Facebook-un 2008-ci il Aprel ayında istifadəçilərinə təqdim etdiyi operativ mesajlaşma xidməti ilə gündə 1 milyard mesaj göndərilir.
Bir sıra beynəlxalq KİV-lərin nümayəndələri ölkədən çıxarılıb, internet iflic vəziyyətinə düşüb. Hakimiyyət internet jurnalistlərinə və bloqqerlərə qarşı daha amansız mövqe nümayiş etdirir.
AZEDUNET layihəsinin rəhbəri Səməd Abbasovun verdiyi məlumata görə, şəbəkəyə qoşulmuş müəssisələrin sırasında Təhsil Nazirliyi, Bakı şəhər Təhsil İdarəsi, Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Yevlax, Mingəçevir, Goranboy və Hacıqabul şəhərlərdə yerləşən orta ümumtəhsil məktəbləri və digər təhsil qurumları var.
HD dövründə artıq DV kamera götürmək yaxşı deyil. Amma Muvi Micro DV-nin ölçüləri yalnız 5,5sm x 2sm x 1,6sm; yəni baş barmağınız qədərdir.
İstifadəçi sayının sürətlə artdığını görən Asiya ölkələri infrastrukturaya böyük əhəmiyyət verir və böhran dövrü olduğuna baxmayaraq Internet əlaqə sürətlərini artırmaq üçün sərmayələr qoyurlar.
Dünyanın ən böyük virtual axtarış sistemi olan «Google», İranda baş vermiş son hadisələr və senzura səbəbilə öz tərkibində ingiliscə-farsca, farsca-ingiliscə tərcümə imkanı verən sistem hazırlayır.
Lenovonun üstün texnologiyası və möhkəmliliyi ilə ön plana çıxan dünya tərəfindən məşhur ThinkPad adlı dizüstü kompüterləri NASA-nın (Milli Hava və Kosmos Dairəsi) 1 nömrəli seçimi oldu.
ABŞ-ın Bozeman şəhərində işə girmək üçün müraciət edənlərdən standart iş müraciəti məlumatlarının arasında müəyyən şifrələr də istənilir. Bunlar Facebook və MySpace kimi ictimai şəbəkə saytlarındakı profillərə girmək üçün lazım olan istifadəçi adı və şifrələridir.