İran Prezidenti Mahmud Əhmədinejadın sözlərinə görə, kosmosa birinci açıq kosmik gəmi buraxılacağı vaxt dəyişdirilib
Bu proqram «Chevrolet», «Cadillac», «Buick» və «GMC 2011» modelləri üçün nəzərdə tutulub. «General Motors» konserni smatrfonlar üçün avtomobili məsafədən idarə etmək məqsədilə yeni əlavə edib. Bu proqram «Chevrolet», «Cadillac», «Buick» və «GMC 2011» modelləri üçün nəzərdə tutulub.
Bundan sonra istəmədiyiniz kadrlara baxmaq məcburiyyətində qalmayacaqsınız. Çünki monitorlar sizin yaşınızı, cinsinizi tanıyır.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Yunanıstan, İtaliya və Rusiya (“İntersputnik”) ilə peyk şəbəkələrinin əlaqələndirilməsi məqsədilə danışıqlar aparır. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, bu ilin sonunadək bu üç ölkə ilə müvafiq müqavilələrin imzalanması gözlənilir
“Apple” şirkəti bu ilin 3 ayı ərzində rekord sayda “Mac” kompüteri satdığı barədə məlumat yayıb. Bu müddət ərzində şirkətin satdığı kompüterlərin sayı 3,47 milyon olub. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 3 dəfə yüksək göstərici hesab olunur.
Yumroo.az saytının rəhbərliyində dəyişiklik olub. Saytın direktoru Anar Yolçiyev-i, Hikmət Hüseynov əvəzləyib.
“İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Ağdam haqqında yeni sayt/bloq (http://myaghdam.wordpress.com) istifadəyə verib. Birliyin İnformasiya Texnologiyaları Mərkəzi bu ilin sonuna qədər Azərbaycanın işğal altında olan bütün rayonlarına həsr olunmuş sayt/bloqlar istifadəyə verəcək.
Ümumilikdə 280 min manat məbləğində vəsait Azərbaycan Respublikasında fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinə veriləcək
iPhone 4-dən sonra daha bir mobil telefonda problem ortaya çıxdı. Ən çox satılan Android Motorolanın Droid X-nin bəzi istifadəçiləri ekranla bağlı problemlə qarşılaşıblar. Türkiyə mətbuatının yazdığına görə, telefonla bağlı problemlə üzləşən Droid X istifadəçiləri heç bir xəbərdarlıq almadan telefonlarının ekranlarının titrəməyə başladığını və tamamilə istifadəyə yararsız hala gəldiyini bildirdilər.
Şirkət Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən mobil operatorla əməkdaşlığı dayandırılıb
“RoamCELL” ilə məsafə fərqini hiss etməyəcəksiniz “Azercell Telekom” MMC ilə Hindistanın ”Vodafon Essar - Qucarat” operatoru arasında beynəlxalq rouminq xidməti istifadəyə verilib. Xatırladaq ki, bu “Azercell”-in Hindistan ilə iyirmi dördüncü rouminq müqaviləsidir.
İnternet İnqilabı - Sosial Şəbəkələr Sosial şəbəkələri yeni dəb, bəlkə də internetin yeni siması kimi qiymətləndirmək olar. İnsanlar iş yerlərində, evdə, yolda bu şəbəkələrə daxil olur, öz fikirləri və gördüklərini bir-biri ilə bölüşür, yazışırlar. Bununla da onlar öz ünsiyyət tələbatlarını ödəyirlər.
Azərbaycanda isə son 3 ayda facebook istifadəçilərinin sayı 21% artıb. Facebakers.com saytının statistikasına görə, hazırda Facebookun Azərbaycandan olan iştifadəçilərinin sayı 184 660-dır. Onlardan 62% kişi, 38%-i isə qadındır. 18-24 yaşlılar Facebookdan daha çox (49 faiz) istifadə edənlərdir. İstifadəçilərin yaşı 13-dən 54 yaş arasında dəyişir. 65 yaşdan yuxarı olanlar isə bölgünün 1 faizidir.
Mərkəz “Kənd təsərrüfatının kreditləşməsi və inkişafı üzrə ikinci layihə” çərçivəsində yaradılacaq.
“eBay” şirkəti bu ilin II rübündə fəaliyyətinin maliyyə göstəricilərini açıqlayıb. Ən böyük internet-auksionlardan biri üç ay ərzində 2,2 mlrd. dollar gəlir əldə edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə gəlir 2,1 mlrd. dollardan 6% artıb. Hətta “Skype” İP-telefoniya servisi nəzərə alınmadığı halda rüblük gəlir 15% artıb.