İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular
Cəmi 7600 nəticə tapildı!

Mtv-nin Avropa üzrə prezidenti Azərbaycanda olub

30.05.2010 [04:55]

MTV-nin Avropa üzrə prezidenti Neil Şerrman 26-28 may tarixlərində ölkəmizə səfər edib. Səfər müddətində Şerman Heydər Əliyev fondunun nümayəndələri ilə görüş keçirib. Görüşdə MTV-Azərbaycan layihəsi haqda ətraflı müzakirələr aparılıb. Bundan başqa birgə əməkdaşlıq barədə söhbətlər olub.

İnternet Medianın problemləri

29.05.2010 [03:51]

Azərbaycan internetlə 1990-cı illərin sonlarında tanış olmağa başlayıb. 1996-97-ci illərdən sonra ilk internet media resursları yaranıb. Azərbaycan İnternet Forumunun məlumatına görə, hazırda ölkədə 100-yə yaxın internet media resursu fəaliyyət göstərir, amma onlardan təxminən 50-sinin fəaliyyətini internet media üçün qəbul olunan parametrlərə uyğun hesab etmək olar.

Bir Tablet də Acerdən

29.05.2010 [03:24]

Yeni məşhurluq qazanan Tablet PC-nin nüfuzundan istifadə edən Acer iPad və Amazon Kindleyə cavab ola biləcək Android əsaslı bir Tablet PC hazırlayır. Çinin paytaxtı Pekində Acer tərəfindən reallaşdırılan mətbuat konfransında, firmanın 2010 və 2011 planları açıqlanıb. Bu planlar arasında Tablet PC-də var. Mətbuat konfransına qatılanlar Tablet PC-nin iPad və Kindlenin hibrid qarışığına bənzəyəcəyini deyiblər, cihazın Android əməliyyat sistemini istifadə edəcəyi də deyilir.

AzNET geci-tezi var..

29.05.2010 [03:08]

Hər dəfə bu fikir ağlıma gəlirdi yazım, amma nədənsə tənbəllik edirdim yazmağa. Bu səfər qərara gəldim. Deməli, saat 02:36 Bakı vaxtı ilə. İnternetdə surf and fun edirdim. Rastıma bəzi saytlar gəldi. Bu saytları açdım və baxdım. Düzünü deyim adlarını çəkmək istəmirəm, amma yazını oxuyan başa düşəcək. Fikir verdim ki, adminlər istifadəçiləri yığmaq üçün yəni reytinq əldə etmək üçün saytda bir neçə üsullara əl atır. Bunlar hansılardır?

AZERSPACE telekommunikasiya peykinin gələcək istehsalçısı ilə müqavilə imzalanıb

28.05.2010 [07:54]

AZERSPACE peyki üçün orbital mövqenin icarəsi haqqında müqavilə imzalanıb. Müqavilə Malayziyanın MEASAT peyk operatoru ilə imzalanıb.

«Facebook» şəxsi məlumatları «yad» adamlardan gizlətməyi öyrədəcək

28.05.2010 [20:11]

Son vaxtlar bu cür məlumatların açıqlığına görə «Facebook» tənqidlərə məruz qalırdı. Əsas tənqid mövzusu isə odur ki, «Facebook» 500 milyon nəfərə yaxınlaşan istifadəçilərinin şəxsi məlumatlarını reklamçılardan, internet cinayətkarlarından, lap elə başqa adi internet istifadəçilərindən qoruya bilmir.

Respublika günü münasibətilə yeni rabitə obyektləri istifadəyə verilib

28.05.2010 [13:48]

28 may - Respublika günü münasibətilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) müəssisələri tərəfindən yeni rabitə obyektləri istifadəyə verilib. Belə ki, Aztelekom İstehsalat Birliyi Sumqayıt şəhərinin ATS-lərinin NGN texnologiyasına keçidini başa çatdırıb.

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçirilib.

28.05.2010 [07:30]

Tədbiri giriş sözüylə açan Azərbaycan İnternet Forumun (AİF) prezidenti Osman Gündüz təlimlərin ölkənin İKT və media sahəsində ən tanınmış mütəxəssislər tərəfindən keçirildiyini qeyd edib. Ölkədə informasiya cəmiyyəti quruculuğu sahəsində layihənin rolu haqqında danışıb. Ardınca Azercell şirkətinin PR meneceri Ülviyyə Həsənzadə və HP şirkətinin nümayəndəsi Səbinə Pərvizi çıxış edərək bu tip layihələrin ölkədə İnformasiya cəmiyyəti quruculuşuna təkan verəcəyini bildiriblər.

"Sony"dən gələcəyin televizoru

28.05.2010 [05:06]

Sony bugün (27 May) yeni televizorunu təqdim edib. Texnologiya sahəsində hər zaman yenilikləriylə ictimaiyyəti sevindirən "Sony" yeni planlarını açıqlayıb. "Sony"nin yeni televizoruyla gələcəyi şəkilləndirməyi hədəfləyir. Super-flexible, yəni 4.1 inçə dözümlü OTFT tam rəngli OLED ekran hazırlayan firma, layihəni gələcək illərdə böyük televizorlarda da tətbiq etməyi planlaşdırır

Apple Microsoftu keçdi

28.05.2010 [04:48]

NOSDAQ birjasının bugünkü məlumatına görə Apple-nin hissələri Microsoftu keçib. Amerika Birləşmiş Ştatlarında texnologiya firmalarının hissələrini açıqlayan NOSDAQ birjasının verdiyi bu xəbər APPLE düşərgəsində böyük sevinclə qarşılanıb. Ümumilikdə, 227 milyard dollarlıq hissələrə sahib olan APPLE əzəli rəqibi Microsoftu 4 milyard dollar qabaqlayıb. NASDAQ-ın məlumatına görə, Microsoftun dəyəri 223 milyard dollardır.

Google dünyanın ən yaxşı reputasiyası olan şirkət adlandırılıb

27.05.2010 [10:16]

Google dünya biznesində ən yaxşı reputasiyaya malik şirkət adlandırılıb. ABŞ-ın Reputation Institute təşkilatının mütəxəssisləri tərəfindən tanınmış Forbes jurnalı üçün dünyanın 32 ölkəsində aparılan sorğu zamanı respondentlərin 600 şirkətə qarşı münasibətləri öyrənilib.

İnformasiya cəmiyyətinə böyük töhfə -“İnformasiya cəmiyyətinin əsasları” fənni

27.05.2010 [09:44]

Artıq üç ildir ki, AMEA İnformasiya Texnologiyaları İnstitutu Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsi ilə birgə “İnformasiya cəmiyyətinin əsasları” fənninin tədrisinə dair innovativ layihə həyata keçirilir.

Ultra şirkəti Oracle və Cisco-nun yüksək statuslu tərəfdaşı oldu

27.05.2010 [08:48]

Şirkət “Oracle Gold Partner” və “Cisco Premier Certification Partner” statuslu tərəfdaşı oldu.

Azərbaycanda tələbələr üçün “Start Up” layihəsinə start verilir

27.05.2010 [09:19]

İyun ayının 1-dən Azərbaycanda “Biliklər Mərkəzi” (Центр Знаний) şirkəti tərəfindən təşkil edilən “Start Up” layihəsinə start verilir. “Start Up” layihəsi təhsil almaq məqsədilə 10 min ABŞ dolları ekvivalentində qrantların alınması istiqamətində ali tədris müəssisələrinin texniki ixtisas üzrə təhsil alan tələbələri arasında keçirilən ilk müsabiqədir.

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar