ABŞ-da bir xaker 1500 dollarlıq bir cihazla uzaqdan necə telefon dinləyəbiləcəyini göstərib. XEBERLER.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kris Paget adlı xaker Las Veqasda keçirilən görüşdə 1000-dən çox insanın telefonunu dinləyib.
Facebookda aparılan araşdırmada Galatasarayın dünyanın ən böyük klubu olduğu ortaya çıxıb. Galatasaray əzəli rəqibləri Fenerbahçe və Beşiktaşdan başqa dünya nəhənglərini də qabaqlayıb. Maraqlısı odur ki, ilk 10-da 3 türk klubu yer alıb. İdman xəbərləri və şərhlərinin yer aldığı sayt sportingintelligence.com-da açıqlanan nəticələri təqdim edirik.
Dünya Azərbaycanlılarının televiziyası kimi fəaliyyətə başlayan "Can Azərbaycan" (http://www.canaz.tv) televiziyasının təqdimatı keçirilib. Təqdimat mərasimi çərşənbə axşamı Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında keçirilib.
Dilmanc layihəsinin rəsmi saytında Azərbaycan dili üçün ilk mətnin səsləndirilməsi proqramının demonstrasiya variantı yerləşdirilib. Sayta daxil olmaqla (http://www.dilmanc.az) hər hansı bir mətni daxil edərək, onun səsli oxunuşuna qulaq asmaq mümkündür.
Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu Ural, Uzaq Şərq, Sibir, habelə Şərqi Avropa və Mərkəzi Asiyada yayımlanacaq televeriliş açır. Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımovun verdiyi məlumata görə, veriliş «Azərbaycana gedən yol» adlanır.
DMOZ.org-un şərti adı “Salis” olan Azərbaycanlı-Şəkili redaktoru bu ilin 1-ci yarısında ilk dəfə olaraq həmin kataloqun türkmən, özbək və uyğur dillərində yeni kateqoriyalarını yaratmaqla özünün, Şəkinin və Azərbaycanın adını əbədi olaraq o qardaş xalqların internet tarixinə daxil etmiş oldu!
Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telekom» şirkəti Naxçıvan Muxtar Respublikasının ərazisində xüsusi GPRS endirim zonası yaradıb. Şirkətin baş ofisindən verilən məlumata görə, artıq Naxçıvanda «Azercell»in fakturasız xətt abonentləri tərəfindən yüklənilən hər 10 Kb üçün cəmi 1 kontur ödəyirlər.
Türkiyənin ən məşhur şoumeni Cem Yılmaz Tvitterdən sonra Facebookda da özünə səhifə açıb. Xeberler.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, http://www.facebook. com/CMYLMZ ünvanındaki Cem Yılmazın rəsmi Facebook səhifəsinə 3 gündə 1 milyon 560 min insan üzv olub.
Bütün dünyada olduğu kimi, azərbaycanda da internetlə tanışlıq halları və buna göstərilən maraq böyükdür. Xüsusən də, social şəbəkələrin yaranması ilə, gənclərimizin internetdə daha çox vaxt keçirməsi və daha çox ünisyyət qurması müşahidə olunur.
Birləşmiş Ərəb Əmrlikləri (BƏƏ) milli təhlükəsizliyi və ictimai dəyərləri təhdid etməsini əsas gətirərək oktyabr ayından etibarən «BlackBerry» mobil telefonlarının xidmətlərini dayandıracaq.
Mingəçevir Şəhər Prokurorluğundan milli.az-a verilən məlumata görə, İ.Alıyev cinayəti qısqanclıq zəminində törətdiyini etiraf edib. O, ilkin dindirmə zamanı həyat yoldaşını “odnoklassniki.ru” saytında oğlanlarla tanış olub yazışmasına görə öldürdüyünü etiraf edib.
Twitter sosial şəbəkəsi öz səhifələrində 20 milyardıncı yubiley ismarıcın yerləşdirildiyini elan edib. Tanınmış mikrobloqlar servisi üçün mühüm göstərici şənbə günü əldə olunub.
«BlackBerry» smartfonlarının istehsalçısı olan Kanadanın «Research In Motion» (RIM) şirkəti 2010-cu ilin noyabr ayında öz planşetini ictimaiyyətə təqdim edəcək.
Reklam - nə deməkdir? Reklamın kökü çox qədim dövrlərə gedib çıxır. Keçmişdə camaatın sıx toplaşdığı yerlərdə, meydanlarda carçılar ucadan qışqırmaqla əhaliyə müəyyən xəbər və məlumatlar çatdırırdılar. Məhz, buradan da “qışqırmaq” və ya “çığırmaq” mənasını verən “reklateqe” Latın sözü, onun da əsasında “reklam” məfhumu yaranmışdır.
Sosial şəbəkə olan facebook 500 milyon istifadəçisinin sual verməsi üçün yeni xidmət yaradıb. Facebook məhsul müdiri Blake Ross saytın rəsmi blogunda "Facebookda hər gün milyonlarla adam dostlarına “hansı musiqisi dinləyim”, “Piano necə öyrənə bilərəm” deyə soruşur.