Naxçıvan RİTN-dən verilən məlumata görə, bu göstərici son beş il ərzində 2,6 dəfə artıb. Kompüter istifadəçilərinin ümumi sayının 60-70%-i (147668 nəfər) internetdən istifadə edir.
Adobe Systems şirkəti Adobe Flash platformasında üçölçülü funksionalın tətbiqinə başladığını bildirib. Flash-in üçölçülü funksiyalarının ilk qısa versiyaları cari ilin oktyabr ayında hazır olacaq və yeni imkanların ilk kütləvi nümayişinin 23-27 oktyabrda Los-Ancelesdə növbəti Adobe Max 2010 konfransı çərçivəsində həyata keçirilməsi planlaşdırılır.
Pornoqrafik məzmunlu materiallara giriş və həmin materialların internetdən endirilməsi qadağan olunacaq.
Rəqəmli televiziya yayımının tətbiq edilməsi üçün hazırlıq işləri aparılır və Bakı şəhərində sınaq olaraq 10 televiziya kanalının rəqəmli şəkildə ötürülməsi təmin edilir. Artıq Bakıda və Abşeron yarımadasında WiMax şəbəkəsi qurularaq əhalinin istifadəsinə verilib.
Rus dilinin Azərbaycandakı geniş istifadəsini və eyni zamanda Azərbaycanın virtual məkanındakı təsirini nəzərə alaraq AzerDict dil portalı ikitərəfli rusca azərbaycanca lüğətinin beta versiyasını təqdim edir. Yeni lüğətdə hər iki dildə 50 000-dən çox söz və ifadə mövcuddur.
Tədris müəssisələri arasında kommunikasiyaların daha səmərəli təşkili üçün videozəng imkanı yaradan texnologiyalar tətbiq olunur.
Parklar, küçə və prospektlər, yeraltı keçidlər, stadionlar, ticarət və əyləncə mərkəzləri, mehmanxanalar, məscidlər və sair... Diqqət! Sizi çəkirlər!
XEBERLER.AZ-ın ABŞ mətbuatına istinadən verdiyi məlumata görə, may ayında ABŞ Müəllif Hüququ təşkilatı (US Copyright Group) tərəfindən aparılan araşdırmada "The Hurt Locker" filminin təxminən 5,000 adam tərəfindən torrent texnologiyası vasitəsiyə endirildiyi müəyyən edildi.
İngiltərənin Wireless şirkətinin araşdırmasına görə, dünyada son 1,5 ildə 1 milyarddan çox yeni telefon satılıb. Bununla da şirkət, hazırda istifadə edilən mobil telefon sayının 5 milyard olduğunu açıqlayıb.
Artıq, çox rahat və sadə bir üsulla internetinizin sürətini artıran proqram var.
Google Çinlə olan əlaqələrini möhkəmləndirdi. Şirkət açıqlamasında bu ölkədəki sənədlərinin yeniləndiyini bildirdi. Google bloqunda "Hökümətin İCP lisenziyamızı yeniləməsindən son dərəcə məmunuq. Çindəki istifadəçilərimizə axtarış və yerli məhsullar təqdim etməyə davam etməyi səbirsizliklə gözləyirik" sözləri yer alıb.
Afrikanın cənub-şərqində yerləşən dörd dövlətdə cümə axşamı genişzolaqlı internetə çıxışda problemlər yaşanıb. Məsələ orasındadır ki, qara qitənin şərq sahili boyu uzanan sualtı kabel hələ müəyyən olunmayan səbəbdən zədələnib.
“iPhone” smartfonunun imkanlı istifadəçilər üçün xüsusi versiyası buraxılıb. Dizayner Styuart Xyuz (Stuart Hughes) tərəfindən yeni tərtib edilmiş smartfonun adı “iPhone 4 Diamond Edition”dur.
Facebook Azərbaycan dili ilk dəfə “Translations” (Tərcümələr) tətbiqetməsində yerləşdirilən çoxsaylı təkliflərdən sonra tərcümə edilə bilməsi üçün 2008-ci ilin oktyabr ayında istifadəçilərə təqdim edildi. İlk tərcüməçilər arasında mən də var idim və o vaxtdan bəri hardasa 30 mindən çox ifadə və söz tərcümə etmişəm və indiyə qədər də tərcümə davam edir.
Baş verənlərlə bağlı dəqiq açıqlama verməsi üçün Facebooka avqustun 11-nə kimi vaxt verilib.