Barselonada keçirilən Dünya konqresində HTC şirkəti Android platfomasında olan ikinci mobil telefonunu təqdim edib. Bu, klaviaturası olmayan ilk quqlfondur.
Təhsil naziri Misir Mərdanov jurnalistlərə müsahibəsində bildirib ki, bu ilin sonunadək Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun bütün orta ümumtəhsil məktəbləri genişzolaqlı internet şəbəkəsinə qoşulacaqlar.
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində təhsil şəbəkəsi yaradılır.
Fevralın 16-19-da Barselonada Dünya GSMA Konqresinin növbəti toplantısı keçirilir. 200 ölkədən təmsilçinin qatılacağı bu beynəlxalq konfransda “Azercell” şirkətinin nümayəndə heyəti də iştirak edir.
Ölkəmizdə rəqəmsal imza texnologiyasının tətbiq edilməsi üçün xarici ökələrin təcrübəsi öyrənilir. Bu məqsədlə Azərbaycan nümayəndə heyəti hazırda Latviyadadır.
Proqnozlara əsasən 2011-ci ilədək Azərbaycanda hər 100 nəfərə düşən telefon aparatlarının sayı təxminən 20-yə çatacaq.
Bildiyimiz kimi, Rabitə və İnformasiya Texnologiyaları nazirinin əmri ilə fevralın 1-dən İnternet qiymətləri 2,5 dəfə endirilib və AİF bu endirimi təqdirəlayiq sayıb. Bu qərardan sonra Internet tariflərində provayderlərin əksəriyyəti endirimlər etməyə başladı. Lakin azsürətli İnternetdən istifadə edən əhali yenə də İnternetə çıxışı asanlıqla əldə edə bilmir.
Türkiyə Elmi və Texnoloji Araşdırmalar Qurumu (TÜBİTAK) cari ilin martından başlayaraq Cənubi Qafqaz ölkələri və Avropanın akademik İnternet məkanı arasında əlaqələr yaradacaq “ Elektron İpək yolu” proqramını həyata keçirəcək.
Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstana dövlət səfəri çərçivəsində, dünən, fevral ayının 16-da geniş tərkibdə görüşdən sonra dövlət başçılarının iştirakı ilə Azərbaycan-Yunanıstan sənədlərinin imzalanma mərasimi olub.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azərpoçt” Dövlət Müəssisəsinin bütün xidmət və əməliyyatlarının avtomatlaşdırılmasını nəzərdə tutan Avtomatlaşdırılmış Korporativ İnformasiya Sistemi (AKİS) sentyabradək tam təhvil veriləcək.
850-yə yaxın dünya GSM operatorunu özündə birləşdirən “Dünya GSM Assosasiyası” mobil SMSlərin mobil çatla əvəz olunma ideyasını ortaya qoyub.
Orta məktəb şagirdlərinin və Ali məktəbə hazırlaşan abituriyentlərin nəzərinə - online test portalı olan www.testler.info fəaliyyətə başladı!!!
Məlum olduğu kimi, Multimedia Mərkəzi tərəfindən 01 fevral 2009-cu il tarixdən etibarən ictimai informasiya subyektlərinin ( dövlət orqanları və bələdiyyələrin) rəsmi internet resurslarının monitorinqinə başlanıb.