod Nano\\\'nun xərcini nə qədər olduğunu bilirsinizmi?
\"Şəxsən mənim özümdə bu dəqiqə tutub həbsə atacaqlar təşvişi yaradır. Məsələn, hər dəfə sərhədi keçəndə düşünürəm ki, tənqidlərə görə məni burda həbs edəcəklər. Çünki mənə xeyli zəng gəlir ki, tənqidi yazılarını yığışdır. Axı bloqçu siyasətşi deyil, sadəcə, öz fikirlərini, düşüncələrini ictimaiyyətlə bölüşən insandır\".
Ölkəmizdə internet istifadəçilərinin sayı durmadan artır. İnternetə hər təbəqədən, hər nəsildən olan insanlar daxil olur. Bəziləri internetdən dost tapmaq üçün, bəziləri sevgili axtarmaq üçün, bəziləri özünü reklam etmək üçün istifadə edirlər. Bəs görəsən orta məktəb şagirdləri internetdən nə məqsədlə istifadə edirlər? Biz də bu suala cavab tapmaq məqsədilə üz tutduq paytaxtın bir neçə internet klubuna.
Azərbaycanın aparıcı mobil rabitə operatorlarından olan «Azercell Telecom» şirkəti Bakıda yeni «Azercell Express» ofisini istifadəyə verib. Yeni ofis Yusif Səfərov küç. 9/16 ünvanında (yeni inşa edilmiş Ali Məhkəmənin yaxınlığında) yerləşir. «Azercell Express» ofislərində abonentlər telefon danışığına görə ödəmə həyata keçirə, müştəri xidmətlərindən istifadə edə, həmçinin yeni telefon və ya nömrə ala bilər.
Çat həvəskarları hər an virus hücumuna məruz qala bilər İnternetdə müxtəlif çat (IM) proqramları vasitəsi ilə yayıla bilən yeni virus aşkarılanıb. “Kaspersky Lab” anti-virusunun aşkar etdiyi yeni virius ailəsi “Yahoo!Messenger”, “Skype”, “Paltalk Messenger”, “ICQ”, “Windows Live Messenger”, “Google Talk” və “XFire” istifadəçiləri üçün əsl təhlükə mənbəyinə çevirilib.
Hazırda dünya miqyasında istifadəçilərin sayına görə digər saytları və sosial şəbəkələri geridə qoyan \\\"Facebook\\\" şəbəkənin rəsmi statistik hesabatını açıqlayıb. Qaynar.info xəbər verir ki, hesabatda 2010-cu ilin fevral ayından avqustun ayınadək olan nəticələr göstərilib. Beləliklə Facebook-dan ən çox istifadə edilən ölkələrin beşliyi belədir:
“Odnoklassiki” sosial şəbəkəsinə qeydiyyat pulsuz olub. Şəbəkənin yaydığı press-relizdə qeyd olunub ki, bu addım rəqiblərlə daha səmərəli mübarizə aparmaq məqsədi ilə atılıb. Bundan sonra şəbəkədə yeni qeydiyyatdan keçənlər yenə öz mobil nömrələrini daxil edəcəklər. Amma qeydiyyat haqqında göndərilən SMS pulsuz olacaq.
“The Evolving Internet” (“İnkişaf edən internet”) hesabatı çərçivəsində “Cisco” şirkəti və “Monitor Group” təşkilatının mütəxəssisləri internetin inkişafına dair dörd mümkün tendensiya proqnozlaşdırıblar. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ehtimal edilən tendensiyaların birinə əsasən Qlobal Şəbəkə sürətli ekspansiya xətti üzrə inkişaf etməkdə davam edəcək.
“İrəli” İctimai Birliyi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Qubadlı rayonu haqqında bloqu istifadəyə verib. Qeyd edək ki, bu günə qədər artıq Şuşa, Laçın, Ağdərə, Ağdam Füzuli və Cəbrayıl haqqında bloqlar istifadəyə verilib. İlin sonuna isə Azərbaycanın işğal altında olan bütün rayonlarına həsr olunmuş sayt/bloqlar istifadəyə veriləcək.
Texas şəhərində avtomobil satış mərkəzlərinin birində mühafizəçi işləyən gəncin özü çəkdiyi videonu “Youtube”a yerləşdirməsi məhkəmə üçün sanballı sübut oldu. Iş vaxtı bitəndən sonra mərkəzin işçiləri bütün avtomobilləri mühafizəçiyə təhvil verib evə gedirlər. Təlimata əsasən iş vaxtı bitəndən sonra heç kəs ofisdə qalmamalı idi və hamı bu qaydaya ciddi əməl edirdi.
Belə çıxır ki, jurnalistikanı başa vuran birisi və ya bir iqtisadçı özünə bloq yaradaraq, yaxud hansısa onlayn resursda müntəzəm olaraq informasiya-xəbər yayımına başlayır, bu, jurnalist hesab olunmur. Təsadüfi bir şəxs, yoldan ötən birisi hansısa qəzet redaksiyasına gəlir və redaktorla müqavilə bağlayaraq, işə başlayır, bu adam isə jurnalist hesab olunur. Belə yanaşma doğru deyil
Azərbaycanda cari ilin sentyabr ayının 18-19-unda Sosial Yeniliklər Düşərgəsi (SYD) keçiriləcək. Düşərgə Mərkəzi Praqada yerləşən “Transitions” təşkilatı tərəfindən təşkil olunacaq. Sosial Yeniliklər Düşərgəsi yeni ideyalar və rəqəmsal alətləri 48 saat ərzində bir araya gətirməklə sosial problemlərin həllinə yönəlmiş internet əsaslı yeniliklərin yaradılması məqsədilə təşkil edilir.
Bu günü Dünya Bloqosferi Beynəlxalq Bloq Günü kimi qeyd edir. Hər bir bloqçu 31 avqustu öz peşə (maraq) günü hesab edə bilər. Bütün bayramlar kimi bu günün dən öz adət ənənələri var: bloqçu bu gündə aşağıdakıları etməlidir - 1. 5 yeni və maraqlı gələn bloq tapmalıyıq; 2. Həmin bloqlar haqqında kiçik bir yazı yazıb onlara keçid verməliyik; 3. Yazını mütləq elə məhz 31 avqustda post etməliyik;
Bundan əvvəl bir çox bahalı telefonlar satışa çıxarılıb. Amma maraqlısı odur ki, heç bir telefon bu qədər bahalı olmayıb. Bu sahədə olduqca yüksək təbəqəni hədəf seçən telefon istehsalçıları telefonların baha qiymətinə görə bir-birləri ilə qızğın yarışa giriblər. Ancaq \"Gresso\" adlı istehsalçı bu yarışa tamam başqa istiqamət verib. Belə ki, şirkət 1 milyon dollarlıq telefon hazırlayaraq hamının diqqət mərkəzinə düşüb.
Dünyanın ən iri yarımkeçirici istehsalçısı Intel korporasiyası Almaniyanın Infineon şirkətinin tərkibində smartfonlar üçün çip istehsalı ilə məşğul olan Wireless Solutions Business (WLS) şirkətini əldə edir. Sazişin məbləği 1,4 milyard ABŞ dollarına dəyərləndirilir.