Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi bu ilin birinci yarımilliyi üzrə statistik məlumatlarını açıqlayıb. Ilin birinci yarısında idarədə qeydiyyatda 297 təşkilat olub.
Dünyanın ən məşhur sosial şəbəkəsi olan Facebookun istifadəçiləri durmadan artır. Keçdiyimiz aylarda 300 milyon istifadəçiyə çatan Facebook rəhbərliyi növbəti hədəfimiz 500 milyon istifadəçidir demişdi. Bugünlərdə social şəbəkədə bu hədəfə çatıb. Artıq Facebookyn 500 milyon istifadəçisi var.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Dövlət İnformasiya ehtiyatları Reyestrinin aparılmasına hazırlıq işləri həyata keçirir.
Türkiyə mətbuatının yazdığına görə, “Yahoo!”-nun gəlirləri keçən ilin göstəricisi ilə müqayisədə cari ilin II yarısında 51% artaraq 213 mln. dollara yüksəlib. Ötən ilin müvafiq dövrünün nəticələrinə görə bu göstərici 141 mln. dollar olub. Bu ilin II rübündə gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 1 mlrd. 573 mln. dollara qarşı 1 mln. 601 mln. dollar təşkil edib.
İclasda ölkəmizi Dövlət Radiotezliklər İdarəsinin baş mühəndisi İlham Əfəndiyev təmsil edir.
Apple son 1 həftədir iPhone 4 antenasının problemi, yəni AppleGate ilə məşğulkən Foxconn, yəni Apple telefonları hissələrinin istehsalçısı olan Çin müəəssiəsindən daha bir işçinin ölüm xəbəri gəlib. Xatırladaq ki, bu il Foxconn müəəssələrində 11 işçi intihar etmişdir. İşçi hüquqları müdafiəçiləri də ölüm səbəblərinin fabrikadaki pis iş şəraitindən qaynağlandığını qeyd edirlər. Amma son ölümün intihar olub-olmaması hələ dəqiqləşməyib.
Bu gün “Hədəf” İnformasiya Agentliyinin təqdimat mərasimi keçirilib. Mərasimdə müxtəlif təşkilatların, ölkənin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib. «Hədəf»in təsisçiləri adından danışan Əsgər İbrahimov bildirib ki, indi inkişaf edən, regionda lider dövlətə çevrilən və dünyada xüsusi hörmətlə yanaşılan Azərbaycanda yeni Kütləvi İnformasiya Vasitəsinin fəaliyyətə başlaması mühüm hadisədir.
“Apple” şirkətinin xalis mənfəəti 2009-2010 maliyyə ilinin (bu il iyunun 26-da başa çatıb) III kvartalında 77,9% artaraq ötən maliyyə ilində ki 1,81 mlrd. dollara qarşı 3,25 mlrd. dollar təşkil edib. Mədaxil 15,7 mlrd. dollar təşkil edib, halbuki ötən il bu göstərici 9,73 mlrd. dollara bərabər olub.
Qloballaşan dünyanı internetsiz təsəvvür etmək mümkünsüzdür. İnternet həyatımızın bir parçasına çevrilib. Elə bugün internetdən - daha konkretləşdirsək, dünyanın ən məşhur sosial şəbəkəsi olan “Facebook”dan söhbət açacağam. "Facebook" sosial şəbəkəsi 4 fevral 2004-cü ildə yaradılıb. Şəbəkənin əsasını qoyan 23 yaşlı Mark Çukerberqdir. Hazırda "Facebook"-un 400 milyona yaxın istifadəçisi var.
"Yaxın qonşumuz Türkiyə ilə müqayisə aparsaq, orada “Kitab yurdu” saytı var və orada satılan kitablar hər hansı kitab dükanında satılan kitablardan ən azı 15-20 faiz daha ucuzdur. Belə olan təqdirdə isə kitab oxuyucuları çalışırlar ki, kitabı bu yolla əldə etsinlər. Bu vasitə satıcı üçün rahat olduğu qədər alıcıya da rahatdır".
İnternetin ən sürətli inkişaf etdiyi ölkələrdən olan Çində web tv böyük maraq cəlb edir. 300 milyona yaxın adamın məhz televizyaya baxmaq üçün kompüter istifadə etdikləri söylənilir. . Aparılan araşdırmalara görə, dövlətin nəzarətindən bezən gənclər web tv-lərə daha çox üstünlük verirlər.
Gömrük əməkdaşlarının səriştəsizliyi bir çox adamın ölümünə səbəb olacaqdı,amma google onları ölümdən xilas etdi.
“Nokia Siemens Networks” və “Motorola” şirkətləri arasında birincinin “Motorola”nın simsiz şəbəkələr infrastrukturu ilə məşğul olan bölməsinə aid səhmlərin böyük hissəsinin 1,2 mlrd. dollara əldə etməsinə dair saziş imzalanıb.
Google zənginləşməkdən əlavə Facebook-a da güclü bir rəqib olacaq kimi görünür.
Qazaxıstanda, aralarında “Kcell”in də olduğu 6 rabitə operatoruna, Qazaxıstan qanunlarına əsasən “aralarında razılaşıb haqsız qazanc əldə etmək” ittihamı ilə məhkəmə işi başlayıb. Qazaxıstan Dövlət Rəqabət Komitəsi 6 mobil operatora 28 milyard tenge (190 milyon dollar) məbləğində cəza verilməsi üçün iddia qaldırıb.