Neft layihələrimizdə iştirak edən \"WOOD GROUP\" Naxçıvanı Ermənistan ərazisi kimi göstərilib. Azərbaycanın neft layihələrində iştirak edən və ölkədə fəaliyyətini genişləndirmək niyyətində olan Böyük Britaniyanın \"WOOD GROUP\" şirkətinin rəsmi saytında ölkəmizin ərazi bütövlüyü təhrif olunub.
Çat həvəskarları hər an virus hücumuna məruz qala bilər İnternetdə müxtəlif çat (IM) proqramları vasitəsi ilə yayıla bilən yeni virus aşkarılanıb. “Kaspersky Lab” anti-virusunun aşkar etdiyi yeni virius ailəsi “Yahoo!Messenger”, “Skype”, “Paltalk Messenger”, “ICQ”, “Windows Live Messenger”, “Google Talk” və “XFire” istifadəçiləri üçün əsl təhlükə mənbəyinə çevirilib.
Azərbaycan siyahıda 4-cü yerdədir “AVG” təhlükəsizlik firması dünyada onlayn hücuma məruz qalan ölkələrin siyahısını açıqlayıb. “AVG Anti-Virus”un saytınən verdiyi məlumata görə, dünyada ən çox onlayn hücuma məruz qalan ölkə Türkiyədir.
Azəri-Press İnformasiya Agentliyi (APA) yeni layihəyə start verib. Yeni layihə “deputat.az” portalıdır. “www.deputat.az” Azərbaycan internet məkanında seçkilərlə bağlı bütün prosesi işıqlandıracaq yeganə “on-line” xəbər portalı olacaq. Yeni layihənin əsas məqsədi internet istifadəçiləri arasında seçki maarifləndirməsini həyata keçirmək, insanlarda vətəndaş aktivliyini stimullaşdırmaq, Milli Məclisə qarşıdakı seçimlərin gedişi ilə əlaqədar bütün informasiyanın bir məkanda operativ şəkildə toplanmasını təmin etməklə obyektiv bələdçi rolunu oynamaqdır.
Gözləniləndən çox maraq görən chat xidməti ilə əlaqədar gələn şikayətlər Facebooku bezdirənə oxşayır. Facebook-un daimi istifadəçiləri onun chat sistemindən də aradabir yararlanıblar. Siz də Facebook istifadə edirsinizsə, yəqinki siz də rastlaşmısınız. Facebook chatı stabil deyil və ara-sıra istifadəçi sistemdən kənarlaşır.
Veb-saytlarda avtorizə üçün istifadə edilmiş uzunluğu 7 simvoldan az olan parollar yaxın gələcəkdə tamamilə etibarsız hesab ediləcəkdir. Bu zaman hətta rəqəmlərin, hərf və xüsusi işarələrin mürəkkəb kombinasiyası belə istisna olmayacaqdır.
İnternet istifadəçiləri artır, qiymət və keyfiyyət isə istifadəçiləri qane etmir. Son iki ildə ölkədə internetin qiməyi 7-8 dəfə ucuzlaşıb. Ancaq hələ də qonşulardakı səviyyəyə çatmayıb.
Sosial şəbəkədə istəmədiyiniz hər kəsi şikayət etmək imkanına sahibsiniz, amma bir nəfər istisnadır Təhlükəsizlik problemləriylə tez-tez gündəmə gələn dünyanın ən böyük sosial şəbəkəsi facebook-da çox maraqlı bir kəşf olub. Normalda Facebookda hər hansısa istəmədiyin insanı şikayət edə və ya onu əngəlləyə bilərsən.
“Google” şirkəti “Gmail” poçt servisində yeni funksiya təqdim edib. Xeberler.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, artıq “Gmail” servisində elektron poçtu olanlar kompüterin qarşısından durmadan stasionar və mobil telefon nömrələrinə zəng etmək mümkün olacaq.
İnternetdəki “facebook” sosial şəbəkəsində qurulmuş bir qrupun üzvləri bir-bir öldürülür. 83 nəfərin adının yazıldığı “qara siyahı” Kolumbiyanın bir şəhərində insanları və polisi təşvişə salıb. Puerto Asis şəhərində yaşayan 83 nəfərin adı bir qrupda birləşdirilib və hər birinə “Ya bu şəhəri tərk edin, ya da öləcəksiniz” deyə məktublar göndərilib. Bu məktublar əvvəlcə xoş olmayan zarafat kimi başa düşülmüşdü.
Milli Park ərazisində Azərbaycanda ilk dəfə olaraq 5D formatlı filmlərin nümayiş olunacağı xüsusi kinozal istifadəyə verilib. Bu barədə Bakı Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib. N. Məcidov bildirib ki, 10-15 dəqiqəlik bu filmlərə baxmaq istəyənlər üçün biletlərin qiyməti 5 manat nəzərdə tutulub.
Azərbaycan Media Mərkəzi bir qrup yerli jurnalistin cari ilin sentyabr ayında İsveçdə keçiriləcək parlament seçkilərindən sonrakı durumu işıqlandırmaq üçün Stohkolma səfərini təşkil edir. Bu səfərdə iştirak edəcək jurnalistlər müsabiqə yolu ilə seçiləcəklər.
Azərbaycanın ilk mobil operatoru “Bakcell” bu yaxınlarda 56 mobil operatorla GPRS rouming müqaviləsi imzalayaraq GPRS rouminq əhatə dairəsini genişləndirib. Şirkətin baş ofisindən verilən məlumata görə, bu il ərzində “Bakcell” GPRS rouminq üzrə partnyorlarının sayını 2,5 dəfə artırıb.
Rusiya prezidenti Dmitri Medvedev “İT sahəsində dövlət idarəçiliyin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmanda əsasən ölkədə İnformasiya Texnologiyaları üzrə Federal Agentlik ləğv edilib.
Bakcell, Paypoint adlanan yeni nəğd ödəmə terminalları vasitəsilə ödənişlər qəbul etməyə başladı. İndi Bakcell abunəçiləri Bakının ən tanınmış yerlərində - metrolarda, əyləncə və ticarət mərkəzlərində quraşdırılmış ödəmə terminalları vasitəsilə ödəniş edə və ya balanslarını artıra bilərlər.