“Bu il Azərbaycanda keçiriləcək Parlament seçkilərində KİV-in fəaliyyətini məhdudlaşdıran heç bir inzibati resursdan istifadə olunmayacaq”. Bunu ATƏT Bakı Ofisinin təşkilatçılığı ilə “Seçkilərin mediada əks etdirilməsi” mövzusunda keçirilən \\\"dəyirmi masa\\\"dakı çıxışında Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
Azərbaycanın ən müstəqil İKT portalı olan XEBERLER.AZ bugündən yeni sorğuya start verir. Sorğunun sualı isə belədir: \\\"Facebookdan nə məqsədlə istifadə edirsiz?\\\" Əziz ziyarətçilər buyurun səs verin və şərhlərinizi yazın. Variantlar isə belədir:
Xeberler.az saytının keçirdiyi növbəti sorğu da yekunlaşdı. Azercellin yeni loqosunu bəyəndinizmi? sualına 43% insan bəli bəyənirəm cavabını verib. 26% ziyarətçiyə isə ümumiyyətlə Azercellin yeni loqosu maraqlı deyil. 17 %-in fikrincə əvvəlki loqo daha yaxşı idi. Cəmi 14% insan isə bəyənmədim cavabını verib.
Mozilla Firefox 4 Beta 4-ü yayınladı. Bir neçə saat əvvəl Mozillanın Firefox Beta 4-ü yayımlamalı olduğunu, lakin bir sıra problemlərlə bağlı olaraq yayınlamayacağı xəbərləri yayılsa da, Firefox 4 Beta 4 rəsmi olaraq Mozillanın saytında yayımlandı. Bu versiyanın nə qədər uğurlu olub-olmayacağını zaman göstərəcək.
Google axtarış sözü yazılan anda nəticələri göstərən yeni və sürətli bir texnologiyanı sınaqdan keçirir. Google-dan axtarışı sürətləndirəcək yeni addım… Dünyanın ən çox istifadə olunan axtarış sistemi Google, axtarılan söz yazılan kimi nəticələri göstərən yeni və sürətli bir sistemi sınaqdan keçirir. İstifadəçilər bu sistem sayəsində \\\\\\\"axtar\\\\\\\" düyməsinə basmadan, axtaracağı sözlə bağlı alternativləri həmin an görə bilir. Google axtarılan söz hələ yazılarkən alternativ nəticələri göstərməyə və yazdıqca onunla bağlı nəticələri göstərməyə imkan verən bir sistemi hazırlayır.
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) rəsmi saytı fəaliyyətə başlayacaq. Qurumun Mətbuat Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 25 avqust tarixində Milli Məclisdə yerləşən TÜRKPA-nın ofisində saytın təqdimatı olacaq.
Bu gün Kişinyovda (Moldova) Regional Rabitə Birliyinin (RRB) poçt rabitəsi üzrə Komissiyasının və Poçt Operatorları Şurasının birgə iclası, həmçinin poçt xidmətlərinin inkişafı və maliyyə xidmətləri üzrə seminarlar işə başlayıb.
Azərbaycanın Gəncə Dövlət Universitetində yeni dərs ilindən etibarən oxunan mühazirələri internet üzərindən izləmək mümkün olacaq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, auditoriyalarda quraşdırılmış kameralar vasitəsilə müəllimlərin dərs prosesi onlayn rejimdə internet üzərindən yayımlanacaq və bunun sayəsində həmin proseslə dünyanın bütün nöqtələrindən tanış olmaq mümkün olacaq.
Trafik ölçmə saytı olan Pingdom aylıq ziyarətçi sayına görə Facebooka ən çox hansı ölkədən girildiyini açıqlayıb. Bu reytinqdə gözləndiyi kimi birinci yer ABŞ-dır. Birləşmiş ştatlardan Facebooka bir ay ərzində 130 milyon ziyarətçi daxil olur. Bu 30% trafik edir.
01 sentyabr tarixdən etibarən Delta Telekom şirkəti tərəfindən Provayderlərə satılan internetin qiymətində ciddi endirimlər edilib.
Azərbaycanın ən müstəqil, obyektiv, qərəzsiz İKT portalı olan XEBERLER.AZ bu gündən yeni serverdə fəaliyyət göstərəcək. Bu addım saytımıza daha tez və daha rahat daxil olmanız üçün nəzərdə tutulub. Hər zaman maraqlı xəbərləri ilə sizləri sevindirən XEBERLER.AZ-dan daha bir yenilik
Azərbaycan internet məkanında iyul ayı ərzində 258 yeni *.az domen adı qeydiyyatdan keçib.
Microsoft Internet Explorer 9-u (Platform Preview 4) istifadəyə verib. Bu proqram istifadəçilərin gözləntilərini doğrultmağa hesablanmışdır. Poroqramın əvvəlki buraxılışları 2.5 milyon dəfədən çox yüklənmiş, proqramın test etmə səhifəsinə 20 milyon istifadəçi daxil olmuşdur.
“Intel” korporasiyası antivirus və İT-təhlükəsizlik sahəsində proqram təminatı ilə məşğul olan “McAfee” şirkətini 7,68 mlrd. dollara aldığını açıqlayıb. Korporasiyanın proqram təminatı və servislər üzrə bölümünün bir hissəsi olacaq “McAfee”nin hər bir səhminə görə “Intel” təqribən 48 dollar ödəyəcək.
Azərbaycanın “İrəli” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Füzuli və Cəbrayıl rayonları haqqında yeni sayt / bloq istifadəyə verib. Sayt/bloqlar http://myfuzuli.wordpress.com və http://myjabrail.wordpress.com internet ünvanlarında yerləşdirilib